Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4642/2024 27.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 və Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 445,93 manat əsas, 19,14 manat faiz borcu olmaqla, ümumilikdə 465,07 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7 iddianı müdafiə edərək göstərdi ki, "xxxx" ASC ilə mərhum X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 29%-lə 28 ay müddətinə 1250 manat kredit verilmişdir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X2 qalmış mirası Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qəbul etmişlər. Cavabdehlər mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdirlər. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən mərhum X1nun banka ödənilməmiş 445,93 manat əsas və 19,14 manat faiz borcu qalmışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək yerinə yetirməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul edərək, əri Nurməmməd Məmmədovun krediti bacısına görə götürdüyünü göstərdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2018-ci il tarixli, BPM**********31 nömrəli kredit müqaviləsi və ona əlavə olunmuş ödəniş cədvəlinin surətindən görünür ki, X4 iddiaçı tərəfindən 28 ay müddətinə, illik 29% dərəcəsi ilə 1250 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, X6 1230 manat pulu "xxxx" ASC-nin Gəncə filialından qəbul etmişdir. Maliyyə arayışından görünür ki, X6 ilə iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********31 nömrəli kredit müqaviləsinə əsasən X3 xx.xx.2024-cü il tarixə banka ödənilməmiş 445,93 manat əsas borc və 19,14 manat faiz borcu olmaqla, cəmi 465,07 manat borcu qalmışdır. AZ-İİ 083340 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci ildə ölmüşdür. Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3 vərəsələri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 miras qoyan X4 məxsus ünvan 1anında yerləşən fərdi yaşayış evindən və ünvan 1anında yerləşən ümumi sahəsi 0,0408 ha olan torpaq sahəsindən ibarət miras əmlakdan bərabər hissədə irs almalıdırlar. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2018-ci il tarixli, BPM**********31 nömrəli kredit müqaviləsinə əsasən 445,93 manat əsas, 19,14 manat faiz borcu olmaqla, ümumilikdə 465,07 manat kredit borcu alınaraq "xxxx" ASC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2018ci il tarixli, BPM**********31 nömrəli kredit müqaviləsinə əsasən 445,93 manat əsas, 19,14 manat faiz borcu olmaqla, ümumilikdə 465,07 (dörd yüz altmış beş manat 07 qəpik) manat kredit borcu, iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-4642/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4642/2024
27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver