Məhkəmə qərarları › İş №e-2(125)-5047/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-5047/2025

16.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-5047/2025 16.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus 01 ədəd 30 qram italyan qızılı sep (4100,10 manat), 01 ədəd 20 qram italyan qızılı sep (2733,40 manat), 01 ədəd 10 qram italyan qızılı üzük (1366,70 manat), 01 ədəd 10 qram italyan qızılı klon (1366,70 manat), 01 ədəd 12 qram italyan qızılı dəst (1640,04 manat), 01 ədəd 10 qram rus qızılı klon (1060,50 manat), 01 ədəd 10 qram rus qızılı qolbağı (1060,50 manat), 01 ədəd 20 qram rus qızılı qolbağı (2121 manat), 01 ədəd 10 qram rus qızılı sırğa (1060,50 manat), 01 ədəd 7 qram rus qızılı sırğa-üzük dəsti (742,35 manat) olmaqla, ümumi qramı 140 qram olan 17,252 manat dəyərində qızıl-zinət əşyalarının Cavabdeh alınaraq İddiaçı geri qaytarılması və ya 01 ədəd 30 qram italyan qızılı sep (4100,10 manat), 01 ədəd 20 qram italyan qızılı sep (2733,40 manat), 01 ədəd 10 qram italyan qızılı üzük (1366,70 manat), 01 ədəd 10 qram italyan qızılı klon (1366,70 manat), 01 ədəd 12 qram italyan qızılı dəst (1640,04 manat), 01 ədəd 10 qram rus qızılı klon (1060,50 manat), 01 ədəd 10 qram rus qızılı qolbağı (1060,50 manat), 01 ədəd 20 qram rus qızılı qolbağı (2121 manat), 01 ədəd 10 qram rus qızılı sırğa (1060,50 manat), 01 ədəd 7 qram rus qızılı sırğa-üzük dəsti (742,35 manat) olmaqla, ümumi qramı 140 qram olan qızıl-zinət əşyalarının bazar qiymətinə uyğun olaraq 17251,79 manat pulun və ödənilmiş 142 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının keçirilməsi vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məsafə uzaq olduğuna görə məhkəmə iclaslarında iştirakı mümkün olmadığından məhkəmə iclaslarının onlayn formada təşkil olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Göstərilən qanunvericilik normasına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər məhkəmənin hazırlıq iclasına gəlmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçıya ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 142 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən ödənilmiş 142 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardaddan onun tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar