Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-475/2025 13.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 manat sığorta ödənişinin və 70 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X16 arasındaxx.xx.2019-cu il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21214” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixində “VAZ 21214” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Göygöl rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Chevrolet Niva” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, X8 ölümünə səbəb olmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göygöl Rayon Məhkəməsinin "xxxx" ASC-yə təqdim etdiyi Hökmə əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Hökmdə Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/1150 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği ödənilməmişdir. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək, iddiaçının hazırkı tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3713/2024 saylı qətnaməsi çıxarıldığını bildirdi və iddia əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının təmsilçisi məhkəmə iclasına gəlməmiş, iddiaçının təmsilçisi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasın onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, cavabdehi dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin AD 548929 nömrəli qeydiyyat xx.xx.2019-cu il tarixli şəhadətnaməsinin surətinə əsasən, “VAZ 21214” markalı, **-BC-*** qeydiyyat nişanlı avtomobil X9 adına qeydiyyata alınmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin AD 404886 nömrəli xx.xx.2019cu il tarixli qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, “Chevrolet Niva” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avomobil X11 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ƏN-V021756 saylı etibarnamənin surətindən görünür ki, X16 tərəfindən Cavabdeh “VAZ 21214” markalı, **-BC-*** qeydiyyat nişanlı avtomobilini idarə etmək səlahiyyəti dair 4 il 6 ay 16 gün müddətinə etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli PAA********** saylı avtomobil vasitəsinin icbari sığortası müqaviləsinin surətindən görünür ki, sığortaçı "xxxx" ASC tərəfindən sığortalı X16 “VAZ 21214” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə 5000 manat məbləğində 1 il müddətinə sığortalanmışdır. İş materiallarında olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli şəhadətnaməyə əsasən, X17 və X7 xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 22-04105/10/AA-9940/19/2 nömrəli sığorta aktına əsasən, faydalanan şəxslərin X22 və X7 olan, üçüncü şəxsin X17 olduğu, sığortalının X16 olduğu PAA**********1 nömrəli sığorta şəhadətnaməsinə əsasən, "xxxx" ASC tərəfindən xx.xx.2019-xx.xx.2020-ci il üzrə sığortalanmış “VAZ 21214” markalı **-BC- *** dövlət qeydiyyat nişanlı sığorta predmetinə dair xx.xx.2019-cu ildə Göygöl rayonu Zurnabad yolundan sığorta hadisəsi baş vermiş və X18 1250 manat yekun sığorta ödənişi edilməldiir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 22-04105/10/AA-9940/19/1 nömrəli sığorta aktına əsasən, faydalanan şəxslərin X22 və X7 olan, üçüncü şəxsin X17 olduğu, sığortalının X16 olduğu PAA**********1 nömrəli sığorta şəhadətnaməsinə əsasən, "xxxx" ASC tərəfindən xx.xx.2019-xx.xx.2020-ci il üzrə sığortalanmış “VAZ 21214” markalı **-BC- *** dövlət qeydiyyat nişanlı sığorta predmetinə dair xx.xx.2019-cu ildə Göygöl rayonu Zurnabad yolundan sığorta hadisəsi baş vermiş və X3 3750 manat yekun sığorta ödənişi edilməldiir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 429418 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 22-03045/06/AA-9940/19/1 saylı sığorta aktına əsasən PAA********** sığorta şəhadətnaməsi üzrə 3750 manat sığorta ödənişi köçürülmüşdür. İş materiallarında olan 007346 nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən, "xxxx" ASC tərəfindən X18 PAA********** sığorta şəhadətnaməsi üzrə 1250 manat sığorta ödənişi köçürülmüşdür. İş materiallarında olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında xx.xx.2019cu il tarixli şəhadətnaməyə əsasən, X17 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 3713/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh 4953 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 27 manat pul alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(104)-1793/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Gəncə Şəhər Məhkəməsinin xx.xx.20224-cü il tarixli, 2(125)-3713/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci (subroqasiya hüququ) maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar” haqqında Azərbaycan Respublikası Qanununa əsasən, 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 13.3. Bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi sayılır. 13.4 Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. 23.1.6. Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır. Həmin Qanunun 25.1 və 25.1.1-ci maddələrinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Mülki işin tədqiq edilmiş halları nəticəsində müəyən edilmişdir, iddiaçı ilə bağlanmış müqaviləyə əsasən sığorta olunmuş avtomobili idarə edərkən Cavabdeh xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi törədərək, “Chevrolet Niva” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan; X14, X5, X6, X10 və X1 zərər vurmuş, X8 ölümünə səbəb olmuşdur. Məhkəmə hökmü ilə Cavabdeh yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmişdir. İddiaçı sığortaçı hadisə nəticəsində vurulmuş zərərin əvəzi qismində xx.xx.2022-ci ildə Fazil Quliyevə 1250 manat və xx.xx.2022-ci ildə Niyaməddin Qocayevə 3750 manat sığorta ödənişi etmişdir. Beləliklə, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan hazırkı cavabdehə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçı istifadə etmiş və sığorta ödənişinin (3750+1250=5000) cəmi olaraq 5000 manat əvəzin tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(125)-3713/2024 saylı qətnaməsinə əsaslanaraq hazırkı iddiaya etiraz etmişdir. Lakin həmin məhkəmə aktı eyni tərəflər arasında eyni predmetə dair qəbul olunsa da, eyni faktiki əsaslara uyğun olaraq çıxarılmamışdır. Belə ki, "xxxx" ASC şirkətində sığortalanmış X12 məxsus “VAZ 21214” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2019-cu il tarixdə Göygöl rayonu, Zurnabad yolunda törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində xx.xx.2020-ci il tarixli 20-01021/02/AA-9940/19 saylı Sığorta Aktına əsasən, “CHEVROLET NİVA” markalı 99HM929 qeydiyyat nömrə nişanlı avtomobilinə dəymiş ziyana görə 453 manat sığorta ödənişi xx.xx.2020-ci il tarixli 002361 saylı ödəniş tapşırığı ilə X15; xx.xx.2019-cu il tarixli 19-12127/12/AA-9940/19 saylı Sığorta Aktının surətindən görünür ki, dəymiş ziyana görə 750 sığorta ödənişi xx.xx.2019-cu il tarixli 018921 saylı ödəniş tapşırığı ilə X3; xx.xx.2019-cu il tarixli 19-12128/12/AA-9940/19 saylı Sığorta Aktına əsasən, dəymiş ziyana görə 750 manat sığorta ödənişi xx.xx.2019-cu il tarixli 018952 saylı ödəniş tapşırığı ilə X4; xx.xx.2019-cu il tarixli 19-12106/12/AA- 9940/19 saylı Sığorta Aktına əsasən, dəymiş ziyana görə 1500 manat sığorta ödənişi xx.xx.2019-cu il tarixli 018954 saylı ödəniş tapşırığı ilə X3; 20-00064/01/AA-9940/19 saylı Sığorta Aktına əsaəsn, dəymiş ziyana görə 750 manat sığorta ödənişi xx.xx.2020-ci il tarixli 000504 saylı ödəniş tapşırığı ilə X13; xx.xx.2020-ci il tarixli 20-00063/01/AA-9940/19 saylı Sığorta Aktına əsasən, dəymiş ziyana görə 750 manat sığorta ödənişi xx.xx.2020-ci il tarixli 000493 saylı ödəniş tapşırığı ilə X19 ödənilmişdir. Beləliklə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3713/2024 saylı qətnaməsi ilə qismən təmin edilmiş iddianın faktiki əsasları hazırkı iş üzrə iddianın faktiki əsasları ilə eyni deyil. Belə ki, hazırkı və digər mülki iş üzrə əvəzi tələb olunan sığorta ödənişlərinin məbləğləri və həyata keçirilməsi əsasları fərqlənir. Belə olan halda, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3713/2024 saylı qətnaməsi hazırkı işə baxılmasına və iddianın təmin olunmasına maneə deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia təmin olunduğu ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-475/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-475/2025
13.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver