Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4636/2025 12.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia tələbi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 006R********** saylı krеdit razılaşması üzrə 5746.6 manat məbləğində krеdit bоrcu, 1209.98 manat məbləğində faiz bоrcu və 332.97 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7289 (yeddi min iki yüz səksən doqquz) manat 55 (əlli beş) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 92.9 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıхarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı QSC EMİS vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə göndərərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 5746,6 manat məbləğində kredit borcu, 1064,11 manat məbləğində faiz borcu və 278,86 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7089,57 manat məbləğində borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 92,9 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia tələbinin mahiyyəti: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə X5 və zamin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 006L**********22 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən X3 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında X5 "xxxx" QSC ilə bağladığı xx.xx.2024-cü il tarixli 006R********** saylı krеdit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 faiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6500 (altı min beş yüz) manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. X5 götürdüyü krеdit bоrcundan 753.4 manat ödəmiş, onun 5746.6 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 267 gün üçün hesablanmış faiz borcu 1209.98 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 267 gün üçün hеsablanmış cərimə 332.97 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Uzunmüddətli kredit müqaviləsi üzrə X2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X5 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsindən alınmış arayışdan cavabdeh X2 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Bununla bağlı vəkil sorğularına verilən cavab məktublarına əsasən vərəsəlik işinin açılmaması, eləcə də vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyi məlum olmuşdur. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi Dairə tərəfindən verilən xx.xx.2025-ci il tarixli 3-21-3-30/2- 18173/**********8173 saylı cavab məktubundan məlum olur ki X2 adına hazırda qeydiyyatdan keçmiş və mülkiyyətində olan daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin, AR DİN BDYPİ tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 3-13-16/2-90211/2025 saylı məktubdan X2 adında hər hansı nəqliyyat vasitəsinin olmadığı məlum olmuşdur. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı QSC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, nümayəndəsi X1 EMİS vasitəsi ilə məhkəməyə ərizə göndərək, məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, baxış iclasının nümayəndənin iştirakı olmadan keçirdərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar; - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X5 (kredit alan qismində), Cavabdeh1 (zamin), Cavabdeh3 (zamin) və Cavabdeh2 (zamin) arasında bağlanmış 11 yanvar 2023cü il tarixli, 006L**********22 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, X3 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında X5 "xxxx" QSC ilə bağladığı xx.xx.2024-cü il tarixli, 006R********** saylı krеdit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 faiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6500 (altı min beş yüz) manat məbləğində krеdit götürmüşdür. Zaminlər kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürür və Bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürür və Bank qarşısında Kredit Alan ilə birgə məsuliyyət daşıyırlar. - 19 avqust 2024-cü il tarixli kreditin verilməsi – köçürmə barədə məlumatdan görünür ki, İddiaçı QSC tərəfindən X2 hesabına 6500 manat məbləğində kredit köçürülmüşdür. - xx.xx.2025-ci il tarixli, OUT-2025/11/06-126 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin müştərisi olan X2 19 avqust 2024-cü il tarixli, 006R********** nömrəli kredit razılaşması üzrə 5746,6 manat əsas, 1064,11 manat faiz, 278,86 manat cərimə borcu olmaqla cəmi 7089,57 manat borcu vardır. - AZ-İİ seriyalı, 443121 nömrəli, 05 sentyabr 2024-cü il tarixli, 1 saylı Gəncə regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 30 avqust 2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 sentyabr 2024-cü il tarixdə 648 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ürək dayanmasından qəfləti ölüm kimi təsvir olunmuş hadisədir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 03 may 2025ci il tarixli, 3-13-16/2-90211/2025 nömrəli məktubunda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri AİM vəkil bürosunun vəkili Məhsəti Hüseynovaya bildirilmişdir ki, DİN Baş Dövlət Yol Polis İdarəsi Qeydiyyat imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1971-ci il təvəllüdlü X2 adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 30 aprel 2025-ci il tarixli, 181 nömrəli məktubunda Bakı şəhəri AİM vəkil bürosunun vəkili Məhsəti Hüseynovaya bildirilmişdir ki, Gəncə şəhəri 2 saylı notariat ofisində X2 adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair “Elektron notariat” İnformasiya sistemində heç bir məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 30 aprel 2025-ci il tarixli, 688 nömrəli məktubunda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri AİM vəkil bürosunun vəkili Məhsəti Hüseynovaya bildirilmişdir ki, xx.xx.1971-ci ildə doğulmuş xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 adına 2 saylı Gəncə regional “Asan xidmət” Mərkəzində notariat ofisində vərəsəlik işi açılmamış, bu barədə qanun və ya vəsiyyətnamə üzrə vərəsələrdən müraciət edən olmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 5 saylı Notariat Ofisinin 30 aprel 2025-ci il tarixli, 187 nömrəli məktubunda Bakı şəhəri AİM vəkil bürosunun vəkili Məhsəti Hüseynovaya bildirilmişdir ki, “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemində axtarış zamanı mərhum X5 barəsində Gəncə şəhəri 5 saylı notariat ofisində açılmış vərəsəlik işi barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 6 saylı Notariat Ofisinin 09 may 2025-ci il tarixli, 448 nömrəli məktubunda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri AİM vəkil bürosunun vəkili Məhsəti Hüseynovaya bildirilmişdir ki, xx.xx.1971-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmuş və xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 adına Gəncə şəhəri 6 saylı notariat ofisində vərəsəlik işinə dair heç bir notariat hərəkəti aparılmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 05 may 2025-ci il tarixli, 1271 nömrəli məktubunda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri AİM vəkil bürosunun vəkili Məhsəti Hüseynovaya bildirilmişdir ki, X2 adına xx.xx.2025-ci il tarixinədək 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində notariat ofisində vərəsəlik işi açılmamışdır və vərəsəlik şəhadətnaməsi verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 07 may 2025-ci il tarixli, 3-21-3-30/2- 18173/2025/**********73 nömrəli məktubda X2 adına qeydiyyatdan keçmiş əmlakın aşkar edilmədiyi qeyd edilmişdir. - xx.xx.2025-ci il tarixli İddiaçı QSC tərəfindən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktubunda borcun ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 16 iyul 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 92,90 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Tətbiq edilən hüquq: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 421.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edildiyi kimi, “borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.” Məhkəmənin mövqeyi: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, İddiaçı QSC ilə X5 arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Kreditin təminatı olaraq həmçinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalıdır. X5 30 avqust 2024-cü il tarixdə ölmüş və iş materiallarında olan sorğulara əsasən Faiq Əliyevin adına vərəsəlik işi açılmamışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən zaminlər kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərilərinə götürür. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər. Kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borc məbləğinə faiz borcu hesablamışdır. Bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq cərimə (dəbbə pulu) tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Başqa sözlə cərimənin məbləği əsas borca münasibətdə ağlabatandır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə ciddi xələl gətirmir. Odur ki, dəbbə pulu kimi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 278,86 (iki yüz yetmiş səkkiz manat səksən altı qəpik) manat tutulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5746,6 (beş min yeddi yüz qırx altı manat altmış qəpik) manat məbləğində əsas, 1064,11 (bir min altmış dörd manat on bir qəpik) manat faiz və 278,86 (iki yüz yetmiş səkkiz manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7089.57 (yeddi min səksən doqquz manat əlli yeddi qəpik) manat borc iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 92,90 (doxsan iki manat doxsan qəpik) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 92,90 (doxsan iki manat doxsan qəpik) manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5746,6 (beş min yeddi yüz qırx altı manat altmış qəpik) manat məbləğində əsas, 1064,11 (bir min altmış dörd manat on bir qəpik) manat faiz və 278,86 (iki yüz yetmiş səkkiz manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7089.57 (yeddi min səksən doqquz manat əlli yeddi qəpik) manat borc və məhkəmə xərci qismində ödənilmiş 92,90 (doxsan iki manat doxsan qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-4636/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4636/2025
12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver