Məhkəmə qərarları › İş №e-2(125)-4706/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4706/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4706/2023 25.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı «X1 Azərbaycan» QSC, Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 300 manat əsas, 22,40 manat faiz, 25,21 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 15,99 manat və bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə 4,80 manat poçt xərcləri olmaqla, cəmi 368,40 manat borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, iddiaçı Bank ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank cavabdehə 300 manat məbləğində kredit kartı limiti ayırmışdır, cavabdeh isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə Banka ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə «X1 Azərbaycan» QSC və Cavabdeh arasında Bank hesabı, debet kart, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Bank tərəfindən cavabdehə istehlak yönümlü 300 manat məbləğində, 5 il müddətinə kredit kart limiti (kredit xətti) ayrılmışdır. Cavabdeh həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Bank müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcunu ödəməmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq reyestrdən çıxarış işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin 4.27-ci bəndinə əsasən Bank cavabdehə 300 manat məbləğində kredit kartı limiti ayırmış, cavabdeh isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə Banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.23-cü bəndinə əsasən “kart/əlavə kart sahibi” bu müqavilə ilə üzərinə düşən öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə onların maliyyə (əmlak) vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə kartdan istifadə nəticəsində yaranmış borcun qaytarılması üçün təhlükə yaradarsa “Bank” kartın fəaliyyətini dayandırmaqla kart üzrə yaranmış bütün borcun (hesablanmış faizlərin, komissiyaların və s.) dərhal qaytarılmasını tələb edə bilər, tələbləri yerinə yetirilmədikdə isə borcun qaytarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirə, o cümlədən məhkəməyə müraciət edə bilər. Müqavilənin 4.25-ci bəndinə əsasən kart(lar) üzrə borc(lar)la bağlı geri ödənişlər aparılarkən, ödənilən borc(lar) məbləği(ləri) nəzərdə tutulmuş ödəniş üçün yetərli olmadıqda, əvvəlcə kreditin(borcun) gecikdirilməsindən əmələ gələn zərər/cərimələr, sonra faizlər və nəhayət kreditin (borcun) əsas məbləği üzrə borc ödənilir (silinir). İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli elektron arayışdan görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli Bank hesabı, debet kartı və zaminlik haqqında qarışıq kredit müqaviləsi üzrə 300 manat əsas, 22,40 manat faiz, 25,21 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 15,99 manat və bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə 4,80 manat poçt xərcləri olmaqla, cəmi 368,40 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixdə cavabdehin ünvanına bildiriş göndərilərək ona xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması, bununla əlaqədar ona cərimə, faiz və müqavilədə nəzərdə tutulmuş xərclər, o cümlədən komissiyanın hesablandığı barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, cavabdeh isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və öhdəliyi pozmuşdur. Cavabdeh əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş poçt qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehin yaşadığı ünvana pretenziya məktubu göndərilmiş və bunun üçün iddiaçı 4,80 manat poçt xərci ödəmişdir. Cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı ona pretenziya məktubu göndərməklə müvafiq qaydada poçt xərci ödəmiş və bununla da ona əlavə zərər vurulmuşdur. Odur ki, iddiaçının qeyd olunan əlavə xərci də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən əsas borcun, ona hesablanmış faizlərin, komisyon haqqın, cərimənin və poçt xərcinin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə yaranmış 300 manat əsas, 22,40 manat faiz, 25,21 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 15,99 manat və bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə 4,80 manat poçt xərcləri olmaqla, cəmi 368,40 (üç yüz altmış səkkiz manat, qırx qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul vəsaiti tutularaq iddiaçı «X1 Azərbaycan» QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar