Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5018/2023 11.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehlərin iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9562,21 manat əsas kredit borcu, 843,75 manat kreditdən istifadəyə görə faiz borcu, 46,39 manat cərimə olmaqla, cəmi 10452,35 manat borcunun, həmçinin 121,36 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək texniki səhv olaraq borcalan qismində Cavabdeh1 göstərildiyini, kreditin verilməsinə dair razılaşmanın isə Cavabdeh2 ilə bağlandığını, Cavabdeh1 ilə zaminlik müqaviləsinin bağlandığını qeyd etmişdir. Bundan başqa 24 noyabr 2022-ci il tarixli razılaşmaya əsasən, Cavabdeh1 ilə bank arasında bağlanmış 5FİZAM163207401 saylı, 06 sentyabr 2022-ci il tarixli zaminlik müqaviləsi qarşılıqlı razılaşma əsasında xitam verilmiş, 06 sentyabr 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşmanın təminatı olaraq 24 noyabr 2022-ci il tarixdə Cavabdeh3 ilə bank arasında 5FİZAM163207401 saylı zaminlik müqaviləsi imzalanmışdır. Odur ki, iddia tələbini dəqiqləşdirərək cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə 9562,21 manat əsas kredit borcu, 843,75 manat kreditdən istifadəyə görə faiz borcu, 46,39 manat cərimə olmaqla, cəmi 10452,35 manat borcunun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 121,36 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (cavabdeh və ya borcalan) arasında bağlanmış 06 sentyabr 2022-ci il tarixli “Kreditin verilməsinə dair” razılaşmaya və hesabdan çıxarışa əsasən Bank borcalanın cari hesabına köçürməklə 10000 manat məbləğdə və illik faiz dərəcəsi 18 faiz olmaqla, xx.xx.2026-cı il tarixədək, 0 ay güzəşt müddəti olmaqla digər bankdakı kreditin bağlanması məqsədilə məqsədli kredit verir. Müştəri (borcalan) isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. 06 sentyabr 2022-ci il tarixli “Kreditin verilməsinə dair” razılaşmaya əlavə olunan ödəniş cədvəli əsasında borcalan xx.xx.2026-cı il tarixinədək (həmin tarix də daxil olmaqla) hər ay 293,81 manat, sonuncu ay 293,68 manat ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında bağlanmış 5FİZAM163207401 saylı, 06 sentyabr 2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən kreditor qarşısında zamin və borclunun birgə məsuliyyəti müəyyən edilmişdir. Belə ki, 24 noyabr 2022-ci il tarixli razılaşmaya əsasən, Cavabdeh1 ilə bank arasında bağlanmış 5FİZAM163207401 saylı, 06 sentyabr 2022-ci il tarixli zaminlik müqaviləsinə 24 noyabr 2022-ci il tarixdən qarşılıqlı razılaşma əsasında xitam verilmişdir. Bundan sonra Bank ilə Cavabdeh3 arasında sözügedən kredit müqaviləsi üzrə kreditor qarşısında zamin və borclunun birgə məsuliyyətini müəyyən edən 5FİZAM163207401 saylı, 24 noyabr 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən cavabdehlərin İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə 9562,21 manat əsas kredit borcu, 843,75 manat kreditdən istifadəyə görə faiz borcu, 46,39 manat cərimə olmaqla, cəmi 10452,35 manat borcu qalmaqdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 izahatında bildirdi ki, banka tələb edilən məbləğdə borcu var, işdən çıxdığı üçün banka olan borcunu ödəyə bilməmişdir, hazırda isə işləyir, borcunu ödəyəcək. Həmçinin əlavə etdi ki, borcun zamindən yox, özündən tutulmasını istəyir. İddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdı. Cavabdeh3 izahatında bildirdi ki, digər cavabdeh Anar işdən çıxdığı üçün ona köməklik etmək məqsədilə ona zamin olmuşdur, Anar hazırda işləyir, 2 aydır ki, əmək haqqı alır, özünün öhdəlikləri çoxdur, aliment ödəyir, həmçinin başqa banka borcu var. İddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən müqavilə və ona ödəniş cədvəli barədə əlavə imzalanmışdır. Tərəflər arasında müqavilənin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqavilə və əlavəyə görə Bank borcalana 48 ay müddətinə illik 18 faiz dərəcəsi ilə ödəmək şərtilə 10000 manat məbləğində pul vəsaitini cavabdehin kart hesabına köçürməklə kredit vermiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6-cı bəndinə əsasən borcalan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə Kreditverənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) faizi məbləğində cəriməni ödəyir. Qeyd olunanlarla yanaşı Kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin 10-cu bəndinə əsasən davam edən 3 (üç) bank günü ərzində “Borcalan” onlara verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş cədvəlləri üzrə ödəmək iqtidarında olmadıqda Kreditverən bu razılaşmayı birtərəfli qaydada vaxtından əvvəl xitam verə və verilmiş kredit, bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb edə bilər. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin 06 sentyabr 2022-ci il nömrəli kredit müqaviləsi üzrə Banka 9562,21 manat əsas kredit borcu, 843,75 manat kreditdən istifadəyə görə faiz borcu, 46,39 manat cərimə olmaqla, cəmi 10452,35 manat borcu yaranmışdır. Göründüyü kimi, müqavilə üzrə ödənişlər qismən aparılmışdır. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlərə 06 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Banka olan borcun məbləği əsas borc üzrə 9562,21 manat, faizlər üzrə 738,71 manat, cərimə üzrə 33,95 manat olmaqla, cəmi 10334,87 manat təşkil etdiyi və öhdəlik pozulduğu üçün kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi bildirilmiş və 3 (üç) gün müddətində göstərilən məbləğdə borcun Banka ödənilməsi tələb edilmiş, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır (maddə 467). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Bank cavabdehlərə xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərərək öhdəlik pozulduğu üçün kredit müqaviləsini birtərəfli qaydada ləğv etmişdir. Məhkəmə eyni zamanda digər Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o sözügedən müqavilə üzrə alınmış kreditə görə zamin olduğundan, kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar cavabdehlərin banka borclarının olduğunu və düzgün hesablandığını təsdiq edir, borcalan və zamin məhkəmə iclasında iştirak etsələr də məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin həddini və maliyyə arayışını nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsi verilənədək deyil, 06 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi birtərəfli qaydada ləğv edildiyi vaxtadək, yəni xx.xx.2023-cü il tarixinədək hesablanmış borc əsas götürülməli və cavabdehlərdən iddiaçının xeyrinə əsas borc üzrə 9562,21 manat, faizlər üzrə 738,71 manat, cərimə üzrə 33,95 manat olmaqla, cəmi 10334,87 manat tutulmalıdır. Məhkəmə bu qənaətə gələrkən həm də nəzərə alır ki, tələb edilən dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək deyil. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsasən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 120 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 06 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 9562,21 manat əsas borc, 738,71 manat faiz borcu və 33,95 manat cərimə olmaqla, cəmi 10334,87 (on min üç yüz otuz dörd manat səksən yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-5018/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5018/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver