Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4174/2023 03.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı 02 avqust 2022-ci il tarixli, 800804-895403/2 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5.147 manat 11 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 438 manat 28 qəpik, cəmi 5.585 manat 39 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 76 manat 26 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi S.N.Abbasov məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2022-ci il tarixli, 800804- 895403/2 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə, illik 21,5 faiz dərəcəsi ilə 5.500 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar olunsa da, iddiaçı Banka olan borcunu ödəməmişdir. Cavabdeh 11 may 2023-cü il tarixə 02 avqust 2022-ci il tarixli, 800804- 895403/2 nömrəli kredit müqaviləsi üzrə borcu ödənilməmiş əsas borc qismində 5.147 manat 11 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 5.585 manat 39 qəpik təşkil edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranması nəzərə tutulur. Sonda S.N.Abbasov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin mülki məhkəmədə baxılmağa hazırlanması zamanı Cavabdeh 22 iyun 2023cu il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, 02 avqust 2022-ci il tarixli, 800804- 895403/2 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5.147 manat 11 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 438 manat 28 qəpik, cəmi 5.585 manat 39 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 76 manat 26 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddianı etiraf etdiyini və etirafın hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümyəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 avqust 2022-ci il tarixli, 800804-895403/2 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" ASC ilə bağladığı 02 avqust 2022-ci il tarixli, 800804-895403/2 nömrəli kredit müqaviləsinə əsasən iddiaçıdan illik faiz dərəcəsi 20% olmaqla, 48 ay müddətinə, 1 saylı əlavədə müəyyən olunmuş qrafik üzrə qaytarmaq şərti ilə, 5.500 manat məbləğində kredit götürmüşdür. İşdə olan 02 avqust 2022-ci il tarixli kassa məxaric orderinin kserosurətindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin 5.500 manat məbləğində nağd pul vəsaitini almışdır. İş materiallarında olan 11 may 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 02 avqust 2022-ci il tarixli, 800804-895403/2 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə borcu əsas borc qismində 5.147 manat 11 qəpik, 11 may 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 438 manat 28 qəpik, cəmi 5.585 manat 39 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı ASC ilə bağladığı 02 avqust 2022ci il tarixli, 800804-895403/2 nömrəli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə iddiaçıya ödənilməmiş əsas borc qismində 5.147 manat 11 qəpik, 11 may 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 438 manat 28 qəpik borcunun olduğu təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh iddianı etirafı qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 02 avqust 2022-ci il tarixli, 800804-895403/2 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə, kreditor müqavilə isə nəzərdə tutulmuş hüququndan istifadə edərək, kredit vəsaitinin vaxtından əvvəl qaytarılmasını tələb etdiyinə görə 02 avqust 2022-ci il tarixli, 800804-895403/2 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5.147 manat 11 qəpik, 11 may 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 438 manat 28 qəpik, cəmi 5.585 manat 39 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 76 manat 26 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 02 avqust 2022-ci il tarixli, 800804-895403/2 nömrəli kredit müqaviləsi üzrə əsas ödənilməmiş əsas borcun əvəzi qismində 5.147 (beş min bir yüz qırx yeddi) manat 11 (on bir) qəpik, 11 may 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 438 (dörd yüz otuz səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 76 (yetmiş altı) manat 26 (iyirmi altı) qəpik, cəmi 5.661 (beş min altı yüz altmış bir) manat 65 (altmış beş) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-4174/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4174/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver