Məhkəmə qərarları › İş №e-2(125)-4899/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-4899/2023

24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-4899/2023 24.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. İddia ərizəsinə tələbin əsaslandığı sənəd kimi xx.xx.2022-ci il tarixli kredit və hesab müqaviləsi əlavə edilmişdir. Həmin müqavilədə imzalar yoxdur. İddia ərizəsində müqavilənin elektron qaydada bağlandığı göstərilsə də təqdim edilmiş sənədlərdən müqavilənin elektron qaydada bağlanmış müqavilə, yoxsa adi qaydada kompüter vasitəsilə yaradılmış sənəd olmasını müəyyən etmək mümkün deyildir. İşlərə baxılmasının sadələşdirilmiş qaydası onu nəzərdə tutur ki, cavabdehin əsaslı etirazı olmadığı təqdirdə, iddiaçının təqdim etdiyi sənədlər hər hansı əlavə araşdırma aparmadan işə mahiyyəti üzrə baxılmağa kifayət etsin. Hazırkı halda isə tələbin faktiki əsası kimi ərizəyə əlavə edilmiş müqavilə bu şərtə cavab vermir. Belə olan halda bu tələbə sadələşdirilmiş icraat qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar