Məhkəmə qərarları › İş №e-2(125)-5770/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5770/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5770/2023 25.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh qarşı 22 avqust 2019-cu il tarixli, BPM**********28 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.534 manat 60 qəpik, 20 iyul 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 279 manat 62 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat 55 qəpik, cəmi 1.852 manat 77 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək bildirdi ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2019-cu il tarixli, BPM**********28 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 2.950 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmişdir ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş müddətdə istifadə etdiyi kredit məbləği və ona hesablanan faizləri ödəməlidir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Sonda Nümayəndə2 iddianın təmin edilməsi, 22 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.534 manat 60 qəpik, 20 iyul 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 279 manat 62 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat 55 qəpik, cəmi 1.852 manat 77 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş lakin həmin bildirişin ona rəsmən təqdim olunması barədə məlumat olmadığından məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla MPM-in 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 avqust 2019-cu il tarixli, BPM**********28 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC Cavabdeh illik 20% dərəcəsi ilə 60 ay müddətinə 2.950 manat məbləğində kredit vermişdir. İşdə olan "xxxx" ASC-nin 22 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 22 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC-yə ödənilməmiş əsas borcun əvəzi qismində 1534 manat 60 qəpik, 20 iyul 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 279 manat 62 qəpik, cəmi 1.814 manat 22 qəpik təşkil edir. İş materiallarında olan 22 avqust 2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 2.920 manat 50 qəpik məbləğində pul vəsaitini "xxxx" ASC-nin xəzinədarlığından qəbul etmişdir. İşdə olan 21 iyun 2023-cü il tarixli bildirişin surətindən görünür ki, "xxxx" ASC tərəfindən borcu könüllü ödəməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 1.534 manat 60 qəpik, 20 iyul 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 279 manat 62 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 22 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə, kreditor isə müqavilə ilə nəzərdə tutulmuş hüququndan istifadə edərək, kredit vəsaitinin vaxtından əvvəl qaytarılmasını tələb etdiyinə görə 22 avqust 2019-cu il tarixli, BPM**********28 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.534 manat 60 qəpik, 20 iyul 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 279 manat 62 qəpik, cəmi 1.814 manat 22 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 38 manat 55 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 22 avqust 2019-cu il tarixli, BPM**********28 nömrəli kredit üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.534 (bir min beş yüz otuz dörd) manat 60 (altmış) qəpik, 20 iyul 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 279 (iki yüz yetmiş doqquz) manat 62 (altmış iki) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 (otuz səkkiz) manat 55 (əlli beş) qəpik, cəmi 1.852 (bir min səkkiz yüz əlli iki) manat 77 (yetmiş yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar