Məhkəmə qərarları › İş №e-2(125)-4302/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4302/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4302/2023 03.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 24 yanvar 2019-cu il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.812 manat 77 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 25 manat 44 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat 79 qəpik, cəmi 1.877 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.E.Aslanov iddianı müdafiə edərək bildirdi ki, «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti ilə X5 arasında bağlanmış 24 yanvar 2019-cu il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsinə əsasən X4 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 2.000 manat məbləğində kredit verilmişdir. X5 19 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. X1 qalmış «VAZ 21074» minik markalı, ** CP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarət mirası Cavabdeh2 və Cavabdeh1 qəbul etmişlər. Tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmişdir ki, borc alan bu müqavilə ilə müəyyən edilmiş müddətdə istifadə etdiyi kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 X1 qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsi, 24 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.812 manat 77 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 25 manat 44 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat 46 qəpik, cəmi 1.877 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və R.Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, mülki işdə olan 24 yanvar 2019-cu il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti X4, illik 25% borc faizləri ödəməsi şərtilə, 60 ay müddətinə 2.000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin 24 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, X5 ilə «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti arasında bağlanmış 24 yanvar 2019-cu il tarixli kredit müqaviləsinə əsasən X3 «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətin borcu ödənilməmiş əsas borcun əvəzi qismində 1.812 manat 77 qəpik, 02 may 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 25 manat 44 qəpik, cəmi 1.838 manat 21 qəpik təşkil edir. İşdə olan AZ-İİ seriyalı, 061483 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 19 dekabr 2019-cu il tarixdə Gəncə şəhərində vəfat etmişdir. İş materiallarında olan 15 iyul 2022-ci il taixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 19 dekabr 2019-cu il tarixdə ölmüş X3 vərəsələri Cavabdeh2 və Cavabdeh1 mirasdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş 19 iyun 2020-ci il tarixli, 313-2433-1220 nömrəli q arayışa və Gəncə RQİ və TBŞ tərəfindən verilmiş 25 noyabr 2016-cı il tarixli AC 780015 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA**********1872, mühərrikin nömrəsi ******* və buraxılış ili 2008-ci il olan «VAZ 21074» markalı, ** CP *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Beləliklə, işdə olan sübutlarla X3 «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə 24 yanvar 2019-cu il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 1.812 manat 77 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 25 manat 44 qəpik məbləğində borcunun yarandığı, Cavabdeh1 ölümündən sonra həmin şəxsə məxsus əmlakın Cavabdeh2 və Cavabdeh1 tərəfindən qəbul olunması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi miras aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum R.A.Rzayev kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri Cavabdeh2 və R.Cavabdeh1 vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişlər. Lakin cavabdehlər mirasqoyanın öhdəliyini icra etməmişlər. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh2 və R.Cavabdeh1 24 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə, 24 yanvar 2019-cu il tarixli, BPM**********13 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.812 manat 77 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 25 manat 44 qəpik, cəmi 1.838 manat 21 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 38 manat 79 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin xeyrinə 24 yanvar 2019-cu il tarixli, BPM**********13 nömrəli kredit üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.812 (bir min səkkiz yüz on iki) manat 77 (yetmiş yeddi) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 25 (iyirmi beş) manat 44 (qırx dörd) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 (otuz səkkiz) manat 79 (yetmiş doqquz) qəpik, cəmi 1.877 (bir min səkkiz yüz yetmiş yeddi) manat məbləğində pul vəsaiti pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar