Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5635/2025 06.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə «X1» ASC Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli bank xidmətlərinə dair ümumi oferta əsasında xx.xx.2023-cü il tarixdə bağlanmış ödənilməmiş əsas borcun əvəzi qismində 2.245 manat 58 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 39 manat 27 qəpik, cərimə qismində 6 manat 74 qəpik, cəmi 2.291 manat 59 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 43 manat 32 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, 01U/21 nömrəli fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair 02U/23 nömrəli standart şərtlərmüqaviləsindən görünür ki, X3 25 (iyirmi beş) il müddətinə Bankla Müştəri arasındakı kredit münasibətlərini tənzimləyir. Bank, bu müddətin sonunadək əqdin bağlanmasının qanunvericiliklə qadağan edilmədiyi istənilən formada, o cümlədən elektron üsulla (SMS, mobil tətbiq, elektron poçt adresi, elektron imza, internet bankçılıq, səsli rabitə vasitəsi və s.). Müştəriyə dəfələrlə kredit rəsmiləşdirə bilər. Kreditin ayrılması şərtləri və qaydaları X2n müddəaları ilə müəyyən edilir. X3 heç bir halda Bank tərəfindən Müştəriyə kreditin verilməsi vədi kimi təfsir oluna bilməz. Müştəri, kreditin alınması üçün Banka müraciət etdikdən sonra Bank, kreditin verilməsi barədə qərarı özü müstəqil surətdə verir və Müştəri, X3ə istinad edərək Bankdan kredit verilməsini tələb edə bilməz. Müştəriyə X3 çərçivəsində kredit (kredit xətti) «Ucard» məhsulu üzrə ona verilmiş ödəniş kartının müddəti bitənədək verilə bilər. Ödəniş kartının müddəti bitdikdən sonra Müştəriyə yeni ödəniş kartı verilənədək X3 çərçivəsində Müştəriyə kredit (kredit xətti) verilmir. Müştəri, Standart Şərtlər çərçivəsində əldə etdiyi krediti tam bağladıqdan sonra, ona X3də nəzərdə tutulmuş qaydada və şərtlərlə yeni kredit verilə bilər. Müştəriyə verilmiş ödəniş kartının müddəti bitənədək X2n müddəaları nəzərə alınmaqla Müştəriyə bir neçə dəfə kredit verilə bilər. Müştəriyə «Ucard» məhsulu üzrə verilmiş ödəniş kartının 16 (on altı) rəqəmi, Müştərinin fərdi identifikasiya nömrəsi (FİN kod) və/və ya Bank tərəfindən Müştəriyə təqdim edilən müştəri eyniləşdirmə nömrəsi (CİF kod) X3 çərçivəsində verilən kredit(lər) üzrə Müştərini eyniləşdirmək üçün istifadə olunur. X2 qəbul etmiş Müştəri burada göstərilən şərtlərlə və qaydada kredit əldə etmək üçün Banka müraciət etdikdə, Bank tərəfindən Müştəriyə kreditin məbləği və valyutası, qaytarılma müddəti və ödəniş şərtləri, kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və/və ya digər ödənişlərin məbləği və onların tətbiq edilmə şərtləri, həmçinin faktiki illik faiz dərəcəsi və onun hesablanmasına daxil edilən bütün ödənişlər, Müştəri tərəfindən edilməli olan ödənişlərin məbləği, sayı və dövriliyi, habelə yetərli miqdarda olmayan və ya artıq miqdarda edilən ödənişlərin öhdəliyin icrasından silinmə ardıcıllığı, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatların əks olunduğu standart məlumatlandırma forması təqdim edilir. Müştəri, standart məlumatlandırma formasını təsdiq etməklə həmin standart məlumatlandırma formasında göstərilən şərtlərlə kredit verilməsinə razılığını bildirir və Müştərinin müvafiq razılığından sonra kredit müqaviləsi bağlanmış hesab olunur. Standart məlumatlandırma forması Müştəriyə elektron formada (davamlı daşıyıcıda) təqdim edildikdə, Müştəri tərəfindən müvafiq məlumatların əldə edilməsi və həmin məlumatlarda göstərilən şərtlərlə kreditin verilməsinə Müştərinin razılığı elektron qaydada edilir. Müştərinin müvafiq təsdiqindən sonra ona ayrılmış kredit (kredit xətti) məbləği «Ucard» məhsulu çərçivəsində Müştəriyə açılmış müvafiq cari hesaba köçürülür. Müştəri tərəfindən kreditin əldə edilməsinə dair təsdiq edilmiş standart məlumatlandırma forması X2n tərkib hissəsi hesab olunur. İş materiallarında olan sms məlumatlara dair çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə «X1» ASC tərəfindən Cavabdeh xx.xx.2026-cı il müddətinə, illik 26 faiz dərəcəsi ilə 4.000 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan Cavabdeh tərəfindən «X1» ASC-yə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 02U/23 nömrəli fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair oferta müqaviləsinin şərtlərini qəbul etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, «X1» ASC tərəfindən Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. İşdə olan «X1» ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh «X1» ASC-yə borcu ödənilməmiş əsas borc qismində 2.245 manat 58 qəpik, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 39 manat 27 qəpik, cərimə qismində 6 manat 74 qəpik, cəmi 2.291 manat 59 qəpik təşkil edir. Beləliklə, mülki iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə uyğun olaraq, Cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. Cavabdeh «X1» ASC-yə borcu ödənilməmiş əsas borc qismində 2.245 manat 58 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 39 manat 27 qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741.1-ci maddəsinə görə bu Məcəllədə ayrı-qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yalnış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesan olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab olunur. Həmin Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli bank xidmətlərinə dair ümumi oferta əsasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 2.245 manat 58 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 39 manat 27 qəpik, cərimə qismində 6 manat 74 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 43 manat 32 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «X1» Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh «X1» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixli bank xidmətlərinə dair ümumi oferta əsasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.245 (iki min iki yüz qırx beş) manat 58 (əlli səkkiz) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 39 (otuz doqquz) manat 27 (iyirmi yeddi) qəpik, cərimə qismində 6 (altı) manat 74 (yetmiş dörd) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 43 (qırx üç) manat 32 (otuz iki) qəpik, cəmi 2.334 (iki min üç yüz otuz dörd) manat 91 (doxsan bir) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-5635/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5635/2025
06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver