Məhkəmə qərarları › İş №e-2(125)-47/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-47/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-47/2023 06.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsinin ləğv edilməsinə, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3063.56 manat məbləğində kredit bоrcu, 9.54 manat məbləğində faiz bоrcu və 1311.85 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4384 (dörd min üç yüz səksən dörd) manat 95 (doxsan beş) qəpik məbləğində bоrcun və ödənilmiş 63.85 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4242.61 (dörd min iki yüz qırx iki) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1179.05 manat ödəniş etmiş və оnun iddiaçıya 3063.56 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişlər ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci iltarixə 84 gün üçün hesablanmış faiz borcu 9.54 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 84 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1311.85 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmışcəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Odur ki, İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsinin ləğv edilməsinə, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3063.56 manat məbləğində kredit bоrcu, 9.54 manat məbləğində faiz bоrcu və 1311.85 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4384 (dörd min üç yüzsəksən dörd) manat 95 (doxsan beş) qəpik məbləğində bоrcun və ödənilmiş 63.85 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsinin ləğv edilməsinə, Cavabdeh3, Cavabdeh2, X1, Cavabdeh4 İddiaçı QSC-nin xeyrinə 2868.60 manat kredit borcu,10.74 manat faiz borcu, 1361.17 manat cərimə olmaqla, ümumilikdə cəmi 4240.51 (dörd min iki yüz qırx manat 51 qəpik) manat məbləğində borcun və ödənilmiş 63.85 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəməyə ərizə göndərək işin baxılmamış saxlanılması və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizə təqdim edərək işin baxılmamış saxlanmasına razı olmadıqlarını, işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçı Bankla Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 60 ay illik 1 faiz olmaqla 4242.61 manat restrukzasiya olunmuşdur. İşdə olan ödəniş qrafikindən görünür ki, xx.xx.2019-cu il tarixli krediti Cavabdeh3 xx.xx.2020- il tarixdən xx.xx.2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 006G**********03 və 006G**********01 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, AccessBank QSC tərəfindən Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsi üzrə kreditin təmini kimi bank ilə Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixinə № 006A********** saylı kredit müqaviləsinə əsasən banka olan borcu 2868.60 manat kredit borcu,10.74 manat faiz borcu, 1361.17 manat cərimə olmaqla, ümumilikdə cəmi 4240.51 (dörd min iki yüz qırx manat 51 qəpik) manat təşkil edir. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, iddiaçı bank cavabdehlərə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 63.85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/6571 saylı rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixinə № 006A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh3 banka ödənilməli olan kredit borcu əsas borc üzrə 0.00 manat, faiz borcu üzrə 0.00 manat, artıq ödənilmiş məbləğ 3.56 manat məbləğində müəyyən olunur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin əlavə məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/169 saylı rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixinə № 006A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh3 banka ödənilməli olan kredit borcu əsas borc üzrə 0.00 manat, faiz borcu üzrə 0.00 manat, artıq ödənilmiş məbləğ 453.59 manat məbləğində müəyyən olunur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bankla Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 60 ay illik 1 faiz olmaqla 4242.61 manat restrukzasiya olunmuşdur. Cavabdeh3 xx.xx.2019-cu il tarixli krediti xx.xx.2020- il tarixdən xx.xx.2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC tərəfindən Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsi üzrə kreditin təmini kimi bank ilə Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 arasında xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2022-ci il tarixinə № 006A********** saylı kredit müqaviləsinə əsasən banka olan borcu 2868.60 manat kredit borcu,10.74 manat faiz borcu, 1361.17 manat cərimə olmaqla, ümumilikdə cəmi 4240.51 (dörd min iki yüz qırx manat 51 qəpik) manat təşkil etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/6571 saylı rəyinə əsasən, İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixinə № 006A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh3 banka ödənilməli olan kredit borcu əsas borc üzrə 0.00 manat, faiz borcu üzrə 0.00 manat, artıq ödənilmiş məbləğ 3.56 manat məbləğində müəyyən olunur. Məhkəmə Ekspertiza Mərkəzinin əlavə məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/169 saylı rəyinə əsasən İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixinə № 006A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh3 banka ödənilməli olan kredit borcu əsas borc üzrə 0.00 manat, faiz borcu üzrə 0.00 manat, artıq ödənilmiş məbləğ 453.59 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin əlavə məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/169 saylı rəyinə əsasən İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixinə № 006A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh3 banka ödənilməli olan kredit borcu əsas borc üzrə 0.00 manat, faiz borcu üzrə 0.00 manat, artıq ödənilmiş məbləğ 453.59 manat məbləğində müəyyən olunur. Yəni işə baxılan anda Cavabdeh3 iddiaçı bank qarşısında hər hansı öhdəliyi yoxdur. Bu baxımdan iddia tələbi Cavabdeh3 münasibətdə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 münasibətdə də tələbi əsassızdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materialları ilə müəyyən olunur ki, borclu Cavabdeh3 iddiaçı bank qarşısında heç bir məsuliyyəti yoxdur. Odur ki, iddia tələbi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 münasibətdə də, əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 117-ci maddəsinə əsasən 100 (bir yüz) manat ekspertiza xərci iddiaçıdan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 63.85 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 qarşı İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsinin ləğv edilməsinə, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3063.56 manat məbləğində kredit bоrcu, 9.54 manat məbləğində faiz bоrcu və 1311.85 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4384 (dörd min üç yüz səksən dörd) manat 95 (doxsan beş) qəpik məbləğində bоrcun və ödənilmiş 63.85 manat məbləğində dövlət rüsumunun tutulmasına dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə xərci olan 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı QSC-dən tutularaq dövlət büdcəsinə keçirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar