Məhkəmə qərarları › İş №e-2(125)-4079/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4079/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4079/2023 21.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı, Cavabdeh iddiaçının xeyrinə əsas borc üzrə 2282,93 manat, faiz borcu üzrə 45,04 manat olmaqla, cəmi 2327,97 manat məbləğində pul vəsaitinin və ödənilmiş 43,28 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı (BOKT) ilə cavabdeh (borcalan) arasında bağlanmış ABB42 nömrəli, xx.xx.2020-ci il tarixli güzəştli borc müqaviləsinə əsasən Bank cavabdehə şəxsi (istehlak) məqsədləri üçün 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 2575,96 manat məbləğində kredit ayırmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kreditor borclunun keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 2575,96 manat qalıq məbləğini ödəməsi məqsədilə 2575,96 manat məbləğində güzəştli krediti verməyi, borclu isə verilmiş krediti və ona hesablanacaq faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəmək öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ o İddiaçı QSC-yə keçmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ, o cümlədən cavabdehin "xxxx" ASC-yə olan 5591,47 manat kredit borcu üzrə tələb hüququ da İddiaçı QSC-yə keçmişdir. Həmin fərmanın icrası məqsədilə cavabdehin "xxxx" ASCyə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 04 oktyabr 2017-ci il tarixli, S-FK-GEN-58 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə keçmişdir. Bankla borcalan arasında bağlanmış kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən vaxtında və lazımi qaydada yerinə yetirilməmişdir. Cavabdehin Banka əsas borc üzrə 2282,93 manat, faiz borcu üzrə 45,04 manat olmaqla, cəmi 2327,97 manat məbləğində pul vəsaiti borcu vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, bankla borcalan arasında bağlanmış müqavilənin 5.1 və 5.2-ci bəndinə əsasən bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində göstərilən tarixlərdə əsas borc və faizlər vaxtında ödənilmədikdə, həmin tarixdən borclunun kreditor qarşısında vaxtı keçmiş borcu əmələ gəlir, bu müqavilə üzrə müəyyənləşdirilən öhdəliyin icra edilməməsi, qismən icra edilməsi və ya lazımınca icra edilməməsi halında bu müqavilə üzrə restruktirizasiya edilən kredit borcunu gecikdirilmiş əsas məbləği üzrə 5 il müddətinə 2 faizindən çox olmamaqla dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyi borclu öhdəsinə götürür. İş materiallarında olan arayışdan görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli güzəştli borc müqaviləsi üzrə 2282,93 manat əsas borcu, 45,04 manat faiz borcu olmaqla, cəmi 2327,97 manat məbləğində pul vəsaiti borcu yaranmışdır. xx.xx.2021-ci il tarixdə cavabdehin ünvanına bildiriş göndərilərək ona sözügedən kredit müqaviləsi üzrə Banka borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, cavabdeh isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və öhdəliyi pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə iddia tələbini, habelə borcun düzgün hesablanmadığını təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Beləliklə, kredit müqaviləsi üzrə yaranmış 2282,93 manat əsas borc, 45,04 manat faiz borcu olmaqla, ümumilikdə 2327,97 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 43,28 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ABB42 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2282,93 manat əsas borc, 45,04 manat faiz borcu olmaqla, cəmi 2327,97 (iki min üç yüz iyirmi yeddi manat, doxsan yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43,28 (qırx üç manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar