Məhkəmə qərarları › İş №e-2(125)-4912/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4912/2025

05.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4912/2025 05.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X21 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8750 manat sığorta ödənişi məbləğinin və 107,50 manat dövlət rüsumunun, cəmi 8857,50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə verərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X13 arasında xx.xx.2023-cü il tarixində, PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz C180” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə “Mercedes Benz C180” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gəncə şəhəri ərazisində yolnəqliyyat hadisəsi törətmiş, “Mercedes Benz 200” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı və “Opel Astra” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuş, X2, X6, X4, X3 və X7 sağlamlıqlarına yüngül xəsarət yetirmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 8750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Gəncə şəhər BPİ DYPŞ-dən ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə təqsirli bilinmiş və Cavabdeh idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Gəncə şəhər BPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin cavabdeh DYP-də vermiş olduğu izahatında sürücülük hüququnun olmadığını etiraf etmiş və Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikasında sürücülük hüququ verilmədiyi qeyd edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, hadisə 2 il bundan əvvəl baş vermişdir. Maşın yoldaşının adına olmuş, etibarnaməsi və sürücülük vəsiqəsi olmamışdır. Digər maşında 3 nəfər olmuş, 5 nəfər zərər alan olmamışdır. Onun özü də qəza nəticəsində xəsarət almışdır. Zərərçəkənlərdən biri ilə barışıq əldə etmiş, həmin şəxs notariat qaydada barışıq ərizəsi vermişdir. 2 maşını da öz vəsaiti hesabına təmir etdirdiyini göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan:-xx.xx.2023-cü il tarixli, PAA********** nömrəli sığorta müqaviləsindən görünür ki, sığortalı X13 ilə sığortaçı "xxxx" ASC arasında avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası barədə müqavilə bağlanaraq “Mercedes Benz” markalı, **-CH-*** qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, 24-00658/08/AA-311/24 saylı sığorta aktının surətindən görünür ki, X10 ödənilməli olan sığorta ödənişi 4332 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 103OPX1242292D56 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X5 hesabına 668 manat pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli, 103OPX1242292D59 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X6 hesabına 750 manat pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli, 103OPX1242292D5C saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına 750 manat pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli, 103OPX1242292D57 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X4 hesabına 750 manat pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli, 103OPX1242292D58 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X4 hesabına 750 manat pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli, 563888 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X7 hesabına 4332 manat pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli, 186 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X7 hesabına 750 manat pul köçürülmüşdür. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan və həmin arayışa əlavə edilmiş yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh idarə etdiyi X11 məxsus **-CH-*** qeydiyyat nişanlı, “Mercedes Benz C180” minik markalı avtomobillə X8 məxsus “Mercedes Benz 200” minik markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə və X10 məxsus “Opel Astra” minik markalı, **-KJ-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobillərə zərər vurmuş, hadisə nəticəsində X3, X4, X2, X6 və X1 zərər dəymişdir. xx.xx.2024-cü il tarixli, AS-24/800 nömrəli geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 8750 manat sığorta ödənişi məbləği və 500 manat işlərin görülməsi xərci olmaqla, cəmi 9250 manat sığorta ödənişi məbləğinin könüllü olaraq ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Gəncə Şəhər Məhkəməsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, xx-xx/2025 nömrəli məktubdan görünür ki, Cavabdeh barəsində Gəncə Şəhər Məhkəməsində Yol hərəkəti qaydaları əleyhinə olan işə baxılmamışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normalarına uyğun olaraq qiymət verib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)» Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-cı maddəsinə görə «Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi, “Mercedes Benz” markalı, **-CH-*** qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinin sahibi X13 olmaqla mülki məsuliyyətin icbari sığortası üzrə müqavilə tərəfi də yəni sığortalı da məhz X12r. Qeyd olunan qanunvericilikdən görünür ki, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ yalnız sığortalıya qarşı yaranır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki tələb Cavabdeh qarşı yönəldilə bilməz. Digər tərəfdən avtonəqliyyat vasitəsinin sahibi X9 xəbəri olmadan avtomobilin hazırki Cavabdeh tərəfindən idarə olunması barədə iş materiallarında hər hansı sübut aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 107,50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi : İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 107,50 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar