Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4547/2024 05.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, CL-EE000047226 nömrəli Kredit müqaviləsi üzrə 1143,92 manat əsas borcun, 267,33 manat faiz borcunun, xx.xx.2022-ci il tarixli, CL- EE000095446 nömrəli Kredit müqaviləsi üzrə 489,01 manat əsas borcun, 115,22 manat faiz borcunun, xx.xx.2022-ci il tarixli, CL-EE000107229 nömrəli Kredit müqaviləsi üzrə 698,63 manat əsas borcun, 163,28 manat faiz borcunun, cəmi 2877,39 (iki min səkkiz yüz yetmiş yeddi manat 39 qəpik) manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 48,79 (qırx səkkiz manat 79 qəpik) manat məbləğində dövlət rüsumunun və 0,40 (qəpik) manat bank xidməti haqqının əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında elektron sənəd mübadiləsi yolu ilə rəsmiləşdirilərək bağlanmış CL-EE000047226 nömrəli, xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 17,9 faiz ödənilməsi şərti ilə 1700 manat məbləğində, CL- EE000095446 nömrəli, xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 17,9 faiz ödənilməsi şərti ilə 700 manat məbləğində, CL-EE000107229 nömrəli, xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdehə 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 17,9 faiz ödənilməsi şərti ilə 1000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borc alan həmin müqavilələr ilə müəyyən edilmiş müddətlərdə və qaydalarda kredit məbləğini qaytarmağı və onlardan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh Kredit müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməkdən yayınır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Belə ki, Cavabdeh kreditin qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öz öhdəliklərini lazımi qaydada yerinə yetirmir və borcun ödənişini təmin etmir. xx.xx.2024-cü il tarixli maliyyə arayışlarına əsasən Cavabdehin 1-ci Kredit müqaviləsi üzrə 1143,92 manat əsas borcu, 267,33 manat faiz borcu, 2-ci Kredit müqaviləsi üzrə 489,01 manat əsas borcu, 115,22 manat faiz borcu, 3-cü Kredit müqaviləsi üzrə isə 698,63 manat əsas borcu, 163,28 manat faiz borcu olmaqla, cəmi 2877,39 (iki min səkkiz yüz yetmiş yeddi manat 39 qəpik) manat məbləğində kredit borcu qalmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış CL- EE000047226 nömrəli, xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 17,9 faiz ödənilməsi şərti ilə 1700 manat məbləğində kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış CL- EE000095446 nömrəli, xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 17,9 faiz ödənilməsi şərti ilə 700 manat məbləğində kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış CL- EE000107229 nömrəli, xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 17,9 faiz ödənilməsi şərti ilə 1000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh CL-EE000047226 nömrəli, xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsi əsasında "xxxx" ASC-yə 1143,92 manat əsas, 267,33 manat faiz borcu olmaqla, cəmi 1411,25 manat borcu vardır. Maliyyə arayışından görünür ki, Cavabdeh CL-EE000095446 nömrəli, xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsi əsasında "xxxx" ASC-yə 489,01 manat əsas, 115,22 manat faiz borcu olmaqla, cəmi 604,23 manat borcu vardır. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli CL-EE000107229 nömrəli Kredit müqaviləsi əsasında "xxxx" ASC-yə 698,63 manat əsas, 163,28 manat faiz borcu olmaqla, cəmi 861,91 manat borcu vardır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə borc məbləğlərinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022ci il tarixli, CL-EE000047226 nömrəli Kredit müqaviləsi əsasında 1143,92 manat əsas, 267,33 manat faiz, xx.xx.2022-ci il tarixli, CL-EE000095446 nömrəli Kredit müqaviləsi əsasında 489,01 manat əsas, 115,22 manat faiz, xx.xx.2022-ci il tarixli, CL-EE000107229 nömrəli Kredit müqaviləsi əsasında 698,63 manat əsas, 163,28 manat faiz borcu olmaqla cəmi 2877,39 (iki min səkkiz yüz yetmiş yeddi manat otuz doqquz qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 48,79 (qırx səkkiz manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6.1 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, CL-EE000047226 nömrəli Kredit müqaviləsi əsasında 1143,92 (bir min yüz qırx üç manat doxsan iki qəpik) manat əsas, 267,33 (iki yüz altmış yeddi manat otuz üç qəpik) manat faiz, xx.xx.2022-ci il tarixli, CL-EE000095446 nömrəli Kredit müqaviləsi əsasında 489,01 (dörd yüz səksən doqquz manat bir qəpik) manat əsas, 115,22 (bir yüz on beş manat iyirmi iki qəpik) manat faiz, xx.xx.2022-ci il tarixli, CL-EE000107229 nömrəli Kredit müqaviləsi əsasında 698,63 (altı yüz doxsan səkkiz manat altmış üç qəpik) manat əsas, 163,28 (bir yüz altmış üç manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla cəmi 2877,39 (iki min səkkiz yüz yetmiş yeddi manat otuz doqquz qəpik) manat və 0,40 (qırx qəpik) manat xidmət haqqı və 48,79 (qırx səkkiz manat yetmiş doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(125)-4547/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4547/2024
05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver