Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4080/2023 12.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, Bank olmayan Kredit Təşkilatı İddiaçı qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı 21 oktyabr 2021-ci il tarixli, ABB053 nömrəli fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 706 manat 85 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 15 manat 75 qəpik, cəmi 722 manat 60 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 05 may 2023-cü il tarixdə Bank olmayan Kredit Təşkilatı İddiaçı qapalı səhmdar cəmiyyəti Cavabdeh qarşı 21 oktyabr 2021-ci il tarixli, ABB053 nömrəli fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 706 manat 85 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 15 manat 75 qəpik, cəmi 722 manat 60 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 08 may 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 oktyabr 2021-ci il tarixli, ABB053 saylı fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsinin surətindən görünür ki, Bank olmayan Kredit Təşkilatı İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh 3 il müddətinə illik 1% ödəmək şərtilə 706 manat 85 qəpik məbləğində kredit verilmişdir. Kreditin məqsədli təyinatı «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 avqust 2013-cü il tarixli HX/01 nömrəli müqaviləsi üzrə qalıq borcun ödənilməsi olmuşdur. Həmin borc «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin «dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında» Azərbaycan Respublikasının Prezidentinin 14 iyul 2015-ci il tarixli 570 nömrəli fərmanının icrası ilə əlaqədar «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətindən Bank olmayan Kredit Təşkilatı İddiaçı qapalı səhmdar cəmiyyətinə ötürülmüşdür. İşdə olan 04 oktyabr 2017-ci il tarixli, S-FK-GEN-61 nömrəli aktın surətindən görünür ki, Cavabdeh «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinə olan və 14 avqust 2013-cü il tarixli HX/01 nömrəli müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti tərəfindən Bank olmayan Kredit Təşkilatı İddiaçı qapalı səhmdar cəmiyyətinə təhvil verilmişdir. İş materiallarında olan Bank olmayan Kredit Təşkilatı İddiaçı qapalı səhmdar cəmiyyətinin 21 fevral 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh Bank olmayan Kredit Təşkilatı İddiaçı qapalı səhmdar cəmiyyətinə borcu əsas borc qismində 706 manat 85 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 15 manat 75 qəpik, cəmi 722 manat 60 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh Bank olmayan Kredit Təşkilatı İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə müqavilənin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 706 manat 85 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 15 manat 75 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 21 oktyabr 2021-ci il tarixli, ABB053 nömrəli fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 706 manat 85 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 15 manat 75 qəpik, cəmi 722 manat 60 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Bank olmayan Kredit Təşkilatı İddiaçı qapalı səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh Bank olmayan Kredit Təşkilatı İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə 21 oktyabr 2021-ci il tarixli, ABB053 nömrəli fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 706 (yeddi yüz altı) manat 85 (səksən beş) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 15 (on beş) manat 75 (yetmiş beş) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat, cəmi 752 (yeddi yüz əlli iki) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-4080/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4080/2023
12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver