Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4479/2025 26.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayev Ələddin Anar oğlunun katibliyi, cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli, 13-xx-xx-104504 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.686 manat 59 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 139 manat 01 qəpik, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz qismində 42 manat 54 qəpik, cəmi 2.868 manat 14 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 48 manat 68 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Məmmədova Ksenya Yusif qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 13-xx-xx-104504 nömrəli kredit müqaviləsinə əsasən Məmmədova Ksenya Yusif qızına illik 1 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 2.713 manat 61 qəpik məbləğində kredit verilmişdir. X1 Yusif qızı kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun xx.xx.2025-ci il tarixinə banka 2.686 manat 59 qəpik əsas borc, 139 manat 01 qəpik müqavilə müddətinə hesablanan faiz borcu və 42 manat 54 qəpik məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla ümumilikdə 2.868 manat 14 qəpik məbləğində borcu yaranmışdır. Belə ki, Məmmədova Ksenya Yusif qızı xx.xx.2020-ci ildə ölmüşdür. xx.xx.2020-ci il tarixli, 2V-177 reyestr nömrəli «Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»yə əsasən xx.xx.2020-ci il tarixdə ölmüş Məmmədova Ksenya Yusif qızının vərəsəsi Cavabdeh hesab olunmuşdur. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə iddianı qəbul edərək, borcun ödənilməsinin hissə-hissə edilməsinə dair şərait yaradılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 13-xx-xx-104504 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC X2 qızına kreditdən istifadəyə görə illik 1% ödəməsi şərtilə, 60 ay müddətinə 2.713 manat 61 qəpik məbləğində kredit vermişdir. İşdə olan LPO İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 12-5/2-M-21- 6130/2025 nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə borcu ödənilməmiş əsas borc qismində 2.686 manat 59 qəpik, xx.xx.2019cu il tarixdən xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 139 manat 01 qəpik, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz qismində 42 manat 54 qəpik, cəmi 2.868 manat 14 qəpik təşkil edir. İş materiallarında olan AZ-İİ seriyalı, 073419 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədova Ksenya Yusif qızı xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan Gəncə şəhəri 1 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə 2V-177 reyestr nömrə ilə təsdiq edilmiş «vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X2 qızının vərəsəsi Cavabdehdur və miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi mirasın aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Məmmədova Ksenya Yusif qızının kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdeh mirasqoyanın öhdəliyini icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 13-xx-xx- 104504 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borc qismində 2.686 manat 59 qəpik, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 139 manat 01 qəpik, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 5 faiz dərəcəsi ilə faiz borcu qismində 42 manat 54 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 48 manat 68 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli, 13-xx-xx-104504 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borc qismində 2.686 (iki min altı yüz səksən altı) manat 59 (əlli doqquz) qəpik, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 139 (bir yüz otuz doqquz) manat 01 (bir) qəpik, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 5 faiz dərəcəsi ilə faiz borcu qismində 42 (qırx iki) manat 54 (əlli dörd) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 48 (qırx səkkiz) manat 68 (altmış səkkiz) qəpik, cəmi 2.916 (iki min doqquz yüz on altı) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-4479/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4479/2025
26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver