Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-4844/2024 30.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbi barədə iddiasına dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli, GH-008 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 92.068 manat 74 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.969 manat 88 qəpik, cəmi 94.038 manat 62 qəpik məbləğində borcun, həmçinin ipoteka predmetinə tutumanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alnması üçün ödənilmiş ümumilikdə 52 manat 48 qəpik məbləğində dövlət rüsumunun və xidmət haqqının, eyni zamanada ödənilmiş dövlət rüsumunun əvəzi qismində 372 manat 12 qəpik məbləğində və xidmət haqqının əvəzi qismində 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması, Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, ev 337,339, 341,343 ünvanında yerləşən ümumi sahəsi 112,8 kv/m olan 79 nömrəli mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 339. M13, m7) (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi:xx.xx.2023-cü il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********19-05301-093417) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət)müəyyən edilməklə, əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh ümumi qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə1 iddianın dəqiqləşməsinə dair məhkəməyə ərizə ünvanalayaraq Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, GH-008 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 92.068 manat 74 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.969 manat 88 qəpik, cəmi 94.038 manat 62 qəpik məbləğində borcun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində 372 manat 12 qəpik məbləğində və xidmət haqqının əvəzi qismində 40 qəpik məbləğində pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 cavabdehlə razılıq əldə edildiyinə görə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində 372 manat 12 qəpik məbləğində pul vəsaitinin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən ödənilmiş 372 manat 12 qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbzin nömrəsi:**********) dövlət büdcəsindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «"xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 372 (üç yüz yetmiş iki) manat 12 (on iki) qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbzin nömrəsi:**********) dövlət büdcəsindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-4844/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-4844/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver