Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4004/2023 16.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 21 yanvar 2022-ci il tarixli, 5210***- *******02L nömrəli kredit limiti müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 9.070 manat 60 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 725 manat 27 qəpik, cərimə qismində 75 manat 41 qəpik, cəmi 9.871 manat 28 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 118 manat 72 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ş.N.Abbasov iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı 21 yanvar 2022-ci il tarixli 5210***-*******02L nömrəli kredit limiti müqaviləsinə əsasən 120 ay müddətinə qaytarmaq şərti ilə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq 21 yanvar 2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə illik 17.1% dərəcəsi ilə 11.000 manat məbləğində kredit verilmişdir. Cavabdehə dəfələrlə şifahi və rəsmi müraciət edilməsinə baxmayaraq, cavabdeh öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmişdir. Cavabdeh 17 aprel 2023-cü il tarixə İddiaçı açıq səhmdar cəmiyyətinə əsas borcun əvəzi qismində 9.070 manat 60 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 725 manat 27 qəpik, cərimə qismində 75 manat 41 qəpik, cəmi 9.871 manat 28 qəpik məbləğində borcu qalmaqdadır. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 yanvar 2022-ci il tarixli, 5210***-*******02L nömrəli kredit limiti müqaviləsinin surətindən görünür ki, Cavabdeh illik minimum 15%-dən maksimum 40%-dək kreditdən istifadəyə görə haqq ödəmək və 120 ay müddətində qaytarmaq şərti ilə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. İşdə olan 21 yanvar 2022-ci il tarixli SMS razılaşmasının surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə illik 17.1% dərəcəsi ilə 11.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin 17 aprel 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdehlə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 21 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh borcu əsas borc qismində 9.070 manat 60 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 725 manat 27 qəpik, cərimə qismində 75 manat 41 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçının əsas borc qismində 9.070 manat 60 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 725 manat 27 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 21 yanvar 2022-ci il tarixli, 5210***- *******02L nömrəli kredit limiti müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin kredit müqaviləsi ləğv edilməli, ödənilməmiş əsas borcun əvəzi qismində 9.070 manat 60 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 725 manat 27 qəpik, cərimə qismində 75 manat 41 qəpik, cəmi 9.871 manat 28 qəpik məbləğində pul vəsaiti cavabdehldən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf olunmuş vəsaitin əvəzi qismində 118 manat 72 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 yanvar 2022ci il tarixli, 5210***-*******02L nömrəli kredit limiti müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 21 yanvar 2022-ci il tarixli, 5210***-*******02L kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 9.070 (doqquz min yetmiş) manat 60 (altmış) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 725 (yeddi yüz iyirmi breş) manat 27 (iyirmi yeddi) qəpik, cərimə qismində 75 (yetmiş beş) manat 41 (qırx bir) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 118 (bir yüz on səkkiz) manat 72 (yetmiş iki) qəpik, cəmi 9.990 (doqquz min doqquz yüz doxsan) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-4004/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4004/2023
16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver