Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-5405/2025 01.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «pulun tutulması» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı AS İnşaat MMC-nin xeyrinə ona məxsus avtomobilə vurduğu zərər görə 21.155 manat pulun, avtomobilin itirdiyi bazar dəyəri fərqinin və iddia ərizəsinin verilməsinə ödənilmiş 153,46 manat məhkəmə rüsumu olmaqla ümumilikdə 21308,46 manat pulun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-ci maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş ziyanın əvəzi qismində pulun tutulmasını xahiş etmişdir. Lakin iddiaçı sadəcə inzibati xəta haqqında protokol və qərarı təqdim etmiş, istinad etdiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan vurulmasına, bundan başqa, həmin avtomobilin sığortalanıb-sığortalanmadığı, sığortalandığı halda vurulmuş ziyanın əvəzi qismində sığorta ödənişinin edilib-edilmədiyinə dair hər hansı sənəd təqdim etməmişdir. Bundan başqa, iddiaçı mübahisəli avtomobilin itirdiyi bazar dəyəri fərqini tələb etsə də, həmin hissədə dəqiq tələb irəli sürməmiş və həmin hissəyə uyğun iddianın artan qiymətinə mütənasib dövlət rüsumu ödəməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti, pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir. Məhkəmə iddiaçıya izah edir ki, nöqsanlar aradan qaldırıldıqdan sonra tələbi dəqiq müəyyən etməklə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsaslanaraq və Mülki-Prosessual Məcəllənin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı «pulun tutulması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-5405/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-5405/2025
01.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver