Məhkəmə qərarları › İş №e-2(125)-4667/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4667/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4667/2024 11.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli,BPM**********66 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 501 manat 90 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 9 manat 87 qəpik, kart limiti üzrə ödənilməmiş borcun əvəzi qismində 447 manat 26 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirdi ki, "xxxx" ASC ilə Bədəlova Məhluqə Qələndər qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********66 nömrəli kredit müqaviləsinə əsasən Bədəlova Məhluqə Qələndər qızına 48 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 2.750 manat məbləğində kredit verilmişdir və 36 ay müddətinə illik 24 faiz dərəcəsi 800 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmişdir ki, Bədəlova Məhluqə Qələndər qızı bu müqavilə ilə müəyyən edilmiş müddətdə istifadə etdiyi kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Bədəlova Məhluqə Qələndər qızı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bədəlova Məhluqə Qələndər qızından qalan mirası Cavabdeh qəbul etmişdir. Cavabdeh Bədəlov Cavabdeh Məhluqə Qələndər qızından qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC-nin qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Sonda Nümayəndə1 iddianın təmin edilməsi, xx.xx.2019cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 501 manat 90 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 9 manat 87 qəpik, kart limiti üzrə ödənilməmiş borcun əvəzi qismində 447 manat 26 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsində iddianı tam həcmdə etiraf etdiyini və ödənilməmiş əsas borcun əvəzi qismində 501 manat 90 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 9 manat 87 qəpik, kart limiti üzrə ödənilməmiş borcun əvəzi qismində 447 manat 26 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik məbləğində pul vəsaitinin ondan alınaraq iddiaçıya verilməsinə razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, mülki işdə olan xx.xx.2019-cu il tarixli, BPM**********66 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC Bədəlova Məhluqə Qələndər qızına 48 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 2.750 manat məbləğində kredit vermişdir. İşə əlavə olunmuş xx.xx.2019-cu il tarixli bank kartına dair kredit limitinin təyin olunmasına dair razılaşmanın surətindən görünür ki, Bədəlova Məhluqə Qələndər qızına 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 800 manat məbləğində kredit limiti təyin edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli kredit müqaviləsi və kredit limiti müqaviləsi üzrə maliyyə arayışlarından görünür ki, Bədəlova Məhluqə Qələndər qızının xx.xx.2019-cu il tarixli, BPM**********66 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə ödənilməmiş əsas borcun əvəzi qismində 501 manat 90 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 9 manat 87 qəpik, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi üzrə isə kart limiti üzrə ödənilməmiş borcun əvəzi qismində 447 manat 26 qəpik məbləğində borcu var. İşdə olan AZ-İİ seriyalı, 356789 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Bədəlova Məhluqə Qələndər qızı xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2V-151 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş Bədəlova Məhluqə Qələndər qızının vərəsəsi Cavabdehdur və o mirasdan tam həcmdə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nın Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********12-05101-093009 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən miras qoyan Bədəlova Məhluqə Qələndər qızına məxsus ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzildən ibarətdir. İşdə olan bildirişin surətindən görünür ki, "xxxx" ASC tərəfindən borcu könüllü ödəməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Beləliklə, işdə olan sübutlarla Bədəlova Məhluqə Qələndər qızının "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2019-cu il tarixli,BPM**********66 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya ödənilməmiş əsas borcun əvəzi qismində 501 manat 90 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 9 manat 87 qəpik məbləğində və xx.xx.2019-cu il tarixli bank kartına dair kredit limitinin təyin olunmasına dair razılaşmaya əsasən 447 manat 26 qəpik məbləğində borcunun olduğu, Bədəlova Məhluqə Qələndər qızının ölümündən sonra həmin şəxsə məxsus əmlakın cavabdeh tərəfindən qəbul olunması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur. Buna görə də Cavabdeh tərəfindən iddianın etiraf edilməsi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Həmin Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi miras aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Bədəlova Məhluqə Qələndər qızının kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdeh mirasqoyanın öhdəliyini icra etməmişdir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə, xx.xx.2019-cu il tarixli, BPM**********66 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 501 manat 90 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 9 manat 87 qəpik məbləğində və xx.xx.2019-cu il tarixli bank kartına dair kredit limitinin təyin olunmasına dair razılaşmaya əsasən 447 manat 26 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumuna ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat qəpik 40 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli, BPM**********66 nömrəli kredit üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 501 (beş yüz bir) manat 90 (doxsan) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 9 (doqquz) manat 87 (səksən yeddi) qəpik və xx.xx.2019-cu il tarixli bank kartına dair kredit limitinin təyin olunmasına dair razılaşma üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 447 (dörd yüz qırx yeddi) manat 26 (iyirmi altı) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat 40 (qırx) qəpik, cəmi 983 (doqquz yüz səksən üç) manat 43 (qırx üç) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar