Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5393/2025 13.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 445 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə isə 475 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən MP-P 215653 nömrəli sığorta şəhadətnaməsi əsasında “İpoteka predmeti olan əmlakın sığortası” növü üzrə sığortalanmış X3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 16, 17 saylı mənzilə xx.xx.2025-ci tarixində cavabdeh ünvan 1, mənzil 15də yaşayan Cavabdeh tərəfindən düzəldilib sonradan ləğv etdiyi su xəttindən su sızmışdır. Su sızması nəticəsində dəhlizin tavanına, divarlarına və laminat döşəməsinə zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən həmin mənzilə dəymiş zərərə görə 445 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən sığorta hadisəsi ilə əlaqədar Gəncə şəhər MKTİB-nin 4 nömrəli Xidmət Sahəsinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktubla da müəyyən olunmuşdur ki, X3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 16, mənzil 17 saylı mənzilə cavabdeh ünvan 1, mənzil 15- də yaşayan Cavabdeh tərəfindən düzəldilib sonradan ləğv etdiyi su xəttindən su sızmışdır. Su sızması nəticəsində dəhlizin tavanına, divarlarına və laminat döşəməsinə zərər dəymişdir. "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli, G-01-D-1694-2025 nömrəli məktubla Cavabdeh qarşı 445 manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. xx.xx.2024-cü il tarixli, MP-P 21565 nömrəli əmlak sığortası şəhadətnaməsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzil xx.xx.2024-cü ildən xx.xx.2027-ci ilədək "xxxx" ASC-də sığortalanmışdır. xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********16-05101-093025 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzil xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə X1 adına rəsmi reyestrdə qeydə alınmışdır. Gəncə şəhər MKTİB-in 4 nömrəli Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzilə baxış keçirilmiş, müəyyən edilmişdir ki, dəhlizə evin tavanından su tökülmüş, tavanda və divarlarda sudan sonra sarı ləkələr əmələ gəlmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli əmlak sığortası üzrə dəyən zərərə baxış haqqında aktın surətindən görünür ki, dam hissədə yerləşən qonşuya məxsus su çənindən sızma baş vermiş, nəticədə sığortalı mənzilin dəhlizinin tavan və laminatına zərər dəymişdir. Pİ0030/25 saylı sığorta aktının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzili xx.xx.2025-ci il tarixdə su basması nəticəsində dəymiş zərərin məbləği 445 manat təşkil etmiş, barəsində subroqasiya tələbi irəli sürülməli şəxs qismində Cavabdeh göstərilmişdir. xx.xx.2025-ci il tarixli, 3686 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 445 manat pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli bildirişlərin surətlərindən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehdən zərərin əvəzinin könüllü olaraq ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh ərizəyə qarşı bunun üçün nəzərdə tutulmuş müddəti ötürməklə etiraz edərək, etirazını sığortalının mənzilinə zərər yetirməməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)» Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 936.2-ci maddəsinə görə «Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.» MM-nin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi, qanunvericilik faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutmuşdur. Sığorta hadisəsi cavabdehin qanunazidd hərəkətlərinin nəticəsində baş vermişdir. Hadisə zamanı 445 manat məbləğində dəymiş zərər iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş zərər üzrə 445 (dörd yüz qırx beş) manat pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ərizə verilərkən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 445 (dörd yüz qırx beş) manat pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-5393/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5393/2025
13.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver