Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-5079/2025 13.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X4, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X2 qarşı “pul” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq cavabdehdən 1297.90 AZN əsas, faiz borcu üzrə 21.68 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1319.58 (bir min üç yüz on doqquz manat, əlli səkkiz qəpik) AZN həmçinin, ödənilmiş 33.20 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC QBKT-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan EMİS - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış Cavabdeh şəxsi məlumatlarından görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixdə ölmüşdür. Buna baxmayaraq, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti mövcud iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, cavabdeh X3 İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəməyə müraciət etməmişdən əvvəl, yəni xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda ölmüş şəxsin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə qeyd edir ki, insan öldükdən sonra fiziki şəxs hesab olunmur və beləliklə ölmüş şəxs cavabdeh hesab olunmadığından, ölmüş şəxsə qarşı verilmiş iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildir. Məhkəmə hesab edir ki, cavabdeh X3 iddia ərizəsi verilməmişdən əvvəl öldüyünə görə hazırkı iş üzrə prosessual hüquq varisliyinə də yol verilmir. Belə ki, ölən şəxs sağlığında prosessual hüquqi statusa (iddiaçı, cavabdeh və sair) malik olduğu halda, prosessual hüquq varisliyi (prosessual hüquq və vəzifələrin başqa şəxsə keçməsi) mümkündür. İddia verilənə qədər şəxs ölmüşdürsə, o, prosessual hüquqi statusa malik olmur, ölmüş şəxsin malik olmadığı status isə başqa şəxsə keçə bilməz. MPM-in 58-ci maddəsinin mənası da bunu təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan normaya əsasən iddia ərizəsi icraata qəbul olunduqdan və məhkəmə prosesi başladıqdan sonra barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hazırki vəziyyətdə cavabdeh X1 hüquq varis(lər)i ilə əvəz edilməsi mümkün deyildir. Ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman X3 ölmüş olduğundan, bununla da X3 cavabdeh hesab edilmədiyindən, iddia icraatı qaydasında verilmiş ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Odur ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-5079/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-5079/2025
13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver