Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-541/2025 28.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar oğlunın sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh və ya borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, STK01-1881 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə illik 54 % faiz dərəcəsiylə 9 ay müddətinə 2700 manat kredit vermiş, cavabdeh krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziyanın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, STK01-1881 nömrəli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün 1339 manat əsas, 148 manat faiz, 333 manat cərimə, cəmi 1820 manat borcun ödənilməsi təklif olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixə borcalana müqavilə üzrə 1339 manat əsas, 148 manat faiz, 333 manat cərimə borcu olmaqla, cəmi 1820 manat borcu hesablanmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1339 manat əsas, 148 manat faiz, 333 manat cərimə borcu olmaqla, cəmi 1820 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, tələbi müdafiə edərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tələbə etiraz edərək, iddiaçıya təqdim etdiyi bank kartı vasitəsilə borcu tam ödədiyini bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı krediti vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, cavabdeh daha az borcu olmasını və ya daha çox ödəniş etməsini təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Bundan başqa, iddiaçı 333 manat cərimə borcunun tutulmasını xahiş etsə də, işin halları, gecikdirilmiş borcun məbləği və tələbkarın əmlak mənafeləri nəzərə alınaraq, tənasübsüz dərəcədə yüksək olduğundan 13 manat cərimə borcu tutulmaqla iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə əsas və faiz, azaldılmış cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1339 manat əsas, 148 manat faiz, 13 manat cərimə borcu olmaqla, cəmi 1500 (min beş yüz) manat borc alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli