Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5122/2024 09.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə ərizəyə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə Kredit Müqaviləsinə əsasən 2344,27 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 253,50 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 300 manat məbləğində dəbbə pulu, cəmi 2897,77 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 49 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 məxsus olan: 1 (bir) ədəd Mebel dəsti 500 manat dəyərində, 1 (bir) ədəd Televizor 700 manat dəyərində, 1 (bir) ədəd Paltaryuyan 300 manat dəyərində, 1 (bir) ədəd Soyuducu 200 manat dəyərində olmaqla, cəmi 1700 manat məbləğində ev əşyalarına yönəldilməsi, həmin əşyaların açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına cəmi 2897,77 manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 49 manat pulun İddiaçı BOKT ASC-yə ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/01178-EGN №-li İstehlak Krеditi Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 30 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 3000 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq İddiaçı BOKT ASC ilə Cavabdeh1arasında xx.xx.2023-cü il tariхli, 2023/01178-EGN-Z1/1 №-li Zaminlik müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq İddiaçı BOKT ASC ilə Cavabdeh2arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/01178-EGN №-li Girov Müqaviləsinə əsasən,Cavabdeh2 məxsus olan: 1 (bir) ədəd Mebel dəsti 500 manat dəyərində, 1 (bir) ədəd Televizor 700 manat dəyərində, 1 (bir) ədəd Paltaryuyan 300 manat dəyərində, 1 (bir) ədəd Soyuducu 200 manat dəyərində olmaqla,cəmi 1700 manat məbləğində ev əşyaları tərəflərin razılığı ilə qiymətləndirilmiş və girov qoyulmuşdur. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi,cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə“borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbuletmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Krеdit müqаviləsi üzrə öhdəliklərini yеrinə yеtirməsi üçün cаvаbdеhə dəfələrlə şifаhi və yаzılı хəbərdаrlıq оlunmаsınа bахmаyаrаq cаvаbdеh krеdit bоrcu və оnа hеsаblаnmış fаizləri qаytаrmаmışdır. İddianın qiyməti: xx.xx.2024-cü il tarixinə kreditin əsas borcu üzrə 2344,27 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 253,50 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 300 manat məbləğində dəbbə pulu,cəmi 2897,77 manat məbləğində borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - İddiaçı BOKT ASC ilə cavabdeh ilə Cavabdeh2 arasında bağlanmışxx.xx.2023-cü il tariхli, 2023/01178-EGN №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 30 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 3000 manat məbləğində krеdit vеrilmişdir. -İddiaçı BOKT ASC ilə cavabdeh ilə Cavabdeh2 arasında bağlanmışxx.xx.2023-cü il tariхli, 2023/01178-EGN №-li krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tariхli, 2023/01178-EGN-Z1/1 №-li Zaminlik müqaviləsi bağlanmış və borclu Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. -İddiaçı BOKT ASC ilə cavabdeh ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/01178-EGN №-li krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/01178-EGN №-li Girov Müqaviləsinə əsasən,Cavabdeh2 məxsus olan: 1 (bir) ədəd Mebel dəsti 500 manat dəyərində, 1 (bir) ədəd Televizor 700 manat dəyərində, 1 (bir) ədəd Paltaryuyan 300 manat dəyərində, 1 (bir) ədəd Soyuducu 200 manat dəyərində olmaqla,cəmi 1700 manat məbləğində ev əşyaları tərəflərin razılığı ilə qiymətləndirilmiş və girov qoyulmuşdur. -maliyyə arayışından müəyyən olunur ki, sözügedən kredit müqaviləsi üzrə cavabdeh tərərfin xx.xx.2024-cü il tarixinə kreditin əsas borcu üzrə 2344,27 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 253,50 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 300 manat məbləğində dəbbə pulu olmaqla cəmi 2897,77 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. -442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. -295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin faktiki hallarından görə, Cavabdeh2 İddiaçı BOKT ASC qarşısında üzərlərinə götürdüyü öhdəliklərə tam əməl etməmişlər. İrəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar yuxarıda sadalanan maddi hüquq normalarında öz əksini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslı sayılmalı və təmin edilməlidir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki. hazırki iddianın qaldırılması üçün İddiaçı BOKT ASC tərərfindən 49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddia təmin edildiyindən, ödənilmiş dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 357 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. İddiaçı BOKT ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tariхli müqavilələrə əsasən, 2344,27 manat məbləğində əsas borc, 253,50 manat məbləğində faiz borcu və 300 manat dəbbə pulu olmaqla, ümumilikdə 2897,77 (iki min səkkiz yüz doxsan yeddi) manat 77 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 49 (qırx doqquz) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilsin. Tutma girov predmeti olan Cavabdeh2 məxsus; dəyəri 500 manat olan mebel dəsti (1 dəst), dəyəri 700 manat olan bir ədəd televizor, dəyəri 300 manat ola bir ədəd paltaryuyan və dəyəri 200 manat olan bir ədəd soyuducudan ibarət olan (cəmi 1700 (bir min yeddi yüz) manat dəyərində) əşyalara yönəldilsin, həmin əşyalar açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait borcun ödənilməsinə yönəldilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-5122/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5122/2024
09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver