Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4645/2024 20.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 İsa oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 8258.19 (səkkiz min iki yüz əlli səkkiz) manat 19 qəpik əsas borc və 0.01 (bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8258.20 (səkkiz min iki yüz əlli səkkiz) manat 20 qəpik borcun və ödənilmiş 102.59 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutulmasına dair iddia qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X8 arasında xx.xx.2019-cu il tarixli, BPM**********34 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X7 illik 24 %-lə 48 ay müddətinə 10000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, X4 qalmış mirası Cavabdeh qəbul etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X6 Banka ödənilməmiş 8258.19 manat əsas, 0.01 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X4 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmədə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat vermiş, sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh ona qarşı irəli sürülən iddiaya qismən etiraz edərək, xx.xx.2020-ci il tarixdə vəfat etmiş əri X4 400 kvadratmetr torpaq sahəsi qaldığını və həmin torpaq sahəsi üzərində inşa edilmiş evin olduğunu, həmin evdə yaşadığını, lakin həmin daşınmaz əmlakın DƏDRX-də qeydə alınmadığını, bundan başqa, öləndən miras qalmış 1667 manat pul vəsaitini qəbul etdiyini, mərhum ərinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borcunun olmasının ona məlum olduğunu bildirmişdir. Həmin borcu ödəməyə etiraz etmədiyini, ancaq, maddi imkanları olmadığı üçün borcu hissə hissə ödəyə biləcəyini göstərmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işin materiallarında olan "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********34 nömrəli kredit müqaviləsindən görünür ki, X3 48 ay müddətinə illik 24 faiz olmaqla 10000 manat məbləğində kredit verilmiş, X8 isə həmin kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, BPM**********34 nömrəli kredit müqaviləsi üzrə X6 iddiaçı Banka 8258.19 manat əsas, 0.01 manat faiz borcu qalmışdır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, cavabdeh X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. İşdə olan Gəncə regional ASAN xidmət mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixli reyestrdə 2V-764 nömrə ilə qeyd olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X4 qalmış mirasa arvadı-Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X2 məxsus olan, 1667,80 manat pul vəsaitindən ibarətdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərərfindən 13 iyul 2023-cü il tarixli arxiv arayışından müəyyən edilir ki, keçmiş Kirovabad şəhər XDS İK-nin 14 fevral 1989-cu il tarixli 66 nömrəli qərarı ilə X7 fərdi yayayış evinin tikintisi üçün Sadıllı ərazisindən 400 kv.m torpaq sahəsi ayrılmışdır. Məhkəmədə izahat verərkən Cavabdeh ona qarşı irəli sürülən iddiaya etiraz etməmiş, xx.xx.2020-ci il tarixdə vəfat etmiş əri X4 400 kvadratmetr torpaq sahəsi qaldığını və həmin torpaq sahəsi üzərində inşa edilmiş evin olduğunu, həmin evdə yaşadığını, lakin həmin daşınmaz əmlakın DƏDRX-də qeydə alınmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsinə əsaslanmaqla hesab edir ki, Nazim Yusubova fərdi yayayış evinin tikintisi üçün Sadıllı ərazisindən ayrılmış 400 kv.m torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evindən ibarət olan həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının real gözləntisi X7 mənsub olmuşdur və hazırki vəziyyətdə həmin daşınmaz əmlak mərhum X4 miras əmlak kimi qiymətləndirilməlidir. Cavabdeh də məhkəmədə izahat verərkən məhz həmin evdə yaşadığını bildirmişdir. Beləliklə, işin faktiki halı kimi müəyyən olunur ki, həmin əmlak da cavabdehin faktiki sahibliyində və istifadəsindədir. Beləliklə, məhkəmədə işin halları kimi müəyyən olundu ki, "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********34 nömrəli kredit müqaviləsi üzrə Bank tərəfindən X7 48 ay müddətinə illik 24 faiz olmaqla 10000 manat məbləğində kredit verilmişdir. X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür. X8 tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə borc tam ödənilməmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X6 öldüyü tarixə xx.xx.2019-cu il tarixli, BPM**********34 nömrəli kredit müqaviləsi üzrə iddiaçı Banka 8258.19 manat əsas, 0.01 manat faiz borcu qalmışdır. Ona görə də "xxxx" ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, X1 vərəsəsi Cavabdehdır. X1 vərəsəsi Cavabdeh X4 qalmış mirasın aktiv hissəsini qəbul etdiyindən, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, öləndən miras qalmış borcun qəbul etdiyi miras həddində ödənilməsi öhdəliyini də daşıyır. Məhkəmə hesab edir ki, mərhum X4 miras qalmış Gəncə şəhərində yerləşən daşınmaz əmlakın real dəyəri daşınmaz əmlak bazarında hazırda mövcud olan qiymətlər nəzərə alındıqda onun borcundan daha yüksək dəyərdədir. Bundan başqa, Cavabdeh X7 məxsus olan, 1667,80 manat pul vəsaitini də qəbul etmişdir. Beləliklə, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, X1 ondan qalmış mirası qəbul etmiş vərəsəsi Cavabdeh ölənin "xxxx" ASC-yə olan kredit borcunu ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh X6 vərəsəsi Cavabdeh xx.xx.2019-cu il tarixli, BPM**********34 nömrəli kredit müqaviləsi üzrə 8258,20 manat məbləğində pul alınaraq iddiaçı Banka verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 102.59 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iş üzrə iddiaçı Bank tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun (və xidmət haqqının) əvəzi kimi 102.99 manat cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********34 nömrəli kredit müqaviləsi üzrə 8258.19 manat əsas, 0.01 manat faiz borcu olmaqla, ümumilikdə 8258.20 (səkkiz min iki yüz əlli səkkiz) manat 20 qəpik məbləğində pul və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun (və xidmət haqqının) əvəzi kimi 102.99 (bir yüz iki) manat, 99 qəpik məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-4645/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4645/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver