Məhkəmə qərarları › İş №e-2(125)-5218/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5218/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5218/2025 14.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X5, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh3 qanuni nümayəndəsi, eyni zamanda Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 3098,04 manat əsas borcun, kart limiti üzrə 27,07 manat əsas borc, 0,63 manat faiz borcu olmaqla, ümumilikdə 27,70 manat borcun, ödənilmiş 51,24 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsinə əsasən X3 illik 22 %-lə, 48 ay müddətinə, 4650 manat məbləğində nağd kredit verilmişdir. Həmçinin "xxxx" ASC ilə X4 arasında xx.xx.2021-ci il tarixli, BPM**********89 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 36 ay müddətinə, illik 24% olmaqla, 300 manat məbləğində kart limiti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Gəncə şəhəri 6 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 1000 nömrəli cavab məktubdan görünür ki, X1 qalmış mirası cavabdehlər qəbul etmişlər. Bankın Gəncə filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən X2 banka ödənilməmiş nağd kredit üzrə 3098,04 manat əsas borcu qalmışdır. Həmçinin bankın Gəncə filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən X2 banka ödənilməmiş kart limiti üzrə 27,07 manat əsas borcu və 0,63 manat faiz borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. xx.xx.2021-ci il tarixli, BPM**********89 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, mərhum X3 iddiaçı tərəfindən 36 ay müddətinə, illik 24% olmaqla, 300 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsindən görünür ki, mərhum X3 iddiaçı tərəfindən 48 ay müddətinə, illik 22% olmaqla, 4650 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixlərini əhatə edən X3 məxsus kart hesabından çıxarışdan görünür ki, xx.xx.2021-ci ildə 4650 manat vəsait kart hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, X4 1744,56 manat pulu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialından qəbul etmişdir. Maliyyə arayışlarından görünür ki, mərhum X4 ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********89 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 27,07 manat əsas borcu, 0,63 manat faiz borcu və xx.xx.2021-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3098,04 manat əsas borcu qalmışdır. AZ-İİ 306343 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü ildə ölmüşdür. Gəncə şəhər 6 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1000 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 adına Gəncə şəhər 6 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış, vərəsələri arvadı Cavabdeh2, oğlu Cavabdeh1 və oğlu Cavabdeh3 2V-321 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2025-ci il tarixli bildirişlərdən görünür ki, cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh1 və Cavabdeh3 qanuni nümayəndəsi, eyni zamanda Cavabdeh2 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh3 qanuni nümayəndəsi, eyni zamanda Cavabdeh2 xx.xx.2021-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3098,04 manat əsas borc, xx.xx.2021-ci il tarixli, BPM**********89 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 27,07 manat əsas borc, 0,63 manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 3125,74 manat kredit borcu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 51,24 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh3 qanuni nümayəndəsi və eyni zamanda Cavabdeh2 xx.xx.2021-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3098,04 manat əsas borc, xx.xx.2021-ci il tarixli, BPM**********89 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 27,07 manat əsas borc, 0,63 manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 3125,74 manat kredit borcu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar