Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4729/2024 16.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11 dekabr 2020ci il tarixli “Borc Müqaviləsi” üzrə əsas borca görə 12000 (on iki min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) pulun, 3 (üç) il 6 (altı ay) üçün əldən çıxmış faydaya görə cavabdehlərin ödəməli olduğu pul müqabilində illik 5% olmaqla 12.000x5:100=600x3 il 6 ay=2100 (iki min bir yüz) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) pulun və məhkəmə üçün ödənilmiş 162 (bir yüz altmış iki) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onu tanıdığından və o da cavabdehləri tanımasından istifadə edərək ondan birlikdə borca pul istəmişlər ki, o da cavabdehlərə inanıb 11 dekabr 2020-ci ildə Qəhrəmanov Ayaz, Tanırverdiyev Mənsur və Əliyev Asimin şahidliyi (imzaları ilə) ilə 30000 (otuz min) ABŞ dolları borc verərək cavabdehlərlə “Borc Müqaviləsi” bağlamışdır. “Borc Müqaviləsi” müqaviləsinin 1.1-ci bəndində göstərildiyi kimi cavabdehlər borclu olduğu 30000 (otuz min) ABŞ dolları son ödəmə müddəti xx.xx.2021-ci il tarixdə olmaqla borcu tam olaraq hissəhissə geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin hazırda cavabdehlər bu günə kimi götürdüyü borcdan cəmi 18000 (on səkkiz min) ABŞ dolları ödəmişdir ki, hazırda müqavilə üzrə əsas borcu 12000 (on iki min) ABŞ dollar borcu qalmaqda davam edir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehlər müqavilə üzrə qalan borcu müqavilə üzrə və əvvəlki məhkəmə dövründə (Gəncə Şəhər Məhkəməsinin icraatında olmuş və razılıq əsasında geri götürülmüş) götürdüyü öhdəlikləri yerinə yetirməyərək qalan borcu qaytarmaqdan yayınırlar və gecikdirirlər. Cavabdehlər sonuncu ödənişi xx.xx.2024-cü il tarixində etmişlər. Bütün bu səbəbdən də aralarında bağlanan 11 dekabr 2020-ci il tarixli “Borc Müqaviləsi” üzrə borclu olduğu 12000 (on iki min) ABŞ dolları pulunun cavabdehlərdən alınaraq geri qaytarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Eyni zamanda da cavabdehlər 3 (üç) il 6 (altı) ay üçün əldən çıxmış faydaya görə cavabdehlərin ödəməli olduğu pul müqabilində illik 5% olmaqla12.000x5:100=600x3 il 6 ay=2100 (ikimin bir yüz) ABŞ dolları ona ödəməlidirlər. Daha sonra İddiaçı “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, bildirmişdir ki, hazırki mülki işə məhkəmədə baxılan dövrdə cavabdehlər ona olan borcunun əksər hissəsini ödəmişlər. Cavabdehlərin hazırda ona 5000 ABŞ dolları borcu qalmışdır. Odur ki, həmin pulun cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin azaldılması hissəsi nəzərə alınmaqla təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf edərək, izahatında bildirdi ki, o, digər Cavabdeh2 ilə birlikdə 11 dekabr 2020-ci il tarixli borc müqaviləsi əsasında İddiaçı 30000 ABŞ dolları borc almışlar. Sözügedən məbləğdən hal-hazırda iddiaçıya 5000 ABŞ dolları borcları qalmışdır. Odur ki, həmin pulun ondan və digər Cavabdeh2 müştərək qaydada tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 11 dekabr 2020-ci il tarixli İddiaçı, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış borc müqaviləsindən görünür ki, borc verən İddiaçı 30000 ABŞ dolları məbləğində pul vəsaitini birgə borcalanlar Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixdə və ya qeyd olunan tarixədək hissə-hissə geri qaytarmaq şərti ilə borc verir, birgə borcalanlar isə Borcu bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddət ərzində geri qaytarmağı öhdəsinə götürür. Borcverən bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği faizsiz borc kimi Birgə borc alanlara verir. Borc pul vəsaiti bu müqavilə imzalanan anadək tərəflərin qarşılıqlı razılığı (xüsusən birgə borc alan Cavabdeh2 razılığı ilə) ilə Birgə borcalanlardan biri olan Cavabdeh1 nağd və tam şəkildə verilmişdir. Yəni, bu müqavilənin bağlanması faktı 30000 ABŞ dolları borc pul vəsaitinin borc verən tərəfindən Birgə borc alanlara (Cavabdeh1 təhvil verilməsini) verilməsini təsdiq edir. Bu müqavilənin şərtlərinə görə götürülən Borcun faiz üzrə verilməsi nəzərdə tutulmur. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixdə geri qaytarmaq şərti ilə 30000 ABŞ dolları pul vermişdir. Lakin cavabdehlər müqavilənin şərtlərinə əməl etməyərək 30000 ABŞ dolları puldan qalıq qalan 5000 ABŞ dolları məbləğində pul vəsaitini iddiaçıya qaytarmamışlar. Belə olan halda iddiaçı cavabdehlərə qarşı mövcud tələblə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin həcminin azaldılması hissəsi nəzərə alınmaqla təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 isə məhkəmə iclasında iddia tələbini tamamilə etiraf edərək, 5000 ABŞ dolları pulun ondan və digər Cavabdeh2 müştərək qaydada tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin iddia tələbini etiraf etməsi ilə bağlı mülki qanunvericiliyin normalarını qeyd etməyi lazım bilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı və tələb təmin edilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə hazırkı iddia tələbinin düzgün həlli, yəni iddia tələbinin hüquqi əsası kimi aşağıdakı hüquq normalarını qeyd etməyi də lazım bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə (mübahisəli hüquq münasibətinin yarandığı dövr üçün qüvvədə olan norma) görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, tərəflər arasında işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdehlər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Hazırkı mübahisə üzrə iddiaçı 30000 ABŞ dolları məbləğində pulu cavabdehlərə borc vermiş, lakin, cavabdehlər pul vəsaitini iddiaçıya qaytarmasına dair vəzifələrini icra etməyərək, iddiaçıya qalıq qalan 5000 ABŞ dolları borcunu ödəməmişlər. Cavabdeh1 isə iddianı etiraf etmişdir. Beləliklə məhkəmənin gəldiyi qənaətə əsasən, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 (beş min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçının xahişi nəzərə alınmaqla iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 162 (bir yüz altmış iki) manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 (beş min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 162 (bir yüz altmış iki) manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-4729/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4729/2024
16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver