Məhkəmə qərarları › İş №e-2(125)-5650/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5650/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5650/2023 06.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X2 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC X2 qarşı 24 iyun 2022-ci il tarixli, RGRR5854048A299 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 14.054 manat 77 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.857 manat 12 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 137 manat 74 qəpik, cəmi 16.049 manat 63 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış 24 iyun 2022-ci il tarixli, RGRR5854048A299 nömrəli kredit müqaviləsinə əsasən Ş.T.Həsənova 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 14.054 manat 77 qəpik məbləğində kredit verilmişdir. İddiaçı Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 28 iyul 2023-cü il tarixə İddiaçı ASC-nə 14.054 manat 77 qəpik əsas və 1.857 manat 12 qəpik faiz borcu yaranmışdır. İddiaçı ASC tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, borcun qaytarılması təmin olunmamışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsi, 24 iyun 2022-ci il tarixli, RGRR5854048A299 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 14.054 manat 77 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.857 manat 12 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 137 manat 74 qəpik, cəmi 16.049 manat 63 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 22 avqust 2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 iyun 2022-ci il tarixli, RGRR5854048A299 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC X2, kreditdən istifadəyə görə illik 24% borc faizləri ödəməsi şərtilə, 48 ay müddətinə 14.054 manat 77 qəpik məbləğində kredit vermişdir. İşdə olan İddiaçı ASC-nin 24 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Ş.T.Həsənov ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 24 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən Ş.T.Həsənovun İddiaçı ASC-nə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 14.054 manat 77 qəpik, 28 iyul 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.857 manat 12 qəpik, cəmi 14.054 manat 77 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Ş.T.Həsənovun İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya ödənilməmiş əsas borc qismində 14.054 manat 77 qəpik, 28 iyul 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.857 manat 12 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, cavabdeh Ş.T.Həsənov 24 iyun 2022-ci il tarixli, RGRR5854048A299 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə, kreditor isə müqavilə ilə nəzərdə tutulmuş hüququndan istifadə edərək, kredit vəsaitinin vaxtından əvvəl qaytarılmasını tələb etdiyinə görə 24 iyun 2022-ci il tarixli, RGRR5854048A299 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 14.054 manat 77 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.857 manat 12 qəpik, cəmi 14.054 manat 77 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 137 manat 74 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 24 iyun 2022-ci il tarixli, RGRR5854048A299 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 14.054 (on dörd min əlli dörd) manat 77 (yetmiş yeddi) qəpik, 28 iyul 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.857 (bir min səkkiz yüz əlli yeddi) manat 12 (on iki) qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 137 (bir yüz otuz yeddi) manat 74 (yetmiş dörd) qəpik, cəmi 16.049 (on altı min qırx doqquz) manat 63 (altmış üç) qəpik məbləğində pul vəsaiti pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar