Məhkəmə qərarları › İş №e-2(125)-4285/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4285/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4285/2024 04.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 İsa oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən və zamindən tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən və zamindən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2580.7 manat məbləğində kredit bоrcu, 2305.23 manat məbləğində faiz bоrcu və 2374.52 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 7260 (yeddi min iki yüz altmış) manat 45 (qırx beş) qəpik məbləğində bоrcun və tərəflərindən ödənilmiş 92.61 manat məbləğində dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, X5 İddiaçı QSC ilə xx.xx.2017-ci il tarixdə bağladığı 006L**********86 saylı uzunmüddətli kredit müqaviləsi əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi əsasında X8 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 006R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 419.3 manat ödəniş etmiş və оnun iddiaçıya 2580.7 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişlər ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 1459 gün üçün hesablanmış faiz borcu 2305.23 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 1459 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 2374.52 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə X3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında X8 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsindən daxil olmuş arayışa əsasən borclu X3 06.05. 2020-ci ildə vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********00 saylı məktubuna əsasən, X3 adına Gəncə şəhəri, Kəpəz rayonu, Xəmsə küçəsi, 76 saylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda onun adınadır. Gəncə şəhəri, Kəpəz Rayonu, İcra hakimiyyəti başçısının Aparatından alınmış xx.xx.2021-ci il tarixli 03/858 nömrəli məktuba əsasən Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 (Cavabdeh3 arvadı), X7, X2 şəhəri, Kəpəz rayonu, Xəmsə küçəsi, 76 saylı fərdi yaşayış evində faktiki yaşayırlar. Belə ki, faktiki vərəsə-Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 (Cavabdeh3 arvadı), X7, X9 mənzildən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən tərəflərindən qəbul edilmiş hesab edildiyindən həmin şəxslər faktiki vərəsəsi hesab edilir. Məhkəmədə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat vermiş, sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 ona qarşı irəli sürülən iddiaya etiraz etmiş və bildirmişdir ki, o, X3 vərəsəsi deyildir. Zaminlik müqaviləsinə əsasən X3 xahişinə əsasən ona zamin durmuş, lakin hansı məbləğdə kredit götürməsindən xəbəri olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işin materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X8 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 006L**********86 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, X1 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşmasından görünür ki, Bank tərəfindən X5 aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində kredit verilmiş, X8 isə həmin kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli 006R********** saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə cavabdeh X3 öhdəliklərin icrasının təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, kredit müqaviləsi üzrə X3 xx.xx.2021-ci il tarixinə iddiaçı Banka 2580.7 manat əsas, 2305,23 manat faiz, 2466.91 manat cərimə olmaqla, cəmi 7260,45 manat borcu qalmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, kredit müqaviləsi üzrə X3 xx.xx.2021-ci il tarixinə iddiaçı Banka 2580.7 manat əsas, 453.94 manat faiz, 2466.91 manat cərimə olmaqla, cəmi 5501.55 manat borcu qalmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X8 xx.xx.2020-ci ildə vəfat etmiş və 1 saylı Gəncə Regional ASAN xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən ölümün qeydiyyatı aparılmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X3 adına Gəncə şəhəri, Kəpəz rayonu, Xəmsə küçəsi, 76 saylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda adındadır. X3 adına Respublikanın digər ərazilərində dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan doğum haqqında arayışlardan görünür ki, Cavabdeh3 adlı uşaq xx.xx.1990-cı il tarixdə, Cavabdeh4 adlı uşaq isə xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində doğulmuşdur, anaları X4r, ataları X6r. İş materiallarında olan, Gəncə şəhər İH başçısının Sadıllı qəsəbə İƏD üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarıxlı “ailə tərkibi haqqında” arayışda qeyd edilmişdir ki, Cavabdeh3 və Cavabdeh4 faktiki Gəncə şəhəri, Xəmsə küçəsi, 76 saylı evdə yaşayırlar. “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə əldə edilmiş məlumatlardan müəyyən olunur ki, Cavabdeh3 və Cavabdeh4 yaşayış yeri üzrə Gəncə şəhəri, Xəmsə küçəsi, 76 saylı evdə qeydiyyatdadırlar. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, iddiaçı bank cavabdehlərə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı Bank tərəfindən 92.61 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmədə işin halları kimi müəyyən olunmuşdur ki, X3 İddiaçı QSC ilə xx.xx.2017-ci il tarixdə bağladığı 006L**********86 saylı uzunmüddətli kredit müqaviləsi əsasən X5 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi əsasında X8 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 006R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində kredit götürmüşdür. xx.xx.2019-cu il tarixli 006R********** saylı zaminlik müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit müqaviləsi üzrə cavabdeh X3 öhdəliklərin icrasının təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. X8 tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materialları ilə müəyyən edilmişdir ki, mərhum X3 vərəsələri Cavabdeh3 və Cavabdeh4dur. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən X3 banka xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit müqaviləsi üzrə 2580.7 manat əsas, 453.94 manat faiz, 2466.91 manat cərimə olmaqla, cəmi 5501.55 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Beləliklə, miras qoyan X8 öldükdən sonra onun birinci növbə vərəsələri olan övladları – Cavabdeh3 və Cavabdeh4 atalarından miras qalmış ünvan 1 ünvanlı fərdi yaşayış evinə faktiki surətdə yiyələndiklərindən və həmin əmlakı idarə etdiklərindən, onlar həmin mirası qəbul etmiş sayılırlar. Mülki Məcəllənin qeyd edilən normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4-mərhum X3 qanun üzrə birinci növbəli vərəsələri kimi öləndən miras qalmış və dəyəri ölənin miras kredit borcundan qat qat yüksək olan Gəncə şəhəri, Kəpəz rayonu, Xəmsə küçəsi, 76 saylı fərdi yaşayış evini faktiki qəbul etdiklərindən, mirasqoyan mərhum atalarının kredit borcunu ödəmək vəzifəsi daşıyırlar. Məhkəmə ölmüş şəxsin kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsi ilə baglı qeyd edir ki, cavabdehlər məhkəməyə gəlmədiklərindən və iddaya heç bir etiraz etmədiklərindən, hesab edilir ki, mərhum X3 əsas kredit borcu 2580,7 manat məbləğində düzgün hesablanmışdır. Bununla bərabər məhkəmə hesab edir ki, 2305.23 manat məbləğində faiz borcunun tutulması tələbi hissədə iddia tam əsaslı sayıla bilməz. Belə ki, iddiaçının nümayəndəsinin xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi maliyyə arayışına əsasən X3 banka xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit müqaviləsi üzrə 453.94 manat faiz borcu qalmışdır. Məhkəmə qeyd edilən arayışı işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edərək, iddia faiz borcu tələbi hissədə qismən-453,94 manat məbləğində təmin edilməlidir. Məhkəmə iddianın 2466.91 manat məbləğində cərimə borcu tələbi hissəsi ilə bağlı qeyd edir ki, ölmüş şəxsin kredit borcuna qeyd edilən məbləğdə tənasübsüz sürətdə yüksək olan məbləğ kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan cərimə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir və belə qərara gəlir ki, 2466.91 manat məbləğində (cərimə) dəbbə pulu azaldılmalı və 246 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə ölmüş şəxsin kredit borcunun Cavabdeh2 tutulması hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 isə mirasqoyan X3 qanun üzrə heç bir növbəli vərəsəsi deyildir. Ona görə də Cavabdeh2 qarşı irəli sürülən hazırki iddia tələbi təmin oluna bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, Cavabdeh1 aid olan hissədə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, mərhum X8 ilə xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit müqaviləsi bağlanılan zaman Cavabdeh1 ilə Bank arasında Zaminlik müqaviləsi bağlanmışdır. Hər iki müqavilə 18 ay müddətə bağlanmış və hər iki müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçı Bank isə hazırki iddia ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin zaminliyə xitam verilməsindən bəhs edən 447-ci maddəsi ilə nəzərdə tutulmuşdir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə göstərir ki, Mülki Məcəllənin zaminliyə xitam verilməsindən bəhs edən 447-ci maddəsi ilə nəzərdə tutulmuş müddətlər kəsici müddətlərdir, ona görə də müddətin tətbiqi barədə ərizənin verilib verilmədiyindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətdədir ki, Cavabdeh1 qarşı tələbin irəli sürülməsi üçün qanunla müəyyən edilmiş kəsici müddət keçdiyindən ona aid olan hissədə iddia təmin edilməməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə bu qənaətdədir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh X3 vərəsələri Cavabdeh4 və Cavabdeh3 xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit müqaviləsi üzrə müqavilənin bitdiyi tarixə olan 2580.7 manat məbləğində kredit bоrcu, 453.94 manat məbləğində faiz bоrcu və 246 manat məbləğində cərimə borcu alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçı Bank tərəfindən hazırki iddianın qaldırılması üçün 92,61 manat məbləğində dövlət rüsumu ödənilmişdir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Baxılan işdə iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun (və xidmət haqqının) ödənilmiş tələblərin məbləğinə münasib olan hissəsinin əvəzi kimi 41.76 (qırx bir) manat 76 qəpik məbləğində pul cavabdehlər-Cavabdeh4 və Cavabdeh3 aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə mərhum X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit müqaviləsi üzrə 2580.7 manat məbləğində kredit bоrcu, 453.94 manat məbləğində faiz bоrcu və 246 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3280, 64 (üç min iki yüz səksən) manat 64 qəpik məbləğində pul və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 92,61 manat məbləğində dövlət rüsumunun (və xidmət haqqının) ödənilmiş tələblərin məbləğinə münasib olan hissəsinin əvəzi kimi 41.76 (qırx bir) manat 76 qəpik məbləğində pul cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydad tutularaq İddiaçı QSC-nin hesabına ödənilsin. İddia qalan hissədə əsassız olduğundan əmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar