Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5423/2023 07.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində qalıq borc, vurulmuş mənəvi ziyana görə 2000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin qərardadı ilə iddiaçı X2 əsl İddiaçı ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, anası Məsumə Əliyeva Cavabdeh ilə aprelin 6-sı dostunun vasitəsilə tanış olmuşdur. Söhbət zamanı cavabdehə zənglər gəlmiş və o camaatla telefon vasitəsilə onları işə düzəldəcəyini bildirmişdir. Söhbət əsnasında anası Məsumə Əliyeva bu söhbətə qoşularaq iş barəsində maraqlanmağa başlamış və cavabdeh iş məsələsini həll edəcəyini, iddiaçıdan ilk olaraq 750 manat məbləğində pul vəsaiti tələb edərək onun adından bankdan pul götürüb onlara yardım edəcəyini bildirmişdir. Razılaşma belə olmuşdur ki, o iddiaçını işə düzəldəcək və bankdan pul götürəcəkdi. Bir müddətdən sonra cavabdeh yenidən pul istəməyə başlamış və iş üçün aldığını bildirmişdir. Cavabdehin səmimiliyinə inanaraq iddiaçı onun kart hesabına xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, həmin gün yenidən 750 manat, xx.xx.2023 il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 150 manat və 200 manat, daha sonra 150 manat - cəmi 2850 manat olmaqla hissə-hissə pul ödəmişdir. Lakin bir müddət sonra məlum olmuşdur ki, Cavabdeh iddiaçının pulunu mənimsəmiş və heç bir iş düzəltməmiş, telefonlarına belə cavab verməmişdir. Bu işdən xəbər tutduqdan sonra polisə müraciət etmişdir. Cavabdeh polisə belə hədə-qorxu gəlmiş, çağırışlara baxmayaraq şöbəyə yaxınlaşmamışdır. Şöbəyə gəldikdən sonra izahatında müxtəlif tarixlər qeyd edərək iddiaçıya məbləği ödəyəcəyini bildirmişdir. Lakin, həmin tarixlərdə o məbləği ödəməsə belə uzadaraq və yaxud müxtəlif bəhanələr gətirərək 850 manat məbləği ödəmiş, qalan 2000 manat məbləği mənimsəmişdir. Cavabdeh tərəfindən yol verilmiş bu qanunsuzluqlar nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. Ona dəymiş mənəvi zərərin miqdarını 2000 manat qiymətləndirir və hesab edir ki, həmin vəsait də, cavabdehdən tutularaq ona ödənilməlidir. Odur ki, Cavabdeh 2000 manat qalıq borc, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı İsmayılov Arzuman tərəfindən X1 ərizəsi əsasında aparılmış araşdırma zamanı Cavabdeh izahatında 2023-cü ilin aprel ayında Məsumə Əliyeva ilə təsadüfi tanışlıq yaranmış, həmin ərəfələrdə Məsumə ona müraciət edərək qızı İddiaçı üçün bankdan kredit götürmək istədiyini, lakin rəsmi iş yeri olmadığı bankdan pul götürə bilmədiyini bildirmişdir. O, Məsumə Əliyevaya qızını hər hansı MMC-yə işə düzəldə biləcəyini və qızına bank tərəfindən pul ayrıla biləcəyini söyləmişdir. Bundan sonra İddiaçı ayrı-ayrı vaxtlarda ümumilikdə 2850 manat pulu onun kart hesabına göndərmişdir. İddiaçı işə düzəltsə də, o, işdən imtina etmiş və pulunu geri istəmişdir. 500 manat və 350 manat olmaqla İddiaçı 850 manat pul ödəmişdir, 2000 manat borcu qalmışdır Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçını işə düzəltmək üçün 2850 manat pul almış, həmin puldan 850 manatını qaytarmış, 2000 manatını isə qaytarmamışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh iddiaçını işə düzəltmək üçün 2850 manat pul almış, həmin puldan 850 manatını qaytarmış, 2000 manatını isə qaytarmamışdır.. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2000 manat pul alınıb İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən yol verilmiş bu qanunsuzluqlar nəticəsində iddiaçıya mənəvi zərər vurulduğunu qeyd etmiş olsa da, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. İddia tələbi qismən təmin edidiyindən ödənilməli olan 40 manat dövlət rüsumunun 20 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2000 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilməli olan 40 manat dövlət rüsumunun 20 manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-5423/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5423/2023
07.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver