Məhkəmə qərarları › İş №e-2(125)-4172/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-4172/2025

22.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-4172/2025 22.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-27/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulan alimentin indeksasiyasına dair ərizəçi İddiaçı ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Gəncə şəhər , Kəpəz rayonu ,Ü.Hacıbəyli Küc., 77B, 29 qeydiyyatda olan Gəncə şəhəri Sevinc qəsəbəsi 32 ci kücədə yaşayan Qeydiyyatsız fərdi evdə yaşayan Namazova (Bayramova) Nərmin Nərmayıl qızından Sumqayıt Şəhər Məhkəməsi 2(060)-27/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tutulan hər ay bir uşağa görə cəmi 220 manat sabit pul məbləğində aliment indeksasiya edilərək Namazova (Bayramova) Nərmin Nərmayıl qızından onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, xx.xx.2023 tarixində Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Namazova (Bayramova) Nərmin Nərmayıl qızından xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsi 2(060)-27/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixində İddia təmin edilərək, xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Namazova (Bayramova) Nərmin Nərmayıl qızından tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda həmin qətnamə ilə müəyyən edilən aliment məbləğinin indeksasiya edilməsini xahiş edir. Məhkəmədə ərizəçi İddiaçı iştirak etmiş və əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində indeksasiya metodu ilə müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə maraqlı şəxs Cavabdeh iştirak etmiş və əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin dəyişdirilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ərizədən müəyyən edilir ki, hazırki ərizəsində İddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 27/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hər ay tutulan 220 manat sabit pul məbləğində alimentin indeksasiyasının aparılmasına dair qərardad çıxarılmasını xahiş edir. Mülki işin materiallarında olan, Gəncə Şəhər Məhkəməsinin 2(060)-27/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, məhkəmənin həmin qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Namazova (Bayramova) Nərmin Nərmayıl qızından tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmiş, Qərarın 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir; Yarımbənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Yarımbənd 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə göstərir ki, 2024-cü il üçün ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 345 manat müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi, habelə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2024-cü il üçün 345 manat müəyyən edildiyi nəzərə alınmaqla ərizəçinin indeksasiya barədə ərizəsi qərardadla təmin edilməlidir. 2024-cü ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 220 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən və tutulmuş alimentin miqdarı 2024-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının (yuvarlaqlaşdırılmış) 0,64 mislini təşkil etdiyindən, bu qərardadın qüvvəyə mindiyi tarixdən başlamaqla, xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizə təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-27/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulan aliment məbləği indeksasiya edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün, bu qərardadın qüvvəyə mindiyi tarixdən başlamaqla, Cavabdeh hər ay, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Qərardaddan, onun tərərflərə rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar