Məhkəmə qərarları › İş №e-2(125)-4301/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4301/2023

15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4301/2023 15.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1nun vərəsəsi Cavabdeh Əli qızına qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti borcalan mərhum X4 vərəsəsi Cavabdeh Əli qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən nağd kredit üzrə 4700 manat əsas, 52,73 manat faiz borcu olmaqla, cəmi 4752,73 manat kredit borcunun, kart kredit limiti üzrə 296,03 manat əsas, 58,37 manat faiz borcu olmaqla, cəmi 354,40 manat kredit borcunun və ödənilmiş 71,08 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutularaq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək göstərdi ki, "xxxx" ASC-nin Gəncə filialı ilə mərhum X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsinə əsasən ona 4700 manat nağd, xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli tam kart müqaviləsinə əsasən 300 manat məbləğində kart krediti limiti verilmişdir. X1 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 290 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən X4 miras əmlakına dair Cavabdeh Əli qızına miras payı əldə etməsi barədə xx.xx.2022-ci il tarixli, 2V-1353 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh Əli qızı mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdir. xx.xx.2023-cü il tarixli, nağd kredit üzrə maliyyə arayışına əsasən mərhum X1nun banka ödənilməmiş 4700 manat əsas, 52,73 manat faiz borcu qalmışdır. xx.xx.2023-cü il tarixli kart kredit limiti üzrə maliyyə arayışına əsasən mərhum X1nun banka ödənilməmiş 296,03 manat əsas, 58,37 manat faiz borcu qalmışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək yerinə yetirməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Əli qızına məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsindən görünür ki, mərhum X5 iddiaçı tərəfindən 48 ay müddətinə, illik 22% dərəcəsi ilə 4700 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli“ tam kart müqaviləsindən görünür ki, X5 iddiaçı tərəfindən 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. AZ-İİ 280264 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci ildə ölmüşdür. Maliyyə arayışlarından görünür ki, mərhum X7 ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsi üzrə 4700 manat əsas,52,73 manat faiz borcu, xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli tam kart müqaviləsi üzrə 296,03 manat əsas, 58,37 manat faiz borcu qalmışdır. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-1353 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X4 vərəsəsi Cavabdeh miras qalmış 3543,32 manat pul vəsaitindən tam hissədə irs almalıdır. İddiaçının nümayəndəsinin vəsatəti üzrə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə olunmuş məlumatdan müəyyən olunmuşdur ki, mərhum X4 adına QAZ 2705 yük markalı 20CK384 qeydiyyat nömrə nişanlı avtomobil mövcuddur. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsi üzrə 4700 manat əsas, 52,73 manat faiz borcu, xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli tam kart müqaviləsi üzrə 296,03 manat əsas, 58,37 manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 5107,13 manat kredit borcu alınaraq "xxxx" ASC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 71,08 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsi üzrə 4700 manat əsas, 52,73 manat faiz borcu, xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli tam kart müqaviləsi üzrə 296,03 manat əsas, 58,37 manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 5107,13 (beş min yüz yeddi manat 13 qəpik) manat kredit borcu və iddia ərizəsi verilməsi üçün ödənilmiş 71,08 (yetmiş bir manat 8 qəpik) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar