Məhkəmə qərarları › İş №e-2(125)-418/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-418/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-418/2023 23.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10000 ABŞ dolları və 17400 manat pulun və 193 (bir yüz doxsan üç) manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 onun qohumudur. Almaz müxtəlif xarici ölkələrdən müxtəlif təyinatlı malları Azərbaycana gətirib onların satışı ilə məşğul olurdu. Almaz 2019-cu ilin may ayında digər cavabdeh olan Cavabdeh2 ilə birlikdə onun yaşadığı evə gələrək ondan 10000 ABŞ dolları borc pul istəyərək ona da alver edən zaman əlavə qazanc verəcəyini demişdir. O isə buna inanıb qonşusu Həbibdən 10000 ABŞ dolları alıb cavabdehə vermişdir. Almaz da qızı ilə birlikdə ünvan 1 ünvanında yerləşən evinin sənədini girov qoymuşdur. 2019-cu ilin iyun ayında Almaz onun evinə gələrək qızı Aidənin suni mayalanma etdirəcəyini bildirib ondan 6000 manat pul istəmiş o da həmin pulu vermişdir. Almaz bir müddət sonra malların İran İslam Respublikasının gömrüyündə qalmasını bildirmiş və malların respublikaya gətirə bilməməsini bildirmişdi. Bundan sonra Almaz yenə 2019-cu ilin iyul ayında onun yanına gələrək ondan 5000 manat borc istəyərək mal almağa pulunun çatmamısnı bildirmişdir və o 5000 manatı Almaza borc olaraq vermişdir. Təxminən bir necə gün sonra Almaz yenə də qızı ilə birlikdə gəlib 5500 manat pul istəmişdir, o isə 4400 manat vermişdir. Təxminən 5-6 gün sonra Almaz yenə gəlib 2000 manat pul istəmiş, o isə həmin pulu vermişdir. Almaz həmin pulları istəyərkən pulların malı Azərbaycana keçirmək üçün lazım olduğunu bildirmiş, o isə məcbur olub pulları batmasın deyə istədiyi məbləğləri ona vermişdir. Bundan sonra Almaz həmin ilin dekabr ayında İran İslam Respublikasına getmiş və onunla əlaqə saxlayanda generalın ölümü ilə bağlı yolların bağlanmasını bildirib ölkəyə gələ bilmədiyini demişdir. Bundan sonra dəfələrlə pulunu istəsə də o müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Beləliklə cavabdehlərin ona 10000 ABŞ dolları və 17400 manat borcu yaranmışıdır. Həmçinin məhkəməyə müraciət etməzdən əvvəl eyni ərizə ilə Kəpəz Rayon Polis Şöbəsinə müraciət etmişdir. Şöbədə təhqiqatçı tərəfindən araşdırma aparılmış və qərar qəbul edilərək cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı cavabdehin izahatı alınmış, cavabdeh ona borcu olmasını etiraf etmişdir. Bundan başqa o əvvələr də məhkəməyə müraciət etmişdir. İşə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində baxılan zaman cavabdehlərdən Cavabdeh1 məhkəmədə ərizə yazaraq onunla barışıq əldə etməsini və borcu olmasını etiraf etmişdir. Lakin sonradan pulu ödəməkdən boyun qaçırdığı üçün məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə qarşı etiraz edərək izahatında göstərdi ki, iddiaçıdan hissə-hissə 10000 ABŞ dollar götürmüş, həmin pulu o, özü götürmüşdür. Qızı Alidənin bu işə heç bir aidiyyəti olmamışdır. Hər ay ödəniş etmişdir. Sonra Covid-19 xəstəliyinə tutulmuş və ödəniş edə bilməmişdir. Evinə oğru girdiyindən və maddi vəziyyti pisləşdiyi üçün ödəniş edə bilməmişdir. İşlədiyi vaxt aldığı pulu sələm kimi artıqlaması ilə ödəmişdir. İddianın əsassız olduğunu göstərərək rədd edilməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin təhqiqat bölməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı ərizə ilə müraciət edərək Cavabdeh1 ondan 10000 ABŞ dolları və 11400 manat borc pul alaraq qaytarmadığını göstərmişdir. Qeyd olunan qərardan görünür ki, Cavabdeh1 izahatında göstərmişdir ki, o, 2019-cu ilin may ayında qızı Cavabdeh2 ilə birlikdə İddiaçı yaşadığı evə gedərək alver etməsi üçün ondan 5000 (beş min) ABŞ dolları borc pul istəmiş o da, qonşusu Həbibədən 5000 (beş min) ABŞ dolları alıb ona vermişdir. O da dilindən kağız yazıb borclu olduğunu bildirmişdir. Sonra isə qızları Alidə və Aidə ilə birlikdə Gəncə Asan Xidmət mərkəzində özünə məxsus Gəncə şəhəri Xəqani küçəsində yerləşən evinin sənədini Həbibəyə girov vermişdir. O, hər ay Həbibəyə Zərifənin vasitəsi ilə 5000 (beş min) ABŞ dolların, yəni 8500 (səkkiz min beş yüz) manat pulun sələmini, hər ay 675 (altı yüz yetmiş beş) manat pul verirmiş. Sonra 2019-cu ilin iyun ayında yenidən Zərifənin yaşadığı evə gedərək qızı Aidəni süni mayalandırma etdirəcəyini deyib ondan 5000 manat borc pul istəmiş o da ona 5000 manat borc pul vermişdir. Zərifə də ona həmin pulları sələm borcu kimi verirmişdir. Sonra o, İrana getmişdir. Lakin, İran İslam Respublikasından qayıdan zaman malları İran İslam Respublikasında gömrükdə qalmış və malları ölkəyə gətirə bilməmişdir. Bu barədə o, Zərifəyə məlumat vermişdir. O, borcunu geri qaytarmaqda çətinlik çəkmişdir. Bundan sonra o, 2019-cu ilin iyul ayında yenidən Zərifənin yaşadığı evə qızı Alidə ilə gedərək ondan 2000 (iki min) manat borc pul istəyərək mal almağa pulunun çatmadığını demişdir. Zərifə də yaşadığı evdə ona 2000 (iki min) manat borc pul vermişdir. O, Zərifəyə olan borcundan bir neçə aydan sonra 2000 (iki min) manat geri qaytarmışdır. 2019-cu ilin dekabr ayında o, İrana getmiş, lakin, İran İslam Respublikasında general Qasım Süleymaninin ölümü ilə bağlı yollar bağlı olduğu üçün bir müddət ölkəyə gələ bilməmiş və Azərbaycana mallarını gətirə bilməmişdir. Onun İddiaçı ümumilikdə 5000 (beş min) manat pul borcu var. Onun Zərifənin qonşusu Həbibəyə isə 5000 (beş min) ABŞ dolları borcu var. O, Zərifədən 36000 (otuz altı min) manat borc pul almamışdır. Cavabdeh1 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə verdiyi xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı 10000 ABŞ dolları, 5000 manat və 4420 manat borcu olmasını etiraf etmiş, iddiaçı ilə aralarında borcun ödənilməsi üçün razılıq əldə olunaraq barışdıqlarından mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növü kimi qəbul edib hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin mübahisə edilməyən hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi olmuşdur. İddiaaçı cavabdehlərə 10000 ABŞ dolları və 17400 manat borc verdiyini və cavabdehlərin həmin borcu qaytarılmadıqlarını iddia etmişdir. Cavabdeh isə pulun iddiaçıdan onun tərəfindən alındığını və digər cavabdeh olan qızı Cavabdeh2 alınmış borcla bağlı heç bir əlaqəsinin olmadığını iddiaçıdan 10000 ABŞ dolları sələm aldığını və artıqlaması ilə ödədiyini göstərərək iddia tələbinə qarşı etiraz etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehə 10000 ABŞ dolları və 17400 manat borc pul verdiyini iddia etsə də həmin məbləğdə cavabdehə borc verməsi barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin 10000 ABŞ dolları, 5000 manat və 4420 manat borcu olmasını etiraf etməsi həmin borcun ödənilməsi ilə bağlı iddiaçı razılaşmış və bununla bağlı mülki işin baxılmamış saxlanması xahiş olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər öz tələb və etirazlarının əsası kimi istinat etdikləri hallara dair hər hansı bir sübut təqdim etmədiklərindən iddia qismən təmin olunmalıdır. İddia tələbinin Cavabdeh2 münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin polis idarəsində verdiyi izahatında pulu qızı Alidə ilə birlikdə aldığını göstərmiş və Cavabdeh2 telefon danışığında iddiaçıya borcu olduğunu etiraf etməsi müəyyən olunmuşdur. İddiaçı polis şöbəsinə yalnız cavabdehlərdən Cavabdeh1 şikayət etməsini onunla izah etmişdir ki, qohum olduqları üçün Alidəni polisə vermək istəməmiş və yalnız Almaza polis vasitəsi ilə təsir etməklə pulunu qaytaracağına güman etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 10000 (on min) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul və 9420 (doqquz min dörd yüz iyirmi) manat alınaraq İddiaçı xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 169,26 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9420 (doqquz min dörd yüz iyirmi) manat və 10000 (on min) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul və dövlət rüsumunun əvəzi olaraq 169,26 (bir yüz altmış doqquz manat 26 qəpik) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar