Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5121/2024 04.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli, GNLMB- 15325 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1432,04 manat, faiz borcuna görə 119,11 manat olmaqla, cəmi 1551,15 manat məbləğində pulun və 36 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına, tələbin İddiaçı ASC-nin “Gəncə” filalı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, GNLMB-15325 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş 1 ədəd çəkisi 15,7 qram, əyarı 583 olan sırqa-üzük dəsti və 3 ədəd çəkisi 11 qram, əyarı 583 olan üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyaları açıq hərracda satılaraq əldə edilmiş vəsaitin xx.xx.2024-cü il tarixli, GNLMB-15325 saylı kredit müqaviləsi üzrə 1551,15 manat məbləğində kredit borcuna və 36 manat məbləğində dövlət rüsumunun ödənilməsinə, satışdan əldə olunun vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə borcun Cavabdeh ümumi qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin «Gəncə» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GNLMB-15325 saylı kredit müqaviləsinə əsasən illik 28% dərəcəsi olmaqla 12 ay müddətinə 1721 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Gəncə» filialı ilə Cavabdeh arasında xx.xx.2024cü il tarixli, GNLMB-15325 saylı saxlanc girov müqaviləsi bağlanaraq aşağıda adı çəkilən qızıl-zinət əşyası girov qoyulmuşdur: Sırqa-üzük-dəst(b)- 1 ədəd, çəkisi – 15,7 qr, əyarı - 583; Üzük(s)- 3 ədəd, çəkisi – 11 qr, əyarı -583; Cəmi: 26,7 qr. xx.xx.2024-cü il tarixli, GNLMB-15325 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GNLMB-15325 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəli əsasında hər ayın 05-dən gec olmayaraq ayda 166,08 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. 20 avqust 2024-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli, GNLMB-15325 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 1432,04 manat, faiz borcuna görə 119,11 manat olmaqla, borcun cəmi məbləği 1551,15 manat təşkil edir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, GNLMB-15325 nömrəli kredit müqaviləsi və ona əlavə olunmuş ödəniş cədvəlinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə illik 28% ödəmək şərtilə 1721 manat məbləğində kredit verilmiş, kreditin son ödəniş tarixi xx.xx.2025-ci il olaraq müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, GNLMB-15325 saylı saxlanc girovu haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, GNLMB-15325 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi özünə məxsus əyarı 583, çəkisi 15,7 qram olan 1 ədəd sırqa-üzük dəsti və əyarı 583, çəkisi 11 qram olan 3 ədəd üzükdən ibarət qızıl-zinət əşyalarını İddiaçı ASC--yə girov qoymuşdur. xx.xx.2024-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 1721 manat məbləğində pulu İddiaçı ASC-nin “Gəncə” filialından qəbul etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli, GNLMB-15325 nömrəli kredit müqaviləsi üzrə 1432,04 manat əsas borc, 119,11 manat faiz borcu olmaqla, cəmi 1551,15 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 296.1 maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması olmadıqda girov saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir Göründüyü kimi tərəflər arasında girovla təmin olunmuş kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı cavabdehə 12 ay müddətinə illik 28% ödəmək şərtilə 1721 manat məbləğində kredit rəsmiləşdirməklə üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, GNLMB- 15325 nömrəli kredit müqaviləsi üzrə 1432,04 manat əsas borc, 119,11 manat faiz borcu olmaqla, cəmi 1551,15 manat kredit borcu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməli, tələb xx.xx.2024-cü il tarixli, GNLMB-15325 saylı saxlanc girov müqaviləsi üzrə girov predmeti olan Cavabdeh məxsus əyarı 583, çəkisi 15,7 qram olan 1 ədəd sırqa-üzük dəsti və əyarı 583, çəkisi 11 qram olan 3 ədəd üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyaları açıq hərracda satılmalı, satışdan əldə olunun vəsait hesabına kredit borcu ödənilməlidir. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqda qalan borc cavabdehdən ümumi qaydada tutulmalıdır. Ödənişlər həyata keçirildikdən sonra artıq qalan vəsait Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 36 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, GNLMB-15325 nömrəli kredit müqaviləsi üzrə 1432,04 manat əsas borc, 119,11 manat faiz borcu olmaqla, cəmi 1551,15 (bir min beş yüz əlli bir manat 15 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 manat alınaraq İddiaçı ASC-nin hesabına ödənilsin. Tutma xx.xx.2024-cü il tarixli, GNLMB-15325 nömrəli saxlanc girov müqaviləsi üzrə Cavabdeh məxsus əyarı 583, çəkisi 15,7 qram olan 1 ədəd sırqa-üzük dəsti və əyarı 583, çəkisi 11 qram olan 3 ədəd üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilsin və həmin qızılzinət əşyaları açıq hərracda satılaraq, satışdan əldə olunan vəsait hesabına Cavabdeh xx.xx.2024-cü il tarixli, GNLMB-15325 nömrəli kredit müqaviləsi üzrə borcu ödənilsin. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqda qalan borc Cavabdeh ümumi qaydada tutulsun. Ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa Cavabdeh qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-5121/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5121/2024
04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver