Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-554/2023 21.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 vərəsəsi Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X3 vərəsəsi Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nəğd kredit üzrə 1645.88 (bir min altı yüz qırx beş manat, səksən səkkiz qəpik) manat əsas, 4.05 (dörd manat, beş qəpik) faiz olmaqla ümumilikdə 1649.93 (min altı yüz qırx doqquz manat, doxsan üç qəpik) borcun, və ödənilmiş 36.50 (otuz altı manat, əlli qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulmasına dair iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2018ci il tarixli 1008-xx.xx.2018-002948 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 27 %-lə, 60 ay müddətinə 2000 manat nəğd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, X2 qalmış mirası Cavabdeh qəbul etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş nəğd kredit üzrə 1645.88 manat əsas borcu, vəfat etdiyi tarixə 4.05 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə nəğd kredit üzrə 1645.88 (min altı yüz qırx beş manat, səksən səkkiz qəpik) manat əsas, 4.05 (dörd manat, beş qəpik) faiz olmaqla ümumilikdə 1649.93 (min altı yüz qırx doqquz manat, doxsan üç qəpik) borcun, və ödənilmiş 36.50 (otuz altı manat, əlli qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Maddi imkanları olmadığı üçün borcu qaytara bilməmişlər. Onun ölümündən sonra 600 manat dəfn pulunu almaq üçün miras əmlak qəbul edilməsi barədə şəhadətnamə alınmışdır. Hazırda iddiaçı banka 1649.93 (min altı yüz qırx doqquz manat, doxsan üç qəpik) manat əsas borc qalmışdır. Mirası qəbul etməmişdir. Qeyd edilənlərlə əlaqədar olaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı Bankla cavabdeh X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1008-xx.xx.2018-002948 nömrəli kredit müqaviləsindən görünür ki, Bank cavabdehə illik 27 %-lə, 60 ay müddətinə 2000 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 21 may 2018-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, X5 iddiaçı Bankdan götürdüyü krediti və ona hesablanmış faizləri xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixə kimi hər ay 61.10 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, cavabdeh X3 iddiaçı Banka 1649.93 (min altı yüz qırx doqquz manat, doxsan üç qəpik) borcu qalmışdır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, cavabdeh X5 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İşdə olan Gəncə şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 202 nömrəli məktubundan görünür ki, mərhum X2 qalmış mirasa Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak 600 manat pul məbləğidir. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı bank cavabdehə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 35,94 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, xx.xx.2018-ci il tarixli 1008xx.xx.2018-002948 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC tərəfindən cavabdeh X4 illik 27 %-lə, 60 ay müddətinə 2000 manat nəğd kredit verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. X1 xx.xx.2019cu il tarixdə ölmüşdür. Gəncə şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 202 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum X2 miras qalmış 600 manat pul məbləğinə dair Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən X3 öldüyü tarixə banka ödənilməmiş 1649.93 manat borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payın həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246.1-ci maddəsinə əsasən miras onun açıldığı gündən 3 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh X3 vərəsəsi Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, X5 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq banka ödəməli olduğu ödənişləri tam etməmişdir. Buna görə də yaranmış kredit və ona hesablanmış faiz borcları cavabdeh X3 vərəsəsi Cavabdeh tutulmalıdır. Cavabdeh dəfn xərci üçün verilən pulun alınmasına dair vərəsəlik şəhadətnaməsi aldığını qeyd etməsi ilə bağlı məhkəmə qeyd edir ki, dəfn pulu miras əmlaka daxil deyil, mərhumun dəfn xərcləri ilə bağlı dövlət tərəfindən ödənilən vəsaitdir. İş materiallarında olan qanun üzrə vərəsəlik şəhadətnaməsindən isə görünür ki, mərhum X2 qalmış mirasa Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və miras əmlak 600 manat pul məbləğidir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh X3 vərəsəsi Cavabdeh 600 manat əsas borc pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 36.50 manat dövlət rüsumunun 13.3 manatı və 0.40 qəpik xidmət haqqı da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X3 vərəsəsi Cavabdeh 600 manat əsas borc, 13,3 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-554/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-554/2023
21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver