Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4314/2025 29.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında 22250 manat məbləğində xx.xx.2024 tarixli borc müqaviləsinə əsasən 22250 manat borc olaraq, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 157 manat olmaqla ümumilikdə cəmi 22407 manat pulun Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında 22250 manat məbləğində xx.xx.2024-cü il tarixli borc müqaviləsi bağlanmışdır. Cavabdeh həmin borc müqaviləsinin təminatı olaraq təşkilatlarına girov verməli olduğu qızıl əşyalarını təşkilatlarına vermək öhdəliyi versə də, həmin qızıl əşyalarını təşkilatlarına verməyib. Cavabdeh həmin müqavilə üzrə 22250 manat pulu təşkilatlarına ödəməyib. Məhkəmədə İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iştirak etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən vavabdeh Cavabdeh iddia edilən məbləğdə krediti aldığını və borcunu ödəmədiyini etiraf etmiş, borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1 -ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh məhkəmədə ona qarşı irəli sürülən 22250 manat məbləğində pul tələbini qəbul etdiyini və iddianın 22250 manat məbləğində pul tələbi hissədə təmin edilməsinə etirazının olmadığını bildirmişdir. İşdə olan İddiaçı QSC ilə Cavabdeh arasında 22250 manat məbləğində xx.xx.2024cü il tarixli borc müqaviləsi bağlanmışdır. İşdə olan İddiaçı QSC-yə məxsus olan xx.xx.2024-cü il tarixli kassa məxaric orderinin surətindən müəyyən edilir ki, həmin tarixdə İddiaçı QSC tərəfindən Cavabdeh 22250 manat məbləğində pul verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 157 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmədə işin halları kimi müəyyən olunmuşdur ki, İddiaçı QSC ilə Cavabdeh arasında 22250 manat məbləğində xx.xx.2024 tarixli borc müqaviləsi bağlanmışdır. İddiaçı təşkilat tərəfindən cavabdehdən yaranmış borcunu ödəməsi tələb edilmiş, lakin cavabdeh həmin borcu ödəməmişdir. Buna görə də iddiaçı təşkilat hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, irəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar yuxarıda qeyd edilmiş maddi hüquq normaları ilə nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia qanuni əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə 22250 manat əsas borcun alınıb, İddiaçı QSC-nə verilməsi barədə qərar qəbul edilməlidir. İddia əsaslı sayıldığından Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərərfindən ödənilmiş 157 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı QSC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləəsinin 213, 220-220, 233 və 540-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən 22250 (iyirmi iki min iki yüz əlli) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 157 (bir yüz əlli yeddi) manat məbləğində pul Cavabdeh alınıb, İddiaçı QSC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-4314/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4314/2025
29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver