Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4059/2023 05.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, "xxxx" ASC (bundan sonra – iddiaçı və ya Bank) ilə X6 (borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən X1 illik 28 % faiz dərəcəsiylə 36 ay müddətinə 12800 ABŞ dolları kredit vermiş, borcalan krediti və ona hesablanacq faizləri ödəməyi öhdəsinə götürmüşdür.Həmin tərəflərlə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə sonuncular zamin qismində öz üzərlərinə məsuliyyət götürmüşlər. X6 xx.xx.2015-ci ildə vəfat etmişdir. Cavabdeh2 xx.xx.2023-cü ildə ərizə ilə Banka müraciət edərək bildirmişdir ki, 12131nkKPZ/14 saylı xx.xx.2014 tarixli kredit müqaviləsinə əsasən atası X6 xx.xx.2015-ci ildə vəfat etmişdir. Lakin o, vərəsəlik işinin açılması üçün notariat orqanına müraciət etməmişdir, rəsmi olaraq vərəsəliyi qəbul etməmişdir, hazırda hüquqi varis və faktiki vərəsə kimi həmin kredit müqaviləsi üzrə öhdəliyi üzərinə tam olaraq götürür və bildirmək istəyir ki, hazırda maddi imkanı aşağı olduğu üçün qeyd edilən kredit müqaviləsi üçün ayda yalnız 150 manat ödəməyə imkanı çatır, budur ki, ona hər ay 150 manat ödəniş edilməsi üçün şərait yaradılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 11635.41 ABŞ dolları əsas borcun və 149.75 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixində Banka rəsmi ərizə ilə müraciət edərək 12131nkKPZ/14 saylı xx.xx.2014 tarixli kredit müqaviləsinə əsasən atası X4 kreditor qarşısında icra edilməmiş öhdəliyi üzrə məsuliyyəti tam olaraq üzərinə götürdüyünü bildirmişdir. Cavabdeh1 məhkəməyə xx.xx.2023-cü il tarixdə ərizə ünvanlayaraq bildirdi ki, X6 ilə "xxxx" ASC-ti arasında xx.xx.2014-cti il tarixində kredit müqaviləsi bağlanmaqla 36 ay müddətinə illik 28% ödəmək şərti ilə 12800 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Həmin kredit üzrə onunla bank arasında xx.xx.2014-cti il tarixində zaminlik müqaviləsi bağlanılıb. “Unibank KB" ASC ilə bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixində bitmişdir. X2 2015-ci il tarixində vəfat etmişdir. Həmin tarixdən bu günədək bank pulun tələb olunması barədə heç bir tələb irəli sürməmişdir. "xxxx" ASC 2023-ci il taixində borcun tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi bank məhkəməyə zaminlik müqaviləsinin müddətinin bitdiyi tarixindən 6 il sonra müraciət etmişdir. Bu səbəbdən zaminlik müqaviləsinə xitam verilməlidir. İddiaçı "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixində zaminlik müqaviləsinə xitam verməsinə və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə xx.xx.2023-cü il tarixdə ərizə ünvanlayaraq bildirdi ki, X6 ilə "xxxx" ASC-ti arasında xx.xx.2014-cü il tarixində kredit müqaviləsi bağlanmaqla 36 ay müddətinə illik 28% ödəmək şərti ilə 12800 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Həmin kredit üzrə onunla bank arasında xx.xx.2014-cü il tarixində zaminlik müqaviləsi bağlanılıb. "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixində bitmişdir. Borclu atası X6 2015-ci il tarixində vəfat etmişdir. Həmin tarixdən bu günədək bank pulun tələb olunması barədə heç bir tələb irəli sürməmişdir. "xxxx" ASC 2023-ci il taixində borcun tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi bank məhkəməyə zaminlik müqaviləsinin müddətinin bitdiyi tarixindən 6 il sonra müraciət etmişdir. Bu səbəbdən zaminlik müqaviləsinə xitam verilməlidir. İddiaçı "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixində zaminlik müqaviləsinə xitam verməsinə və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbi müdafiə edərək Cavabdeh2 tərəfindən miras qəbul edilməsini təsdiqləyən sübut təqdim edə bilmədiklərini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia etiraz edərək atası Tofiq Məmmədovdan hər hansı mirası faktiki və ya formal qəbul etmədiyini, öz adına yeni kredit götürə bilməsi üçün atasının adına olan kreditin ödənilməsi üçün Bankın təklifinin qəbul edərək iddiaçı Banka müvafiq ərizəni yazdığını bildirdi. Cavabdeh2 müddət tətbiq etməklə iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İddianın mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras qoyanın borcunun vərəsədən tutulması hissəsinə münasibətdə nəzərə alınmalıdır ki, Mülki Məcəlləyə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (maddə 1133.2). Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mülki Məcəllə, həmçinin müəyyən edir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1). Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (maddə 1307). Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə ölmüş şəxsin (miras qoyanın) uşaqları, arvadı (əri), birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılır. Vərəsə miras əmlaka və ya onun bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə mirası tamamilə qəbul etmiş sayılır. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Miras qoyanın borcları mirasdan çox olduğu halda həmin halı sübut etmək yükü vərəsənin üzərinə düşür. Mülki işin araşdırılması zamanı Cavabdeh2 X4 birinci növbə vərəsəsi olmasını təsdiqləyən müvafiq sənəd sübutetmə yükü daşıyan iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsə də, bu hal Cavabdeh2 tərəfindən mübahisələndirilməyərək təsdiq edilmişdir. Bundan başqa, iddiaçı Tofiq Məmmədovdan miras qalması və (ya) həmin mirasın Cavabdeh2 tərəfindən faktiki və (ya) formal qəbul edilməsini təsdiqləyən sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, Tofiq Məmmədovdan hər hansı miras qəbul etməsi faktı müəyyən edilmədiyindən miras qoyanın borc öhdəliyi üzrə Cavabdeh2 icra tələb edilə bilməz. Bundan başqa, iddiaçının tələbini əsaslandırdığı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə nəzərə alır ki, vərəsəlik şəhadətnaməsi alıb-almamasından asılı olmayaraq, Cavabdeh2 vərəsə qismində Tofiq Məmmədovdan qalan miras kütləsinə daxil hər hansı hüququ əldə etməsi, dolayısıyla vərəsənin mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməsi borcu, habelə kreditor öhdəliyinin həmin əmlak hesabına təmin edilməsi üçün Bankın tələb imkanının yaranması müəyyən olunmamışdır. Məhkəmə kredit borcunun zamin qismində cavabdehlərdən tutulması hissəsində iddiaya dair qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Normanın məzmunundan göründüyü kimi müddət təyin edilmədikdə, iddiaçı zaminlik müqaviləsinin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminə qarşı iddia irəli sürə bilər, əks halda zaminliyə xitam verilir. Bu mənada baxılan iş üzrə Bankla Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış zaminlik müqavilələri üzrə zaminlik onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində qüvvədə olmuşdur. Bankla borclu arasında kredit müqaviləsi xx.xx.2014-cü il tarxində 36 ay müddətinə bağlandığından həmin müqavilə üzrə kredit öhdəliyinin icrası vaxtı xx.xx.2017-cü il tarixində başa çatmışdır. İddiaçı həmin tarixdən təxminən 5 il 5 ay keçdikdən sonra – xx.xx.2023-cü il tarixində hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da cavabdehlərin zaminliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Bu səbəbdən Bankın zamin qismində cavabdehlərdən icranı tələb etməsi əsassızdır. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizələrə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 477-ci maddəsində müəyyən edilmiş müddətlər pozulmuş hüququn bərpası üçün məhkəməyə müraciət etmə müddəti (iddia müddəti) deyil, müddətin keçməsi ilə bağlı öhdəliyə xitam verilməsi (kəsici) müddətidir. İddia müddətlərindən fərqli olaraq kəsici müddətlərin keçməsi ümumiyyətlə öhdəliyə xitam verir və Mülki Məcəllənin 17-ci fəslində (Öhdəliklərə xitam verilməsi) belə müddətlərin tətbiq olunması üçün tərəflərin ərizə verməsi tələb olunmur. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi və 149.75 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-4059/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4059/2023
05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver