Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-520/2022 15.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh Fərman qızına qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Kreditor İddiaçı ASC Cavabdeh Fərman qızına qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Fərman qızından BRED3288757A126 saylı Kredit Kartı müqaviləsinə əsasən 2300 manat əsas. 483,98 manat faiz, GTKR3288754A126 saylı Kredit müqaviləsinə əsasən isə 4802,76 manat əsas, 679,24 manat faiz borcunun və 102.65 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cı il tarixli BRED3288757A126 saylı Kredit Kartı müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 2300 manat kredit xətti ayrılmış, xx.xx.2020-cı il tarixli GTKR3288754A126 saylı Kredit müqaviləsinə əsasən isə 35 ay müddətinə illik 24,71 faiz dərəcəsi ilə 6000 manat kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2020-cı il tarixli BRED3288757A126 saylı Kredit Kartı müqaviləsinə əsasən 2300 manat əsas, 483,98 manat faiz, xx.xx.2020-cı il tarixli GTKR3288754A126 saylı Kredit müqaviləsinə əsasən isə 4802,76 manat əsas, 679,24 manat faiz borc yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh İddiaçı ASC-nin xeyrinə BRED3288757A126 saylı Kredit Kartı müqaviləsinə əsasən 2300 manat əsas, 483,98 manat faiz, xx.xx.2020-cı il tarixli GTKR3288754A126 saylı Kredit müqaviləsinə əsasən isə 4802,76 manat əsas, 679,24 manat faiz borcunun və 102.65 manat dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək, işə onların iştiakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh Fərman qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı Bankla Cavabdeh Fərman qızı arasında bağlanmış xx.xx.2020-cı il tarixli BRED3288757A126 saylı kredit kartı müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdehə illik 25 faiz dərəcəsi ilə 2300 manat kredit xətti ayrılmışdır. İşdə olan iddiaçı Bankla Cavabdeh Fərman qızı arasında bağlanmış xx.xx.2020-cı il tarixli GTKR3288754A126 saylı kredit kartı müqaviləsindən görünür ki, Bank cavabdehə 35 ay müddətinə illik 24,71 faiz dərəcəsi ilə 6000 manat kredit verməyi, cavabdeh isə həmin krediti və həmin məbləğə hesablanmış faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh Fərman qızı 6000 manat pulu imza etməklə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Fərman qızının xx.xx.2022-ci il tarixə xx.xx.2020-cı il tarixli BRED3288757A126 saylı Kredit Kartı müqaviləsinə əsasən 2300 manat əsas, 483,98 manat faiz, xx.xx.2020-cı il tarixli GTKR3288754A126 saylı Kredit müqaviləsinə əsasən isə 4802,76 manat əsas, 679,24 manat faiz borcu vardır. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli 16/61747 saylı bildirişdən görünür ki, iddiaçı bank cavabdehə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan 10.026.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 102.65 (bir yüz iki manat altmış beş qəpik) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Fərman qızı arasında bağlanmış xx.xx.2020-cı il tarixli BRED3288757A126 saylı Kredit Kartı müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 2300 manat kredit xətti ayrılmış, xx.xx.2020-cı il tarixli GTKR3288754A126 saylı Kredit müqaviləsinə əsasən isə 35 ay müddətinə illik 24,71 faiz dərəcəsi ilə 6000 manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh Fərman qızı müqavilədə müəyyən edilmiş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə xx.xx.2020-cı il tarixli BRED3288757A126 saylı Kredit Kartı müqaviləsinə əsasən 2300 manat əsas, 483,98 manat faiz, xx.xx.2020-cı il tarixli GTKR3288754A126 saylı Kredit müqaviləsinə əsasən isə 4802,76 manat əsas, 679,24 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MM-nin 427.3-cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 436.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh Fərman qızının hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixli BRED3288757A126 saylı və xx.xx.2020-cı il tarixli GTKR3288754A126 saylı kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasına dair iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Cavabdeh Fərman qızından xx.xx.2020-ci il tarixli BRED3288757A126 saylı Kredit Kartı müqaviləsinə əsasən 2300 manat əsas, 483,98 manat faiz, xx.xx.2020-cı il tarixli GTKR3288754A126 saylı Kredit müqaviləsinə əsasən isə 4802,76 manat əsas, 679,24 manat faiz borcu olmaqla, cəmi 8 265,98 (səkkiz min iki yüz altmış beş manat doxsan səkkiz qəpik) manat kredit borcu iddiaçı Bankın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 102.65 (bir yüz iki manat altmış beş qəpik) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Fərman qızından xx.xx.2020-cı il tarixli BRED3288757A126 saylı kredit müqaviləsi üzrə 2300 manat əsas, 483,98 manat faiz bocu, xx.xx.2020-ci il tarixli GTKR3288754A126 saylı Kredit müqaviləsi üzrə isə 4802,76 manat əsas, 679,24 manat faiz borcu olmaqla, cəmi 8 265,98 (səkkiz min iki yüz altmış beş manat doxsan səkkiz qəpik) manat kredit borcu tutularaq İddiaçı ASC-yə verilsin. Cavabdeh Fərman qızından 102.65 (bir yüz iki manat altmış beş qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-520/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-520/2022
15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver