Məhkəmə qərarları › İş №e-2(125)-4570/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4570/2025

01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4570/2025 01.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı X2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1773.57 (bir min yeddi yüz yetmiş üç ABŞ dolları əlli yeddi sent) ABŞ dolları əsas, 332.55 (üç yüz otuz iki ABŞ dolları əlli beş sent) ABŞ dolları faiz borcu, 715.50 (yeddi yüz on beş ABŞ dolları əlli sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi borc 2821.62 (iki min səkkiz yüz iyirmi bir ABŞ dolları altmış iki sent) ABŞ dolları borcunun, iş üzrə ödənilmiş 67.97 (altmış yeddi manat doxsan yeddi qəpik) manat dövlət rüsumunun və 0.54 (əlli dörd qəpik) manat məbləğində bank xidmət haqqının tutularaq, X2 İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli 00070040USD000(05) nömrəli Kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə illik 30 (otuz) faiz dərəcəsi ilə 5000 (beş min) ABŞ dollar məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh 10 oktyabr 2019-cu il tarixdə banka borc məbləğinin Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı fərmanına uyğun olaraq həmin vaxt üçün müəyyən edilmiş 3015.07 (üç min on beş manat yeddi qəpik) manat borcun 60 ay müddətinə restrukturizasiya olunmasına dair ərizə ünvanlamışdır. Ərizənin icrası ilə bağlı Cavabdeh dəfələrlə banka dəvət edilməsinə baxmayaraq banka gəlməmişdir. Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2022-ci il tarixli **********163 saylı məktubu ilə Cavabdeh kredit borcunun restrukturizasiya edilməsi imtina edilmişdir. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli 00070040USD000(05) nömrəli kredit müqaviləsi, ödəniş cədvəli, 04 mart 2025-ci il tarixli, 12-5/2-B-21-3710/2025 nömrəli maliyyə arayışı, borc məbləğinin restrukturizasiya olunmasına dair vətəndaşın ərizəsi. Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Borcalana verilməsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu Müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli 00070040USD000(05) nömrəli Kredit müqaviləsi üzrə 04 mart 2025-ci il tarixə Cavabdeh 1773.57 (bir min yeddi yüz yetmiş üç ABŞ dolları əlli yeddi sent) ABŞ dolları əsas, 332.55 (üç yüz otuz iki ABŞ dolları əlli beş sent) ABŞ dolları faiz borcu, 715.50 (yeddi yüz on beş ABŞ dolları əlli sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi borc 2821.62 (iki min səkkiz yüz iyirmi bir ABŞ dolları altmış iki sent) ABŞ dolları təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xx.xx.2013-cü, xx.xx.2014-cü, xx.xx.2014-cü, xx.xx.2018-ci və xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş: LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli 00070040USD000(05) nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 12 (on iki) ay müddətinə illik 30 (otuz) faiz dərəcəsi ilə 5000 (beş min) ABŞ dollar məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, Cavabdeh bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. LPO İddiaçı AS-nin 04 aprel 2022-ci il tarixli, **********163 nömrəli bildirişindən görünür ki, Cavabdeh kredit borcunun restrukturizasiya olunması barədə ərizəsinə əsasən LPO İddiaçı ASC tərəfindən müvafiq fərman və qaydaların tələbləri daxilində restrukturizasiya müqaviləsi tərtib olunaraq təqdim olunduğu, lakin onun tərəfindən müqaviləni imzalamaqdan imtina olunduğu və 30 gün müddətində müvafiq filiala yaxınlaşması, əks halda restrukturizasiya müqaviləsinin bağlanmasının mümkün olmadığından ərizənin icra edilməsindən imtina veriləcəyi bildirilmişdir. LPO İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 18 sentyabr 2018-ci il tarixli, **********795 nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh banka olan borcunu ödəməsi, əks halda bank tərəfindən mülki qaydada kredit müqaviləsi üzrə borcun və hesablanmış faizlərin və cərimənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 04 mart 2025-ci il tarixli, 12-5/2-B-21-3710/2025 nömrəli maliyyə arayışından görünür ki, Gəncəbank ASC ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli 00070040USD000(05) nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 28 fevral 2025-ci il tarixinə 1773.57 ABŞ dolları əsas, 332.55 ABŞ dolları faiz, 0 ABŞ dolları cərimə 715.50 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 2821.62 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda əsas borca hesablanmış illik 5 faiz məbləğində faiz borcunun cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq qeyd edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, cavabdeh iddiaçıdan borc kimi aldığı pul məbləğini qaytarmalı olmasına dair öhdəliyinin icrasını gecikdirmişdir. Öhdəliyin icrasının gecikdirilməsi tərəflər arasında işin mübahisələndirilməyən halıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş vaxt üçün ödənilməmiş pul məbləğinin illik beş faizi məbləğində faiz ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tələb edilməsi hissəsində də təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 67.97 (altmış yeddi manat doxsan yeddi qəpik) manat dövlət rüsumu və 0,54 (əlli dörd qəpik) manat bank xidmət haqqından ibarətdir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddiaçının xahişini və ödənilmiş tələbin məbləğini nəzərə alaraq hesab edir ki, məhkəmə xərci qismində 67.97 (altmış yeddi manat doxsan yeddi qəpik) manat dövlət rüsumu və 0,54 (əlli dörd qəpik) manat bank xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1773.57 (bir min yeddi yüz yetmiş üç ABŞ dolları əlli yeddi sent) ABŞ dolları əsas, 332.55 (üç yüz otuz iki ABŞ dolları əlli beş sent) ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 715.50 (yeddi yüz on beş ABŞ dolları əlli sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 2821.62 (iki min səkkiz yüz iyirmi bir ABŞ dolları altmış iki sent) ABŞ dolları qətnamə icra olunan an üçün Azərbaycan manatına məzənnəsi üzrə və məhkəmə xərci qismində ödənilmiş 67.97 (altmış yeddi manat doxsan yeddi qəpik) manat dövlət rüsumu və 0,54 (əlli dörd qəpik) manat bank xidmət haqqı tutularaq, X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6.1 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1773.57 (bir min yeddi yüz yetmiş üç ABŞ dolları əlli yeddi sent) ABŞ dolları əsas, 332.55 (üç yüz otuz iki ABŞ dolları əlli beş sent) ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 715.50 (yeddi yüz on beş ABŞ dolları əlli sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 2821.62 (iki min səkkiz yüz iyirmi bir ABŞ dolları altmış iki sent) ABŞ dolları qətnamə icra olunan an üçün Azərbaycan manatına məzənnəsi üzrə və məhkəmə xərci qismində ödənilmiş 67.97 (altmış yeddi manat doxsan yeddi qəpik) manat dövlət rüsumu və 0,54 (əlli dörd qəpik) manat bank xidmət haqqı tutularaq, X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar