Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4326/2025 08.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə İddiaçı QSC Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli, 014A********** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 268 manat 18 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 20 manat 32 qəpik, cərimə qismində 5 manat 94 qəpik, xx.xx.2023-cü il tarixli, 014KK**********01 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 299 manat 93 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 155 manat 34 qəpik, cəmi 749 manat 71 qəpik və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli «bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri» haqqında müqavilənin surətindən görünür ki, Müqavilə bağlandığı andan Ümumi Şərtlər və Tariflər, o cümlədən onlara əlavə və dəyişikliklər Müqavilənin tərkib hissəsinə çevrilir. Müqavilənin bağlanması Tərəflər üçün hər hansı bir məhdudiyyət tətbiq edilmədən Ümumi Şərtlərin, Tariflərin və Valyuta Məzənnəsinin tam və qeyd-şərtsiz qəbul edildiyi anlamına gəlir. Ayrı-ayrı Bank Xidmətlərini almaq üçün Müştəri müvafiq Ərizəni Banka təqdim etməlidir. Müştərinin Bank Xidmətlərindən istifadə hüququ Ərizənin Akseptini aldığı andan, yəni Müqavilənin bağlandığı andan yaranır. Müştəri Ərizəni kağız daşıyıcıda Bankda şəxsən imzalamaqla Banka təqdim edə bilər. Ərizənin Bankın səlahiyyətli nümayəndəsinin imzası. Bankın möhürü ilə təsdiqlənməsi və Müştəriyə təqdim edilməsi Bankın Aksepti hesab edilir. Müqavilə ilə nəzərdə tutulmayan bank xidmətlərinin göstərilməsi Bank və Müştəri arasmda bağlanmış müvafiq ayrıca müqavilələrlə tənzimlənir. X2 arasında qüvvədə olan müqavilələrin şərtlərini dəyişdirmir və onlara təsir etmir. Müştərinin göstərilən xidmətlərə görə Banka Ödənilməli olan xidmət haqqının məbləği və ödəniş şərtləri X1 yerləşdirilən Tariflərə əsasən müəyyən edilir. İşdə olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh ərizəni imzalamaqla xx.xx.2019-cu il tarixli «bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri» haqqında müqavilənin bütün şərtlərini qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 014A********** nömrəli ərizənin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 12 ay müddətinə aylıq 1,25 faiz dərəcəsi ilə 1.200 manat məbləğində kredit təyin edilməsi ilə bağlı razılıq əldə olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli, 014KK**********01 nömrəli kart kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə 300 manat məbləğində kart limiti təyin edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, OUT-2025/04/18/20 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə borcu xx.xx.2023cü il tarixli, 014A********** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 268 manat 18 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 20 manat 32 qəpik, cərimə qismində 5 manat 94 qəpik təşkil edir. İşdə olan xx.xx.2025-ci il tarixli, OUT-2025/04/18/23 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə borcu xx.xx.2023-cü il tarixli, 014KK**********01 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 299 manat 93 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 155 manat 34 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, borcu könüllü ödəməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan sübutlarla Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixli, 014A********** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 268 manat 18 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 20 manat 32 qəpik, cərimə qismində 5 manat 94 qəpik, xx.xx.2023-cü il tarixli, 014KK**********01 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 299 manat 93 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 155 manat 34 qəpik, cəmi 749 manat 71 qəpik borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh krediti müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2023-cü il tarixli, 014A********** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 268 manat 18 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 20 manat 32 qəpik, cərimə qismində 5 manat 94 qəpik, xx.xx.2023-cü il tarixli, 014KK**********01 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 299 manat 93 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 155 manat 34 qəpik, cəmi 749 manat 71 qəpikməbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixli, 014A********** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 268 (iki yüz altmış səkkiz) manat 18 (on səkkiz) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 20 (iyirmi) manat 32 (otuz iki) qəpik, cərimə qismində 5 (beş) manat 94 (doxsan dörd) qəpik, xx.xx.2023-cü il tarixli, 014KK**********01 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 299 (iki yüz doxsan doqquz) manat 93 (doxsan üç) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 155 (bir yüz əlli beş) manat 34 (otuz dörd) qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 779 (yeddi yüz yetmiş doqquz) manat 71 (yetmiş bir) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-4326/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4326/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver