Məhkəmə qərarları › İş №e-2(125)-5265/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5265/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5265/2025 15.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia qaldıraraq, Cavabdeh 01 may 2024 il tarixli, 800805-519515/17 nömrəli kredit müqaviləsi üzrə 380 manat əsas borc və 47.75 manat faiz borcu olmaqla, cəmi 427.75 (dörd yüz iyirmi yeddi manat yetmiş beş qəpik) manat borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 09 yanvar 2024 il tarixli, 800805-519515/15 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 1410.00 (bir min dörd yüz on) manat məbləğində və 01 may 2024 il tariхli, 800805-519515/17 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 1680.00 (bir min altı yüz səksən) manat məbləğində krеdit vеrilmişdir. 09 yanvar 2024 il tarixli, 800805- 519515/15 nömrəli və 01 may 2024 il tariхli, 800805-519515/17 nömrəli girov müqavilələrinə borc öhdəliyinin təminatı qismində Cavabdeh məxsus 583 əyyarlı, 23.6 qram çəkidə 4 ədəd qızıl-zinət əşyaları bankın pul anbarına saxlanca verilmişdir. Borcalan əsas öhdəliyi icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzaraq, ödəniş etməmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmiş, maddi imkanı olmadığı və qızılları sataraq əldə olunmuş vəsait ilə borcun ödənilməsini xahiş etmişdir. Borcalana xx.xx.2024-cü il tarixində girovda olan qızıl-zinət əşyaların satılacağı barədə bildiriş ünvanlanmışdır. Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən xx.xx.2024-cü il tarixində girovda olan qızıl-zinət əşyaları 1983 manat dəyərində satılmışdır. Satışdan əldə olunan vəsaitdən hesabına 09 yanvar 2024 il tarixli, 800805- 519515/15 nömrəli krеdit müqaviləsi üzrə borc tam, 01 may 2024 il tariхli, 800805- 519515/17 nömrəli krеdit müqaviləsinə üzrə borc isə qismən ödənilmişdir. Satışdan sonra xx.xx.2025-ci il tarixində borcalana qalıq borcun ödənilməsi barədə xəbərdarlıq ünvanlanmışdır. Cari günədək cavabdeh tərəfindən borc ödənilməmişdir. 15 avqust 2025ci il tarixinə borclunun kredit müqaviləsi üzrə 380 manat əsas borc və 47.75 manat faiz borcu olmaqla, cəmi 427.75 (dörd yüz iyirmi yeddi manat yetmiş beş qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 09 yanvar 2024 il tarixli, 800805-519515/15 nömrəli krеdit müqaviləsindən görünür ki, borcluya 12 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 1410.00 (bir min dörd yüz on) manat məbləğində kredit verilmişdir. - İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 01 may 2024 il tariхli, 800805-519515/17 nömrəli krеdit müqaviləsindən görünür ki, borcluya 12 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 1680.00 (bir min altı yüz səksən) manat məbləğində krеdit vеrilmişdir. - İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 09 yanvar 2024 il tarixli, 800805-519515/15 nömrəli və 01 may 2024 il tariхli, 800805-519515/17 girov müqavilələrindən görünür ki, borc öhdəliyinin təminatı qismində Cavabdeh məxsus 583 əyyarlı, 23.6 qram çəkidə 4 ədəd qızıl-zinət əşyaları bankın pul anbarına saxlanca verilmişdir. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borcalan Cavabdeh girovda olan qızılzinət əşyaların satılacağı barədə bildiriş ünvanlanmışdır. - Əmlakların satışına nəzarət komissiyasının 01 oktyabr 2024-cü il tarixli, 47/24 nömrəli protokolundan görünür ki, xx.xx.2024-cü il tarixində girovda olan qızıl-zinət əşyaları 1983 manat dəyərində satılmışdır. Satışdan əldə olunan vəsaitdən hesabına 09 yanvar 2024 il tarixli, 800805-519515/15 nömrəli krеdit müqaviləsi üzrə borc tam, 01 may 2024 il tariхli, 800805-519515/17 nömrəli krеdit müqaviləsinə üzrə borc isə qismən ödənilmişdir. - xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borcalan Cavabdeh qalıq borcun ödənilməsi barədə xəbərdarlıq ünvanlanmışdır. - 19 avqust 2025-ci il tarixli maliyyə arayışıəndan görünür ki, həmin tarixə Cavabdeh kredit müqavilələri üzrə 380 manat əsas borc və 47.75 manat faiz borcu olmaqla, cəmi 427.75 (dörd yüz iyirmi yeddi manat yetmiş beş qəpik) manat məbləğində kredit borcu Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmədən kənar mübahisənin həll edilməsi mümkün olmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borca faiz məbləği hesablamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının xahişini nəzərə almaqla, habelə iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 380 (üç yüz səksən) manat əsas borc, 47.75 (qırx yeddi manat yetmiş beş qəpik) manat faiz borcu olmaqla, cəmi 427.75 (dörd yüz iyirmi yeddi manat yetmiş beş qəpik) manat və məhkəmə xərci qismində ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 380 (üç yüz səksən) manat əsas borc, 47.75 (qırx yeddi manat yetmiş beş qəpik) manat faiz borcu olmaqla, cəmi 427.75 (dörd yüz iyirmi yeddi manat yetmiş beş qəpik) manat və məhkəmə xərci qismində ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinəödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar