Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4838/2024 23.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh1 Elsəvər oğluna və Cavabdeh2 qarşı borc tələbi barədə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 Elsəvər oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1.873,22 manat bundan 1.604,85 manat əsas, 35,61 manat faiz və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 232,76 manat faiz borcunu və iş üzrə ödənilmiş 38.74 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 Elsəvər oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlər əsasında, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, Z-0180/14/19 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh2 1.604,85 manat məbləğində kredit borcu 24 ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmişdir. Borclu Cavabdeh2 ilə Restrukturizasiya müqaviləsi bağlanılan zamanı Cavabdeh1 ilə Bank arasında xx.xx.2019-cu il tarixli, Z-0180/14/19 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin durmuş şəxs restrukturizasiya müqaviləsinə əsasən borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Restrukturizasiya müqaviləsinin 4.4.1-ci bəndinə əsasən borclu müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir.Cavabdeh2 xx.xx.2024-cü il tarixə kredit üzrə cəmi borcu 1.873,22 manat təşkil edir. Bundan 1.604,85 manat əsas, 35,61 manat faiz və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 232,76 manat faiz borcu təşkil edir. Restrukturizasiya müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********311 saylı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, Z-0180/14/19 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh2 1.604,85 manat məbləğində kredit borcu 24 ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmişdir. Mülki işin materiallarında olan 02 avqust 2024-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, Z- 0180/14/19 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh2 həmin tarixə 1.604,85 manat məbləğində əsas kredit borcu, 35,61 manat faiz borcu və gecikdirilmiş vaxt üçün hesablanmış 232,76 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh2 ddiaçı Bank qarşısında üzərlərinə götürdükləri öhdəliklərə əməl etməmişdir. İrəli sürülən iddianın Cavabdeh2 aid olan hissədə təmin edilməsi üçün qanuni əsaslar yuxarıda sadalanan maddi hüquq normalarında nəzərdə tutlmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia Cavabdeh2 aid olan hissədə təmin olunmalıdır. Bundan başqa, mülki işin materialları ilə müəyyən olunur ki, iddiaçı tərərf hazırki iddianın qaldırılması üçün 38.74 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 38.74 manat məbləğində pul Cavabdeh2n alınıb, iddiaçı Bankın hesabına ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Cavabdeh1 Elsəvər oğluna aid olan hissədə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, borclu Cavabdeh2 ilə Restrukturizasiya müqaviləsi bağlanılan zaman Cavabdeh1 ilə Bank arasında xx.xx.2019-cu il tarixli, Z- 0180/14/19 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Hər iki müqavilə 24 ay müddətə başlanmış və hər iki müqavilənin müddəti xx.xx.2021-cu il tarixdə bitmişdir. İddiaçı Bank isə hazırki iddia ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin zaminliyə xitam verilməsindən bəhs edən 447-ci maddəi ilə nəzərdə tutulmuşdir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə göstərir ki, Mülki Məcəllənin zaminliyə xitam verilməsindən bəhs edən 447-ci maddəi ilə nəzərdə tutulmuş müddətlər kəsici müddətlərdir, ona görə də müddətin tətbiqi barədə ərizənin verilib verilmədiyindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətdədir ki, Cavabdeh1 Elsəvər oğluna qarşı tələbin irəli sürülməsi üçün qanunla müəyyən edilmiş kəsici müddət keçdiyindən ona aid olan hissədə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.604,85 manat məbləğində əsas borc, 35,61 manat məbləğində faiz borcu və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün 232,76 manat məbləğində faiz borcu olmaqla cəmi 1873,22 (bir min səkkiz yüz yetmiş üç) manat 22 qəpik məbləğində pul və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38.74 (otuz səkkiz) manat 74 qəpik məbləğində pul Cavabdeh2 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. Cavabdeh1 Elsəvər oğluna aid olan hissədə iddia təmin edilməsin. Bu qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddət ərzində qətnamədən şikayət verilmədikdə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-4838/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4838/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver