Məhkəmə qərarları › İş №e-2(125)-5447/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-5447/2023

07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-5447/2023 07.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc və tələbin ipoteka predmetinə yönədilməsi tələbi ilə bağlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 06R********** saylı krеdit razılaşması üzrə 6807.04 manat məbləğində krеdit bоrcu, 1942.18 manat məbləğində faiz bоrcu və 5853.32 manat məbləğində cərimə borcu olmaqla,cəmi 14602 (on dörd min altı yüziki) manat 54 (əlli dörd) qəpik məbləğində bоrcun, 006R********** saylı krеdit razılaşması üzrə 7102.52 ABŞ Dolları məbləğində krеdit bоrcu, 18842.82 ABŞ Dolları məbləğində faiz bоrcu və 10226.05 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 36171 (otuz altı min yüz yetmiş bir) ABŞ Dolları 39 (otuz doqquz) sent məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 318.29 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Bursa küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 5 otaqlı, 81.9 kv.m yaşayış, 45.6 kv.m köməkçi sahədən ibarət 78 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin açıq hərracdan satılması və 06R********** saylı krеdit razılaşması üzrə 14602 (on dörd min altı yüz iki) manat 54 (əlli dörd) qəpik məbləğində bоrcun və 006R********** saylı krеdit razılaşması üzrə 36171 (otuz altı min yüz yetmiş bir) ABŞ Dolları 39 (otuz doqquz) sent məbləğində bоrcun, ödənilmiş 318.29 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 ümumi müştərək qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Bursa küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 5 otaqlı, 81.9 kv.m yaşayış, 45.6 kv.m köməkçi sahədən ibarət 78 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə iclasında baxılması xx.xx.2023-cü il tarixə, saat 12:25-ə təyin edilmiş və işə baxılmasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər və ya onların nümayəndələri göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263- 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc və tələbin ipoteka predmetinə yönədilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar