Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5219/2024 27.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2022-ci il tarixli BPM**********92 nömrəli tam kart müqaviləsi üzrə 287 manat 66 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 85 manat 23 qəpik, xx.xx.2023-cü il tarixli BPM**********24 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13.708 manat 63 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 3.610 manat 63 qəpik, cəmi 17.692 manat 15 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 143 manat 48 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddianı müdafiə edərək, bildirdi ki, X12 və "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********92 nömrəli tam kart müqaviləsi üzrə 300 manat, xx.xx.2023-cü il tarixli BPM**********24 nömrəli kredit müqaviləsi üzrə 14.100 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən X8 borc verilmişdir. X2 xx.xx.2023-cü il tarixdə ölmüşdür. 1 saylı Gəncə Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli 1204 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, 1 saylı Gəncə Regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən X5 miras əmlakına dair ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 və ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 2V-1097 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2024-cü il tarixli nağd kredit üzrə maliyyə arayışına əsasən X5 iddiaçı Banka ödənilməmiş əsas borcu 13.708 manat 63 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu 3.610 manat 63 qəpik, xx.xx.2024-cü il tarixli kart kredit limiti üzrə maliyyə arayışına əsasən X6 iddiaçı Banka ödənilməmiş əsas borcu 287 manat 66 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu 85 manat 23 qəpik təşkil edir. Cavabdeh1 və Cavabdeh2 qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Buna görə də "xxxx" ASC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda iddiaçının nümayəndəsi Nümayəndə3 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə onların qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, o, xx.xx.2010-cu il tarixdə X13 ilə ailə quraraq, nikaha daxil olmuşdur. Bu nikahdan 2 övlad dünyaya gəlmişdir. xx.xx.2010-ci il tarixdə Cavabdeh1 və xx.xx.2013-cü il tarixdə Cavabdeh2 anadan olmuşdur. Lakin ailədaxili narazılıq səbəbi ilə 2014-cü ildə bu nikah məhkəmə qaydasında pozulmuşdur. Həmin tarixdən, yəni 2014-cü il tarixdən sonra X13 oğlu ilə onun və övladlarının əlaqəsi olmamışdır. 2023-cü ilin aprel ayında Ceyhunun anası Nəzakət Məmmədovanın yaxın rəfiqəsi Süraya onların yaşadığı ünvana gəlmiş və Ceyhunun ödəniş kartında olan vəsaitinin qəbul olunmasında köməklik göstərməsini xahiş etmişdir. Buna görə də o, yalnız X5 bank kartındakı vəsaitinin əldə olunması üçün X5 valideynlərinə köməklik göstərmişdir. X1 Cavabdeh1 və Cavabdeh2 hər hansı digər daşınar və daşınmaz əmlak qalmamışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli BPM**********92 nömrəli tam kart müqaviləsinin və bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmanın surətindən görünür ki, "xxxx" ASC X9 60 ay müddətə illik 24 faiz dərəcəsi ilə 15.000 manat məbləğində kredit limiti açılmış, 36 ay müddətə illik 24 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli BPM**********24 nömrəli kredit müqaviləsinin və məxaric orderinin surətindən görünür ki, "xxxx" ASC X9 48 ay müddətə illik 20 faiz dərəcəsi ilə 14.100 manat məbləğində pul vəsaiti borc verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, X5 "xxxx" ASCyə xx.xx.2024-cü il tarixə borcu xx.xx.2022-ci il tarixli BPM**********92 nömrəli tam kart müqaviləsi üzrə 287 manat 66 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 85 manat 23 qəpik, xx.xx.2023-cü il tarixli BPM**********24 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13.708 manat 63 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 3.610 manat 63 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X4 vərəsələri Cavabdeh1 və Cavabdeh2 miras əmlakdan bərabət irs almalıdırlar. Şəhadətnamə miras əmlak Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-17-5/2-41834/2023 nömrəli məktuba əsasən miras qoyan X4 adına "xxxx" ASC-dəki hesablaşma hesabında olan 435 manat 78 qəpik pul vəsaitindən və əlavə ödəniləcək 5.020 manat 79 qəpik məbləğində pul vəsaitindən ibarətdir. İşdə olan Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə X7 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün miras əmlakdan Cavabdeh1 və Cavabdeh2 paylarının müəyyən olunmasını xahiş etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 217421 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 və X10 arasında olan nikah xx.xx.2014-cü il tarixdə pozulmuşdur. İşdə olan Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İsatehsalat birliyinin 8 nömrəli xidmət sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında yaşayan X13 ölüm haqqında AZ-İİ nömrəli 345621 nömrəli şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə ölmüş və adına heç bir mülkiyyət aşkar edilməmişdir. Ölüm anı atası X14 məxsus evdə yaşamış və vəfat etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, X5 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X24 İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, DİN Baş X24i İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən X5 adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X12 və "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********92 nömrəli tam kart müqaviləsi üzrə 300 manat, xx.xx.2023-cü il tarixli BPM**********24 nömrəli kredit müqaviləsi üzrə 14.100 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən X8 borc verilmişdir. X13 xx.xx.2024-cü il tarixdə ölmüşdür. C.Q.Zeynalabdıyevin mirası 5.456 manat 57 qəpik məbləğində miras aktivindən, "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli BPM**********92 nömrəli tam kart müqaviləsi və xx.xx.2023-cü il tarixli BPM**********24 nömrəli kredit müqaviləsi üzrə cəmi 17.692 manat 15 qəpik məbləğində borcdan - miras passivindən ibarət olmuşdur. C.Q.Zeynalabdıyevdən qalmış 5.456 manat 57 qəpik məbləğində miras aktivi Cavabdeh1 və Cavabdeh2 tərəfindən qəbul edilmişdir. "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2022-ci il tarixli BPM**********92 nömrəli tam kart müqaviləsi üzrə 287 manat 66 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 85 manat 23 qəpik, xx.xx.2023-cü il tarixli BPM**********24 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13.708 manat 63 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 3.610 manat 63 qəpik, cəmi 17.692 manat 15 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 143 manat 48 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi miras aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü vərəsələrin üzərinə düşür. Mülki işin məhkəmə tədqiqi cavabdehlərin qanuni nümayəndəsi Qanuni nümayəndə mərhum X5 5.456 manat 57 qəpik məbləğində miras aktivindən savayı digər əmlakın, yəni daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun, əmlak və qeyri-əmlak hüquqlarının, eləcə də tələb hüququnun miras qalmamasını Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İsatehsalat birliyinin 8 nömrəli xidmət sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışını, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışını və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X24 İdarəsinin xx.xx.2024-cü il tarixli arayışını, eləcə də AZ-İ seriyalı 217421 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətini təqdim etmişdir. Bununla da cavabdehlərin qanuni nümayəndəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsində nəzərdə tutulan qaydada miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinə görə banklar hər bir borcalan haqqında məlumatı Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur. Həmin Qanunun 41.2.13-cü maddəsinə görə müştəri vəfat etdikdə onun hesabları və əmanətləri, habelə bank saxlancında olan əmlakı barədə məlumatlar icraatında olan vərəsəlik işləri üzrə – notariuslara, habelə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə müştərinin yazılı razılığı olmadan bank sirrini təşkil edən məlumatlar bank tərəfindən digər şəxslərə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə görə sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi miras qoyanın vərəsəsinin kredit götürənin razılığı olmadığından bank sirrini təşkil edən məlumatların əldə olunması üçün mərkəzi kredit reyestrinə çatımlılığı mövcud deyildir. Digər tərəfdən iddiaçı Bank sahibkarlıq fəaliyyəti ilə məşğuldur, belə fəaliyyətdən irəli gələn riskləri və bu risklərdən sığortalanmanı təmin etmək imkanları mövcuddur. Bununla yanaşı iddiaçı Bank borcalanın ödəmələrini daim nəzarət etmək, ödəmələr baş tutmadıqda buna dair təminedici tədbirlər görməklə ödəmələrin gecikməsinin səbəblərini müəyyənləşdirə və borcalanın ölməsini vaxtında aşkarlamaqla, notariusun borcalanın miras əmlakının tərkibini (miras aktivlərini və miras passivlərini) tam yoxlamaq vəzifəsinin tam icrasına yardım edə bilər. Hazırki halda isə Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2023-cü il tarixli ərizə ilə notariat orqanına müraciət edərək, X7 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün miras əmlakdan Cavabdeh1 və Cavabdeh2 paylarının müəyyən olunmasını xahiş etmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2024-cü il tarixli 2(102)-900/2024 nömrəli Qərarında da (həmin Qərarın 28-ci bəndinin 13-cü abzası) mirasın rəsmi qəbulu deyil, faktiki qəbulu ehtiva edilmişdir. Buna görə də məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, cavabdelərin qanuni nümayəndəsi Qanuni nümayəndə miras aktivinin yalnız 5.456 manat 57 qəpik məbləğində pul vəsaitindən ibarət olmasını sübuta yetirməklə yanaşı, mirasın tam tərkibdə müəyyənləşdirilməsi üçün qanunla müəyyənləşdirilən bütün hərəkətləri icra etdiyini, lakin miras qoyanın başqa əmlakını aşkar etmədiyini sübuta yetirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli BPM**********92 nömrəli tam kart müqaviləsi və xx.xx.2023-cü il tarixli BPM**********24 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 17.692 manat 15 qəpik məbləğində borcun miras aktivinə mütənasib qaydada 5.456 manat 57 qəpik məbləğində hissəsi "xxxx" ASCnin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumuna ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsi qismində 74 manat 56 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli BPM**********92 nömrəli tam kart müqaviləsi və xx.xx.2023-cü il tarixli BPM**********24 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 17.692 (on yeddi min altı yüz doxsan iki) manat 15 (on beş) qəpik məbləğində borcun miras aktivinə mütənasib qaydada hissəsi 5.456 (beş min dörd yüz əlli altı) manat 57 (əlli yeddi) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 74 (yetmiş dörd) manat 56 (əlli altı) qəpik, cəmi 5.531 (beş min beş yüz otuz bir) manat 13 (on üç) qəpik məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulsun. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-5219/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5219/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver