Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4643/2024 26.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 İsa oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 3022.58 (üç min iyirmi iki) manat 58 qəpik əsas borc və 45.64 (qırx beş) manat 64 qəpik borcu olmaqla, ümumilikdə 3068.22 (üç min altmış səkkiz) manat 22 qəpik borcun və ödənilmiş 50.69 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutulmasına dair iddia qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2021-ci il tarixli, BPM**********52 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 19 %-lə 48 ay müddətinə 3850 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Gəncə şəhəri 6 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 1313 nömrəli məktubundan görünür ki, X3 qalmış mirası Cavabdeh qəbul etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X4 Banka ödənilməmiş 3022.58 manat əsas, 45.64 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmədə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat vermiş, sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh ona qarşı irəli sürülən iddiaya etiraz edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş əri X3 20DS440 qeydiyyat nişanlı avtomaşın qaldığını və həmin avtomaşını 600 manata sataraq mərhum ərinin yas mərasiminə xərclədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işin materiallarında olan "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********52 nömrəli kredit müqaviləsindən görünür ki, X2 illik 19 %-lə 48 ay müddətinə 3850 manat məbləğində kredit verilmiş, X7 isə həmin kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli, BPM**********52 nömrəli kredit müqaviləsi üzrə X4 iddiaçı Banka 3022.58 manat əsas, 45.64 manat faiz borcu qalmışdır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, cavabdeh X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan Gəncə şəhər 2 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixli reyestrdə 2V-58 nömrə ilə qeyd olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X3 qalmış mirasa ½ hissədə pay alması üçün arvadı-Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak Gəncə RQİ və TBŞ tərəfindən verilmiş 25.10. 2016-cı il tarixli AC778803 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA**********1912, buraxılış ili 2003-cü il olan VAZ 21074 minik markalı 20DS440 qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarına əlavə edilən, internet saytlarından götürülmüş satış elanlarından müəyyən olunur ki, buraxılış ili 2003-cü il olan VAZ 21074 minik markalı bir neçə nəqliyyat vasitəsinin dəyəri 6500 manat civarındadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, məhkəmədə işin halları kimi müəyyən olundu ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********52 nömrəli kredit müqaviləsi üzrə Bank tərəfindən X5 illik 19%-lə 48 ay müddətinə 3850 manat məbləğində kredit verilmişdir. X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. X7 tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə borc tam ödənilməmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X4 öldüyü tarixə xx.xx.2021-ci il tarixli, BPM**********52 nömrəli kredit müqaviləsi üzrə iddiaçı Banka 3022.58 manat əsas, 45.64 manat faiz borcu qalmışdır. Ona görə də "xxxx" ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, X1 vərəsəsi Cavabdehdır. X1 vərəsəsi Cavabdeh X3 qalmış mirasın aktiv hissəsini qəbul etdiyindən, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, öləndən miras qalmış borcu qəbul etdiyi miras həddində ödənilməsi öhdəliyini də daşıyır. Məhkəmə göstərir ki, məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, mərhum X3 miras qalmış avtomaşının dəyəri onun borcundan daha yüksək dəyərdədir. Beləliklə, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, X1 ondan qalmış mirası qəbul etmiş vərəsəsi Cavabdeh ölənin "xxxx" ASC-yə olan kredit borcunu ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh X4 vərəsəsi Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********52 nömrəli kredit müqaviləsi üzrə cəmi 3068.22 (üç min altmış səkkiz) manat 22 qəpik məbləğində pul alınaraq iddiaçı Banka verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı Bank tərəfindən 50.69 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iş üzrə iddiaçı Bank tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun (və xidmət haqqının) əvəzi kimi 51.09 manat cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********52 nömrəli kredit müqaviləsinə əsasən yaranan 3022.58 manat məbləğində əsas borc və 45.64 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3068.22 (üç min altmış səkkiz) manat 22 qəpik məbləğində pul və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun (və xidmət haqqının) əvəzi kimi 51(əlli bir) manat 09 qəpik məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-4643/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4643/2024
26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver