Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-47/2024 09.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçı BOKT ASC-nin nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi Nümayəndə2 Elmidar oğlunun iştirakları ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 2021/00270-EGN №-li Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kreditin əsas borcu üzrə 9 127.10 manat məbləğində qalıq, ona hesablanmış 2 089.38 manat məbləğində faiz borcu,ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1 309 manat məbləğində dəbbə pulu, cəmi 12 525.48 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 127.58 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan ünvanında 0.0105 hektar torpaq sahəsi və üzərində yerləşən 52.9 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 30 000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borc üzrə 9 127.10 manat məbləğində qalıq, ona hesablanmış 2 089.38 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1 309 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 12 525.48 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 127.58 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Vəliyev Ramil Elmidar oğlu arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 2021/00270-EGN №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 11 000 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan ünvanında 0.0105 hektar torpaq sahəsi və üzərində yerləşən 52.9 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ Reyestr № **********82-10301, Qeydiyyat № **********, tarix: xx.xx.2020) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və xx.xx.2021-ci il tariхli, 2021/00270-EGN №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2021-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat №**********) İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 30 000 AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. 29 avqust 2022-ci il tarixinə kreditin əsas borcu üzrə 9 127.10 manat məbləğində qalıq, ona hesablanmış 2 089.38 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1 309 manat məbləğində dəbbə pulu, cəmi 12 525.48 manat məbləğində borc yaranmışdır. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşlar. İddiaçı BOKT ASC-nin nümayəndəsi X3 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh1 kreditin əsas borcu üzrə 8787.10 AZN məbləğində qalıq, ona hesablanmış 4130.76 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3553 AZN məbləğində dəbbə pulu, cəmi 16470.86 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 127.58 manat məbləğində pulun tutulması,tələbin Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 8 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 30 000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 8787.10 AZN məbləğində qalıq, ona hesablanmış 4130.76 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə hesablanmış 3553 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 16 470.86 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 127.58 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə2 Elmidar oğlu iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, maddi imkanı aşağı olduğundan krediti vaxtında ödəyə bilməmişdir. İddianı əsas borc hissəsində qəbul etsə də, faiz və cərimə borcu hissəsi ilə razı deyil. Həmçinin ipoteka predmetinin qiyməti ilə razı deyildir. Qeyd edilənlərlə əlaqədar iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 2021/00270-EGN №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı BOKT ASC ilə bağladığı xx.xx.2021-ci il tariхli, 2021/00270-EGN №-li kredit müqaviləsinə əsasən 36 ay müddətinə 11000 manat məbləğində krеdit vеrilmişdir. İşdə olan Cavabdeh2 ilə ipoteka saxlayan İddiaçı BOKT ASC arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 2021/00270-EGN №-li İpoteka müqaviləsindən görünür ki, Cavabdeh1 ilə ipoteka saxlayan İddiaçı BOKT ASC arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 2021/00270-EGN №-li krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış reyestr nömrəsi **********82- 10301, qeydiyyat nömrəsi №********** olan çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan ünvanında mükiyyətində olan 0.0105 hektar torpaq sahəsi və üzərində yerləşən 52.9 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 30 000 manat qiymətləndirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2021ci il tariхli, 2021/00270-EGN №-li krеdit müqaviləsinin təminatı kimi Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan, 8 nömrəli fərdi yaşayış evi İddiaçı BOKT ASC-nin xeyrinə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 165 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan ünvanında yerləşən 8 nömrəli fərdi yaşayış evinə tələbin yönəldilməsi ilə bağlı bildirişin qeydə alınmasını DƏDRX-in 3 saylı Ərazi İdarəsindən xahiş etmiş və bildiriş həmin tarixdə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan, 8 nömrəli fərdi yaşayış evinə dair xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli əmlak üzərinə ipoteka qoyulmuş tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, iddiaçı Bank borclulardan kredit müqaviləsi üzrə borc öhdəliyini icra etməsini tələb etmiş, əks halda qanunla müəyyən edilmiş qaydada ipoteka predmetinə borcun tutulması yönəldiləcəyi barədə xəbərdarlıq etmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan, 8 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 41000 manat təşkil etmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan, 8 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 40500 manat, likvid dəyəri isə 32400 manat təşkil etmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan, 8 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 42000 manat, likvid dəyəri isə 34000 manat təşkil etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı banka əsas borcu üzrə 8787.10 AZN məbləğində qalıq, ona hesablanmış 4130.76 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3553 AZN məbləğində dəbbə pulu, cəmi 16470.86 AZN borcu vardır. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı bank cavabdehlərə xəbərdarlıq edərək, xx.xx.2021-ci il tariхli, 2021/00270-EGN №-li krеdit müqaviləsindən irəli gələn 9127.10 manat məbləğində əsas borc, 1998.09 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 12324,19 manat məbləğində borcunun borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 127.58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının 22 iyun 2023-cü il tarixli, 9/3751 saylı rəyindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 2021/00270-EGN №-li kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2023-cü il tarixə banka olan borcu 8787.10 AZN, faiz borcu isə 4129.32 manat məbləğində müəyyən olunur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə Vəliyev Ramil Elmidar oğlu arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 2021/00270-EGN №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 11 000 manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan ünvanında 0.0105 hektar torpaq sahəsi və üzərində yerləşən 52.9 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış Reyestr № **********82-10301, Qeydiyyat № **********, tarix: xx.xx.2020) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və xx.xx.2021-ci il tariхli, 2021/00270-EGN №-li İpoteka Müqaviləsi bağlanmışdır. ipoteka müqaviləsi xx.xx.2021-ci il tarixində qeydə alınmış və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çixariş verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 30 000 AZN məbləğində müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlə iddiaçı Bank borclulardan kredit müqaviləsi üzrə borc öhdəliyini icra etməsini tələb etmiş, əks halda qanunla müəyyən edilmiş qaydada ipoteka predmetinə borcun tutulması yönəldiləcəyi barədə xəbərdarlıq etmişdir. xx.xx.2022-ci il tarixli ərizə ilə iddiaçı ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan, 8 nömrəli fərdi yaşayış evinə tələbin yönəldilməsi ilə bağlı bildirişin qeydə alınmasını DƏDRX-in 3 saylı Ərazi İdarəsindən xahiş etmiş və bildiriş həmin tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı əsasında xx.xx.2021-ci il tariхli, 2021/00270-EGN №-li krеdit müqaviləsinin təminatı kimi Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan, 8 nömrəli fərdi yaşayış evi İddiaçı BOKT ASC-nin xeyrinə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 165 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan, 8 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 42000 manat, likvid dəyəri isə 34000 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdehlər kredit və ipoteka müqavilələri üzrə üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən onların iddiaçı Banka borcu yaranmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmçinin faizlərin ödənilməsini iki dəfə ardıcıl olaraq pozduqda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün müqavilə üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə tələbin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan, 8 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 42000 manat, likvid dəyəri isə 34000 manat qiymətləndirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan, 8 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 34000 manat müəyyənləşdirilməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ipotekanın növlərindən bəhs edən 308.1ci maddəsinə görə ümumi ipoteka elə bir ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilir. Məhkəmə iddianın əsas borc hissəsinə qiymət verərək, qeyd edir ki, iddia həmin hissədə əsaslıdır. Məhkəmə faiz borcu ilə bağlı qeyd edir ki, xx.xx.2022-ci il tarixli xəbərdarlıq göndərildiyi tarixdən iddiaçı ilə cavabdeh arasındakı kredit müqaviləsi ləğv edilmiş sayılır. Odur ki, faiz borcu xəbərdarlıq tarixinə hesablanmış 1998.09 manat hissəsində təmin edilməlidir. Məhkəmə tələbin dəbbə pulu ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddiaçı Bankın xx.xx.2021-ci il tariхli, 2021/00270-EGN №-li krеdit müqaviləsi üzrə 3553 manat dəbbə pulunun cavabdehlərdən tutulması tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Bu baxımdan da məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditor bankın da, əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Odur ki, məhkəmə xx.xx.2021-ci il tariхli, 2021/00270-EGN №-li krеdit müqaviləsi üzrə dəbbə pulunun 3553 manatdan azaldılaraq 50 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də borclunun mənafelərinə uyğun hesab edir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, tələbin xx.xx.2021-ci il tariхli, 2021/00270-EGN №-li krеdit müqaviləsi üzrə 8787.10 manat məbləğində kredit borcu, 1998.09 manat məbləğində faiz borcu, 50 manat dəbbə pulunun, 127.58 manat ödənilmiş dövlət rüsumunun 109.98 manatının tutulması, ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılması, əldə olunan vəsait hesabına bankın borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan 1 ay sonra Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan, 8 nömrəli fərdi yaşayış evindən Cavabdeh2 çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 117-ci maddəsinə əsasən məhkəmə mühasibatlıq ekspertizasına görə 100 manat ekspertiza xərci cavabdehlərdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləəsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tariхli, 2021/00270-EGN №-li krеdit müqaviləsi üzrə 8787.10 AZN məbləğində kredit borcu, 1998.09 manat məbləğində faiz borcu, 50 manat dəbbə pulunun, cəmi 10.835,19 manat pul, 109.98 manat dövlət rüsumu alınıb İddiaçı BOKT ASC-nin hesabına və 100 (bir yüz) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə keçirilsin. İpoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, reyestr nömrəsi **********82-10301, qeydiyyat nömrəsi ********** olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan ünvanında mükiyyətində olan 0.0105 hektar torpaq sahəsi və üzərində yerləşən 52.9 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi açıq hərracdan satılsın. Həmin əmlakın satışından əldə olunmuş vəsait hesabına xx.xx.2021-ci il tariхli, 2021/00270-EGN №-li krеdit müqaviləsi üzrə cəmi 10835.19 manat borc, 109.98 manat dövlət rüsumu alınıb İddiaçı BOKT ASC-nin hesabına və 100 (bir yüz) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə keçirilsin. Əmlakın qiymətləndirilməsi üçün sərf edilmiş 300 manat qiymətləndirmə haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. İpoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, reyestr nömrəsi **********82-10301, qeydiyyat nömrəsi ********** olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan ünvanında mükiyyətində olan 0.0105 hektar torpaq sahəsi və üzərində yerləşən 52.9 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti likvid dəyəri ilə 34000 manat müəyyənləşdirilsin. Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan ünvanında nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin evdən istifadə hüququ itirilsin, onlar həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılsınlar, əmlak boşaldılsın və açıq hərrac vasitəsilə satıldıqdan sonra alıcıya təhvil verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-47/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-47/2024
09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver