Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-543/2022 29.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əsgərova Dürdanə Müseyib qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 17.900 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 110 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 165 manat, cəmi 18.175 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 17.900 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 110 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 165 manat, cəmi 18.175 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, iddiaçı Ə.M.Fəttanova 19 may 2021-ci il tarixdə Gəncə şəhəri 3 saylı Notariat ofisində Cavabdehla kredit müqaviləsi bağlamış və həmin müqavilə əsasında İddiaçı 04 may 2022-ci il tarixədək qaytarmaq şərti ilə 24.800 manat məbləğində pul vəsaitini Cavabdeh borc vermişdir. Cavabdeh ilk aylarda öhdəliklərini lazimi qaydada icra etsə də, sonradan öhdəliklərini icra etməkdən boyun qaçırmış və iddiaçıya olan 17.900 manat məbləğində borcunu qaytarmamışdır. Halbuki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2-ci bəndinə görə cavabdeh 04 may 2022-ci il tarixədək hər 10 gündən bir iddiaçıya 700 manat ödəyərək borcunu 04 may 2022-ci il tarixədək tam şəkildə qaytarmalı idi. Cavabdeh isə bu müddət ərzində iddiaçıya olan borcunun cəmi 6.900 manat məbləğində hissəsini qaytarmışdır. Qeyd olunan səbəbdən də Ə.M.Fəttanova hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlaqədar olaraq hüquqi yardıma görə vəkilə 110 manat və dövlət rüsumuna görə dövlət büdcəsinə 165 manat məbləğində pul vəsaiti ödəmişdir. Sonda Nümayəndə1 iddianın təmin edilməsi, ödənilməmiş əsas borcun əvəzi qismində 17.900 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 110 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 165 manat, cəmi 18.175 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin vəkili Nümayəndə2 məhkəmədə iddianı qəbul etməyərək bildirdi ki, cavabdeh X3 biznes fəaliyyəti ilə məşğul olur və əvvəllər iddiaçı ilə aralarında işgüzar münasibətlər olmuşdur. Bununla əlaqədar İddiaçı və Cavabdeh arasında şifahi razılaşma olmuş, həmin razılaşma əsasında İddiaçı Cavabdeh dəyəri 24.800 manat məbləğində olan müxtəlif çeşidli ayaqqabıları satmışdır. Tərəflər arasındakı həmin razılaşmaya görə Cavabdeh İddiaçı aldığı ayaqqabı məhsullarını sata bilmədiyi halda, aldığı məhsulları sonuncuya geri qaytarmaq hüququna malik olmuşdur. Sonradan Cavabdeh biznes fəaliyyəti uğurlu olmadığına görə ayaqqabıların satışını həyata keçirə və beləliklə də həmin ayaqqabıların dəyərini İddiaçı ödəyə bilməmiş, İddiaçı isə ayaqqabıları razılaşma üzrə geri almaqdan imtina etmişdir. Qeyd olunan səbəbdən də tərəflər arasında hazırki mübahisə yaranmışdır. Buna baxmayaraq, Cavabdeh hazırda da həmin ayaqqabıları İddiaçı qaytarmağa razıdır. Sonda Nümayəndə2 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin vəkillərini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, notariat qaydasında təsdiq olunmuş 19 may 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Ə.M.Fəttanova Cavabdeh 24.800 manat məbləğində pul vəsaitini borc vermiş, Cavabdeh isə borcunu 04 may 2022-ci il tarixədək 10 gündən bir 700 manat ödəmək şərti ilə tam qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan Gəncə şəhəri 3 saylı Notariat ofisi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin «Kəpəz» filialına ünvanlanmış 19 may 2021-ci il tarixli, 146 nömrəli məktubun surətindən görünür ki, notariat qaydasında təsdiq ediləcək borc müqaviləsi üzrə ödənilməli olan 24.800 manat məbləğində pul vəsaitinin müvafiq müqavilə notarius tərəfindən təsdiq edilikdən sonra Cavabdeh verilməsi üçün İddiaçı tərəfindən ediləcək ödənişin Gəncə şəhəri 3 saylı Notariat ofisinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin «Kəpəz» filialındakı hesabına ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan 19 may 2021-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən ödənilmiş 24.800 manat məbləğində pul vəsaiti 19 may 2021-ci il tarixli, 146 nömrəli məktuba əsasən Gəncə şəhəri 3 saylı Notariat ofisinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin «Kəpəz» filialındakı hesabına qəbul edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiq olunmuş 19 may 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Ə.M.Fəttanova Cavabdeh 24.800 manat məbləğində pul vəsaitini borc vermiş, Cavabdeh isə borcunu 04 may 2022-ci il tarixədək 10 gündən bir 700 manat ödəmək şərti ilə tam qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin borcunun 6.900 manat məbləğində hissəsini qaytarsa da, digər 17.900 manat məbləğində hissəsini isə hazırki tarixədək qaytarmamışdır. Məhkəmə cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etirazının əsası kimi tərəflər arasındakı borc münasibətlərinin kredit müqaviləsindən deyil, həmin şəxslər arasındakı ayaqqabıların alqı-satqısına dair müqavilədən yarandığına və qeyd olunan müqavilədə ayaqqabıların dəyərinin ödənilmədiyi halda onların geri qaytarılmasının nəzərdə tutulmasına dair göstərdiyi xüsusatlara hüquqi qiymət verərək, hesab edir ki, cavabdehin nümayəndəsinin etirazında göstərdiyi həmin hallar inandırıcı deyildir və sübutların məcmusu ilə təkzib olunur. Belə ki, işdə olan Gəncə şəhəri 3 saylı Notariat ofisi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin «Kəpəz» filialına ünvanlanmış 19 may 2021-ci il tarixli, 146 nömrəli məktubun və 19 may 2021-ci il tarixli qəbzin surəti ilə 24.800 manat məbləğində pul vəsaitinin Ə.M.Fəttanova tərəfindən məhz tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiq olunmuş 19 may 2021-ci il tarixli kredit müqaviləsinin icrası ilə əlaqədar ödənildiyi müəyyən edilmişdir. Digər tərəfdən cavabdehin nümayəndəsi Nümayəndə2 yalnız iddia tələbinə etiraz etməklə kifayətlənmiş və öz etirazlarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Mülki Məcəlləsinin 529.3-cü maddəsinin tələbinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiq təsdiqləyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, 19 may 2021-ci il tarixli kredit müqaviləsi ilə verilmiş və ödənilməmiş borca görə 17900 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinin tələbinə görə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqəqdar məsrəflərə daxildir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 165 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 110 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X1 iddiası təmin edilsin. Cavabdeh 19 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 17.900 (on yeddi min doqquz yüz) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 110 (bir yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 165 (bir yüz altmış beş) manat, cəmi 18.175 (on səkkiz min yüz yetmiş beş) manat məbləğində pul vəsaiti X1 xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-543/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-543/2022
29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver