Məhkəmə qərarları › İş №e-2(125)-4454/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4454/2023

27.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4454/2023 27.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-1096/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)- 3506/2018 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2015ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin artırılaraq hər ay hər uşaq üçün 250 manat, cəmi 750 manat müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uşağın saxlanılmasında maddi çətinlik çəkir, cavabdeh bu barədə ona dəstək göstərmir. Cavabdeh iddiaya etiraz təqdim edərək, iddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı Gəncə Şəhər Məhkəməsinə iddia ilə müraciət edərək alimentin artırılmasına dair qətnamə çxarılmasını xahiş edib. Hesab edir ki, iddiaçının iddası əsassız, qərəzli və ədalətsiz yanaşdığı üçün, o təmin edilə bilməz. İddiaçı göstərib ki, onun əmək haqqında dəyişiklik olduğu üçün və uşaqlara vaxtlı-vaxtında və gecikdirilmədən məhkəmənin çıxardığı qətnamə əsasında ödədiyi 360 manat (hər bir uşağa 120 manat olmaqla) uşaqları saxlanması üçün kifayyət etmir. Lakin o, aşağıda bir neçə səbəb göstərməklə onun açıq-aşkar qara fikir və niyyətlər olduğunu nəzərinizə çatdırmaq istəyir. Əgər iddiaçı özünün iddia ərizəsində qeyd etdiyi kimi 360 manat uşaqların gündəlik gidalanması və saxlanması üçün çətinlik çəkdiyini bildirirsə, onda hansı səbəbdən xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə (işin nömrəsi e-2(125)-4606/2023) müraciət edərək "valideynin razılığı olmadan ölkə hüdudlarından kənara uşağın çıxarılması" ilə müraciət edərək və orada sözbəsöz olduğu kimi qeyd edərək "Mən uşaqlarımla birlikdə yay aylarında Azərbaycan Respublikasından kənarda istirahət etmək istəyirəm" bildirmiş. Hamıya məlum olduğu kimi sərbəst və ehtiyat pul vəsaiti olmadan xarici ölkələrə istirahət etmək mümkünatı yalan və absurd məsələdir. Ona görə belə qənaətə gəlmək olar ki, ya iddiaçının sərbəst pul vəsaiti var, ya da uşaqları bəhanə edib ondan alimentin artırıb öz şəxsi istirahətini təmin edərək, onun simasında isə yeni qurduğu ailəni (həyat yoldaşı və övladını) öz şəxsi intriqa və ambisiyası nəticəsində yoxsulluğa gətirib çıxarmaqdır. Sorğuladıqları arayışda göstərildiyi kimi əmək haqqı 620 manat (büdcəyə olan tutulmalarsız) təşkil edir, lakin 2022-ci ildə vəkilim olan Elsevər Məmmədov tərəfindən sorğulanan arayışda İddiaçı bütün tutulmalardan sonra 787 manat olduğu bildirilmişdir. İndi isə vəkil ödənişi edib bu sorğu aparılması və dəqiq məlumat əldə etmək imkanı olmadığı üçün ötən 2022-ci il əmək haqqına görə bəzi öz mülahizələrini 2023-cü ildə baş vermiş dəyişikliklərə əsaslanaraq hesablamalarını nəzərinizə çatdırmaq istərdim. Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müəllimlərə daha üstün qayğı göstərilməsi üçün onların vəzifə və tarif maaşları 2022-ci ilin fevral ayının 1-dən orta hesabla 10% arasında artırılması barədə fərman imzalamışdır. Və bununla qənaətə qəlmək olar ki, X14 Təhsil Mərkəzində şöbə müdiri vəzifəsində çalışan İddiaçı ən azı bütün xərclər və tutulmalardan sonra ələ aldığı vəsait 950 manat və ya daha artıq olmasına gətirib çıxarır. Burdan da fərq açıqca göz qabağında olur. İddiaçının sərbəst pul vəsaiti yoxdursa, belə bir sual ortaya əlavə olaraq çıxır: "Necə olur Mediasiya mərkəzinə 50 manat rüsum ödəmək, əlavə olaraq ödənişli vəkil xidmətlərindən istifadə etmək və bu azdır kimi mediasiya prosesində ortaq razılaşmaya gəlmək üçün nə özü, nə də vəkili iştirak edib (vəkil mediatorla yalnız telefon əlaqəsi saxlamaqla) sonunda məhkəmə instansiyasına gətirib çıxardaraq əsas məqsədini ortaya qoyaraq məni və ailəmi maddi, həm də poçt vasitəsilə tez-tez mediasiya və məhkəmələrdən məktub göndərilməsinə nail olmaqla onsuzda evdə işemik insult keçirmiş həyat yoldaşımı daim stress və həyəcanlar çəkdirməklə onun səhhətini daha da ağırlaşdırmaqdır niyyəti. Alimentin azaldılması üçün onun qarşı tərəfə etiraz iddia qaldırmanın əsas səbəbi ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında həyat yoldaşı X3 qəfildən halı ağırlaşması olmasıdır. Həmin vaxt evə X13 çağırılmış həkim personalı tərəfindən ağır işemik insult keçirdiyi bildirilərək X2 Şöbələrilə təcili əlaqə saxlanılmış və qəbul üçün orada yer olmadığı bildirilməsidir. Ona görə məcbur olaraq özəl olan Mərkəzi Klinikanın hesabına ilk olaraq 200 AZN (X9 Yardımında) və daha sonra yaxın qohum və dostlardan ancaq 1-2 saat ərzində borc olaraq yığıb toplaya bildiyim 2500 AZN pul vəsaitini Klinikanın hesabına köçürüldükdən sonra Reanimasiya şöbəsinə yatızdırdılar. O vaxta qədər X9 Yardım otağında ilk yardım göstərilirdi. Klinikanın reanimasiya şöbəsində 5 gün qaldıqdan sonra və mənim növbəti palata xərclərinin qarşılamaq imkanım olmadığı üçün öz xahişimlə evə buraxdılar və ilk olaraq Mərkəzi Klinikanın həkim-reanimatoloqu Hikmət Məmmədov, həkim-nevropatoloq Yücel Onur və həkim invaziv-kardioloq Musa Qəhrəmanovun təyin etdiyi gündəlik davamlı müalicə proqramı əsasında təyin edilmiş dərman qəbulu, eyni zamanda BestLab klinikanın terapevti Ender Uçarın və sonralar X5 həkim-nevropatoloqu Elvin Niftəliyevin nəzarəti altında daimi dərman qəbul etməyə başladı. Məlumatınıza onu da çatdırmaq istərdim ki, həkim qəbulları ödənişli olduğu üçün yalnız bəzi axırıncı əlimdə olan qəbz və dərmanların resept dəyərinin kassa çeki ilə birlikdə qoşma olaraq təqdim edir. Göründüyü kimi sadəcə 1 aylıq qəbul etdiyi dərmanların dəyəri 130 manatdan artıq təşkil edir. Onun himayəsində az yaşlı övladı Faiq Qaraxanlı və insult keçirmiş həyat yoldaşı Amaliya Qaraxanova var. Həyat yoldaşının aylıq müalicə və müayinəsi üçün kifayyət qədər vəsait sərf olunur. Alimentin 360 manat miqdarında tutulması və qarşı tərəfin sorğulamış olduğu arayışda göstərilən əmək haqqı 620 manat (büdcəyə olan tutulmalar nəzərə alinmadan) olması ailəmi və insult keçirmiş həyat yoldaşımın tam xərclərini qarşılamağa imkan vermir. Odur ki, təyin edilmiş alimentin sabit pul məbləğində hər uşağa 100 manat olmaqla cəmi 300 manat məbləğində tutulması məqsədə uyğun olardır. Məhkəmə iclasında cavabdeh iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırkı işdə isə bu əsaslar mövcud deyildir. Belə ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)- 1096/202022 saylı qətnaməsi qəbul olunduğu vaxtdan cəmi bir il keçmiş, bu müddət ərzində uşaqların zəruri ehtiyaclarında hər hansı dəyişiklik baş verməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı alimentin miqdarı müəyyən edildikdən sonra, yəni son bir il ərzində özünün və cavabdehin maddi və ailə vəziyyətində dəyişiklik olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı öz tələbini yalnız Gəncə şəhəri Nizami rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azlığı ilə əsaslandırır. İddiaçının həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ olsa da iddiaçı bu hüququndan istifadə etməmişdir. İşin yuxarıda qeyd olunan hallarını, hazırki halda tərəflərin ailə və maddi vəziyyətlərində heç bir dəyişiklik olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulması müəyyən olunmuş alimentin miqdarının artırılması barədə iddiaçının tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelllyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar