Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4845/2024 06.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi (Konsensus Vəkil Bürosunun vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manat məbləğində pulun və 90 (doxsan) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1970-ci ildə anadan olmuşdur. Cavabdeh ilə normal ünsiyyətləri olmuşdur. Cavabdeh ondan ümumilikdə cəmi 7000 manat borc pul almışdır. Bununla əlaqədar aralarında 22 yanvar 2024-cü il tarixdə müqavilə imzalanmışdır. Sözügedən müqavilə şərtlərinə görə cavabdeh 7000 manat məbləğində pulu 01 mart 2024-cü il tarixə kimi ödənməsini öhdəsinə götürmüşdür. Onların arasında olan razılaşma cavabdeh tərəfindən pozulmuş və ödəniş edilməmişdir. Müqavilə şərtlərinin pozulması nəticəsində o, həm maddi həm də mənəvi ziyan çəkmişdir. Belə ki, o, sahibkardır və sözügedən məbləğ onun mayasıdır. O, hazırda cavabdehin hərəkətləri nəticəsində xeyli maddi ziyan çəkmiş və əldən çıxmış faydanın hesablanması cavabdehə iddianın əsası kimi təsir edər. Lakin, hazırda o, məbləğin özünü tələb edir. Bundan əlavə o, müqavilə bağlayarkən pulu bank vasitəsi ilə vermiş və bu barədə qəbz işə əlavə edilmişdir. Məhkəmə iclasında elektron sistemə əlavə edilmiş sənədlərin əslini təqdim edə bilər. Sözügedən məbləği cavabdeh müxtəlif bəhanələrlə almış və hazırda borcu verə bilməyəcəklərini bildirməklə müddət uzadır. Sözügedən 7000 manat məbləğində pul cavabdehə verilməsinə baxmayaraq cavabdeh pulu qaytarmamışdır. Lakin, müqavilənin şərtlərində göstərilən qaydalar pozulmuş və cavabdeh tərəfindən öhdəliklər icra edilməmişlər. Cavabdehlərə dəfələrlə borclu olduqları pulu qaytarmalarını tələb etsə də heç bir nəticəsi olmamışdır. Cavabdeh onu aldadaraq borclu olduğu pulu qaytarmır. Müxtəlif bəhanələrlə yalnız müddət uzadır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (Konsensus Vəkil Bürosunun vəkili) Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, iddiaçı ilə cavabdeh arasında Mingəçevir regional “ASAN xidmət” mərkəzi Notariat Ofisində bağlanmış 22 yanvar 2024-cü il tarixli, 3M-101 reyestr nömrəli borc müqaviləsinə, əsasən, iddiaçı cavabdehə 7000 manat məbləğində pulu xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə vermişdir. Lakin, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək, iddiaçıya olan borcunu qaytarmır. Buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən bildiriş cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və həmin orqan tərəfindən məhkəmə bildirişinin üzərində müvafiq qeydlər olunmaqla bildirişin kötüyü məhkəməyə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 22 yanvar 2024-cü il tarixli, 3M-101 reyestr nömrəli, İddiaçı ilə Cavabdeh arasında Mingəçevir regional “ASAN xidmət” Mərkəzi notariat ofisində bağlanmış kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 7000 manat (yeddi min) manat məbləğində pul borc verir və borc məbləğini borc verən borc alana notariusun depozit hesabı vasitəsi ilə verir. Borc alan borcu xx.xx.2024 tarixinədək Borc verənə notariusun depozit hesabı vasitəsi ilə qaytarmağı öhdəsinə götürür. Tərəflər borcun faizsiz verilməsini şərtləndirir. 22 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 7000 manat məbləğində pul notariusun depozit hesabına qoyulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 05 avqust 2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Tağıyev X1 şəhəri, Züleyxa Həsənova küçəsi, ev 2A ünvanında pasport qeydiyyatındadır. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə (mübahisəli hüquq münasibətinin yarandığı dövr üçün qüvvədə olan norma) görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, 22 yanvar 2024-cü il tarixli, 3M-101 reyestr nömrəli, Mingəçevir regional “ASAN xidmət” Mərkəzi notariat ofisində bağlanmış kredit müqaviləsi əsasında İddiaçı Cavabdeh 01 mart 2024-cü il tarixədək ödəmək şərtilə 7000 (yeddi min) manat məbləğində pulu borc olaraq vermişdir. Lakin, Cavabdeh həmin pul vəsaitini İddiaçı ödəməli olmasına dair vəzifəsini icra etməyərək, iddiaçıya olan 7000 manat borcunu ödəməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibət borc müqaviləsindən irəli gəlir. Belə ki, tərəflər arasında işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 7000 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutu, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsini məhkəməyə təqdim etmişdir. Belə ki, həmin müqavilə ilə müəyyən olunur ki, 7000 manat pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Lakin, cavabdeh borc kimi aldığı pulu iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, işin halları və sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc kimi aldığı 7000 manat pulu ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuş, yəni cavabdeh iddiaçıdan aldığı borcu qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya ödəməli olmasına dair vəzifəsini 01 mart 2024-cü il tarixədək icra etməyərək, iddiaçıya olan 7000 manat borcunu ödəməmişdir. Odur ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia əsaslı olduğundan iddia təmin edilməli, 22 yanvar 2024-cü il tarixli, 3M-101 reyestr nömrəli kredit müqaviləsinə əsasən 7000 (yeddi min) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 90 (doxsan) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddiaçının xahişini və ödənilmiş tələbin məbləğini nəzərə alaraq hesab edir ki, məhkəmə xərci qismində 90 (doxsan) manat da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. 22 yanvar 2024-cü il tarixli, 3M-101 reyestr nömrəli, Mingəçevir regional “ASAN xidmət” Mərkəzi notariat ofisində bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 7000 (yeddi min) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu olmaqla, cəmi 7090 (yeddi min doxsan) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-4845/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4845/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver